Ukrayna ordusu mühasirəyə düşüb? – Baş Qərargah

Ukrayna ordusu mühasirəyə düşüb? – Baş Qərargah

Müdafiə Qüvvələrinin bölmələrinin mühasirəyə alınması ilə bağlı xəbərlər dorğu deyil.

Müstəqil.Az  Axar.az -a istinad edərək xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Pokrovskda ordunun mühasirəyə düşməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən bildirib.

Rəsmi bəyanatda Ukrayna qoşunlarının Pokrovsk-Mirnoqrad aqlomerasiyası ətrafında rus işğalçılarını saxlamağa davam etdiyi və komandanlığın bu istiqamətdə müdafiənin sabitliyini gücləndirmək üçün tədbirlər gördüyü bildirilir:

“Düşmən hazırda Pokrovskdan şimal-şərqdə hücum əməliyyatları aparır, Ukrayna qoşunlarının maddi-texniki təchizatını kəsməyə çalışır. Lakin əhəmiyyətli səylərə və davamlı hücumlara baxmayaraq, düşmən uğur qazana bilmir. Rus əsgərləri Pokrovsk ətrafında yalnız öz ölümlərini görürlər”.

Müstəqil.Az

Share: