Elmi təfəkkürdən gələn işıq… – Leyla Məcidova yazır

Elmi təfəkkürdən gələn işıq… – Leyla Məcidova yazır

Xalq şairi Səməd Vurğunun qəhrəmanlıqlarla dolu Azərbaycan tarixinin elmi cəhətdən zənginləşdirilməsinə bir çox mübahisəli məqamların tarixi həqiqətlər süzgəcindən keçirilib dəqiqləşdirilməsinə güclü çağırış kimi səslənən bu misraları təsadüfi xatırlatmırıq.

Qədim tarixi köklərin aşkarlanmasında arxeoloji qazıntılar zamanı üzə çıxan hər şəxsi parçası,hər məzar daşı da mühüm əhəmiyyət kəsb edir.
Təbi ki, bu sahədə çalışan alimlərimiz Azərbaycan tarix elminə mühüm töhfələr vermişlər. Lakin bir tarixçi-alim kimi deyə bilərəm ki,hələ də bu sahədə bəzi mübahisələr elmi dəlil-sübutlara ehtiyacı olan məsələlər qalmaqdadır. Məhz bu boşluqdan istifadə edən bədnam qonşularımız özlərini dünyaya qədim xalq kimi sırımaqda və əsassız ərazi iddialarına həyasızcasına cəhdlər göstərirlər. Arxeoloji qazıntılar zamanı Azərbaycan ərazisində tapılan qədim əşyalar xalqımızın bir millət kimi qədim tarixi köklərə bağlılığından xəbər verir.
Öz elmi fəaliyyəti, arxeoloji araşdırmaları ilə Azərbaycan tarixində yeni səhifə açan alimlərimizdən biri də Arif Məmməd oğlu Məmmədovdur. Son illərdə bir çox arxeoloji araşdırmalar, elmi tədqiqatlar nəticəsində əldə edilən uğurlar. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitunun şöbə müdiri kimi məhz onun adı bağlıdır.
Qədim Bərdə şəhərində prof. Arif Məmmədovun rəhbərliyi aparılan arxeoloji araşdırmaya diqqət edek. Arxeoloji qazıntılar zamanı əldə edilən nəticələr göstərmişdir ki, burada 3000 illik şəhər mədəniyyəti mövcud olub.Gəncədə, Səlyanda aparılan arxeoloji qazıntılar da tarix elmində məlum olmayan bəzi qaranlıq məqamlara aydınlıq gətirib.Belə ki, Gəncədə qazıntılar nəticəsində antik və ilk orta əsr şəhər yeri müəyyənləşdirilib. Səlyanda arxeoloji araşdırma zamanı məlum olub ki, şəhərdəki Muğan- Babazani abidəsinin 2 min 800 il yaşı var.
Azərbaycan tarixşünaslığına samballı elmi töhfələr verən Arif müəllimin elmi araşdırmaları arxeoloji uğurları bununla məhdudlaşmır. Onun elmi uğurları ilə bağlı faktların sayını artırsaq uzun bir siyahı alınar. Elə bilirik ki, bu alimin çoxsəhətli elmi fəaliyyəti barədə təsəvvürümüzü genişləndirmək baxımında kifayət edir.
25 fevral 1961 ci il, bu tarix elmləri doktoru prof Arif Məmmədovun doğum günüdür. O vaxt heç kim deyə bilməzdiki ki, Goranboy rayonunun Qızılhacılı kəndində həyata göz açan Arif Məmmədov elmi təfəkkürə sahib olacaq, öz elmi tədqiqatları, arxeoloji araşdırmaları ilə tarix elmini zənginləşdirərək, Respublikada sayılıb seçilən dəyərli ziyalı kimi diqqət çəkəcək. Bir sözlə valideynlərindən tutmuş yaxın qohum- əqrabaya qədər hamı onu dünyaya gələn adi uşaqlardan biri kimi qəbul edirdi. Oda başqaları kimi sadə həyat yolu keçdi, orta məktəbdə oxudu,bu illərdə tarix fənninə hədsiz maraq Arifi bu sahədə ali təhsil almağa istiqamətləndirdi. Çox keçmədi ki , ali təhsil illəri arxada qaldı. Ali məktəbi bitirəndən sonra bir çox məktəblərdə çox sevdiyi tarixi tədris etməyə başladı.
Lakin bütün bunlar Arif müəllimi qane etmirdi. O,tarixşünasliqda bəzi boşluqları doldurmaq və elmə öz töhfəsini vermək barədə düşünürdü. Təbii ki, bu narahatlıq sonralar “Gəncəbasar IV-XIII əsrlərdə”tarixi arxeoloji tədqiqat mövzusunda namizədlik dissertasiyasının müdafiəsi ilə nəticələndi. İllər keçdi. Arxeoloji tətqiqatlarını uğurla davam etdirən Arif müəllim daha qlobal elmi fikirlərlə yaşayır və bunları həyata tətbiq etmək istəyirdi . Xüsusi ilə Qoşqarçay və İncəçay hövzəsinin arxeoloji tədqiqi ilə əlaqədar düşüncələr onu rahat buraxmırdı. Sonralar bu sahədə əldə etdiyi uğurlar doktorluq monoqrafiyasında öz əksini tapdı. Beləliklə “Qoşqarçay və İncəçay hövsəzinin tarix- arxeoloji tədqiqi”(III-XVII əsrlər) mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdi.
Yuxarıda qeyd etdik ki, Arif müəllim pedaqoji fəaliyyətlə məşğul olub və bu gün də davam etdirir. O əvvəllər, yəni 1989-1994 cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında 1995-2004 cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində, 2004-2014 cu illərdə isə Azərbaycan Müəllimləri İnstitutunun Sumqayıt filialında elmi-pedaqoji fəaliyyəti ilə tələbələrinin yaddaşında sevimli müəllim obrazı kimi iz buraxdı. Hazırda AMEA Arxeoloji və Etnoqrofiya İnstitutunda şöbə müdiri vəzifəsində Lənkaran Dövlət Universitetində çalışır. O, eyni zamanda səmərəli elmi tədqiqatlarını, arxeoloji araşdırmalarını davam etdirir.
Görkəmli elm xadimi Arif Məmmədov 6 müəlliflik şəhadətnaməsinin və patentinin sahibidir. O 115 elmi əsərin müəllifidir. Bu əsərlərin 15-i xaricdə çap olunub.
Prof Arif Məmmədov 64-cü baharını arxada qoyub.Qarşıdan isə alimin yubileyi gəlir. Arif müəllim bu yubileyi tarix elminə verdiyi sanballı töhfələr və səmərəli pedaqoji fəaliyyəti ilə qarşılayır. Elə bilirəmki ötən illərə boylandıqca Arif müəllim heç də peşmançılıq hissi keçirmir. Çünki, bu illər elmi əsərlərə, uğurlu elmi tədqiqatlara, araşdırmalara,tələbələrinin fəal həyat mövqeyinə dönərək sevimli alimin, təcrübəli pedaqoqun, dəyərli ziyalı və xeyirxah insanın ünvanına şan-şöhrət gətirib. Əslində onun həm elmi həm də pedaqoji fəaliyyəti layiqincə dəyərləndirilib. O AMEA Rəyasət Heyətinin Ali Hərbi Dənizçilik Akademiyasının, Bərdə və Salyan Rayon İcra Hakimiyyətlərinin fəxri fərmanları ilə təltif olunub.
İnanırıq ki, Azərbaycan tarixi Prof Arif Məmmədovun elmi təfəkküründən hələ çox faydalanacaqdır.

