YENİ SEVDAM…
Sevgim məni tərk eləmir;
Bağrıbadaş yaranmışıq.
Tale tənə, görk eləmir,
Ələnmişik, arınmışıq…
Vurulduğum bəyaz bəniz —
Al səhərin gündoğanı.
Dalğın gözlər — ayaz dəniz,
Ləpə dillər– ündoğanı
Gülüşün — incim, gövhərim,
Baxışın bihuşdarımdır.
Ürəyimdə bron yerim —
Sədaqətdə tək yarımdır.
Əlim dəyən şəlalə saç —
İslaq ipəyin timsalı.
Əsim tel-tel, qulac-qulac,
Mehrim — zülfünün əmsalı…
Mən atəşdə, sən qordasan…
İşıq ömrü sürdüyümsən.
Soruşmuram ki, hardasan,
Baxmasam da, gördüyümsən…
Göz görmək üçünsə, axan
Bel bağlamaz öz kəsinə.
Sürüşər dörd yana baxan,
Mən ki koram özgəsinə!..
Uyuyursan xəyalımda,
Bilmirəm necə ayıqsan…
Ruhumu eşq ümmanında
Qərq edən pəri qayıqsan…
Göstərgəsi üzə deyil,
Bax bu həyat səhnəmizin.
Yeni sevdam təzə deyil,
Davamıdır köhnəmizin…
23.07.2025.
Ç A Ğ I R I R…
Sevgi tutmuş bənd-bərəni
qıranlar çağırır bizi…
Çox gəzmişik dağ-dərəni,
Aranlar çağırır bizi.
Dünyanın nə gerçəyi var?!.
Başından aşır yalanlar…
Qarabağdakı talanlar,
Viranlar çağırır bizi…
Bu Yurd gözüm qarasıdır,
Səsi haray ariyasıdır!..
Hələ işin harasıdır?!.
Taranlar çağırır bizi!..
Söz – yaşıl yamac talası,
Qıjov çay haray salası…
Qəlblərdə ümid qalası
Quranlar çağırir bizi!
Nəğməkar, “sarı sim” çalma…
Hər bəlanı yada salma…
Hədəfimiz “Qızıl Alma”–
Turanlar çağırır bizi!..
25.07.2025.
YENİ SEVDAM…
Sevgim məni tərk eləmir;
Bağrıbadaş yaranmışıq.
Tale tənə, görk eləmir,
Ələnmişik, arınmışıq…
Vurulduğum bəyaz bəniz —
Al səhərin gündoğanı.
Dalğın gözlər — ayaz dəniz,
Ləpə dillər– ündoğanı,
Gülüşün — incim, gövhərim,
Baxışın bihuşdarımdır.
Ürəyimdə bron yerim —
Sədaqətdə tək yarımdır.
Əlim dəyən şəlalə saç —
İslaq ipəyin timsalı.
Əsim tel-tel, qulac-qulac,
Mehrim — zülfünün əmsalı…
Mən atəşdə, sən qordasan…
İşıq ömrü sürdüyümsən.
Soruşmuram ki, hardasan,
Baxmasam da, gördüyümsən…
Göz görmək üçünsə, axan
Bel bağlamaz öz kəsinə.
Sürüşər dörd yana baxan,
Mən ki koram özgəsinə!..
Uyuyursan xəyalımda,
Bilmirəm necə ayıqsan…
Ruhumu eşq ümmanında
Qərq edən pəri qayıqsan…
Göstərgəsi üzə deyil,
Bax bu həyat səhnəmizin.
Yeni sevdam təzə deyil,
Davamıdır köhnəmizin…
23.07.2025.
TƏNHALIĞA
ELEGİYA
Duyğum kimi həzindir
Bu axşamın şərqisi.
Lal sükutum hüzndür;
Hər yanım — qəm sərgisi…

Xəyallarım əlində
Gümanım əsir-yesir…
Yenə də dərd belində
Bir həsir, Məmmədnəsir…
… Bir sapand şeir, dastan,
Ayı, ili daşladıq.
Necə oldu, abzasdan
Bu sevgini başıadıq?!.
İndi gözündən uzaq
Gözüm görmür dünyanı.
Gözümdən soruşuram:
-Gözüm, gördüyün hanı?!
Səndən ayrı halıma
Acıyıb, ağrıma gəl.
Mən ki tək qalmamışam,
Tənha deyiləm, gözəl.
Hicrintək həmdəmim var,
Vəfalı dost-qəmim var…
Yan-yörəm həsrət dolu —
Nə gözəl aləmim var!..
Ayrılıq sazım olub,
Ümid kamanım titrək.
Səbrim — son badəm dolub,
Bir sağlıq de, bitirək!..
21.07.2025.
