Alim ömrü

Azərbaycan Milli Elmlər Akademiyasının
Arxeoloji və Etnoqrafiya İnstitutunun
şöbə müdiri, tarix elmləri doktoru prof.
Arif Məmmədova ithaf edirəm.

Götürdün çiyninə elmin yükünü
Vətən tarixinə bir xidmət kimi,
Sən ki, yaşayırsan alim ömrünü,
Tanrıdan verilən bir qismət kimi.

Tarixin qaranlıq məqamlarına
Tarixçi alim tək güzgü tutmusan .
Dözüb bu zamanın sınaqlarına,
Çox vaxt özünü də sən unutmusan.

Sevdin bu torpağı sən dönə-dönə
Qəlbinə hakimdir Vətən tarixi;
Sən ki, çıxarırsan torpaq üstünə
Torpağın altında yatan tarixi.

Tarix ki, sevməyir saxtakarlığı,
Bax elə bundadır işin çətini.
Meyara çevirib xeyirxahlığı,
Qorudun tarixin həqiqətini.

Elmin qartalısan,zirvədə yerin
Qalırsan zirvədə bir qürur kimi,
Fəqət dərs dediyin tələbələrin
Yayılıb hər yerə işıq,nur kimi.

Qarşıdan yol gəlir altımış beşin,
Elmin gülşəninə gül verən alim.
Kitaba dönübdü hər elmi işin,
Daşlanmış tarixə dil verən alim.

Tez-tez boylanırsan ötən illərə,
Qürurun əyilməz uca dağ olub.
Ömrün sovrulmayıb əsən yellərə,
Vətən qarşısında üzün ağ olub.

Məcidova Leyla Qadir qızı
Lənkaran Dövlət Universitetinin
dosenti,Tarix üzrə fəlsəfə doktoru.
Lənkəran Tarix Diyarşünaslıq Muzeyinin direktoru

Lənkaran- 2025

Share: