Rasif İMANOĞLUnun tam ciddi yarızarafatları…

Rasif İMANOĞLUnun tam ciddi yarızarafatları…

Müstəqil.Az Rasif İMANOĞLUNUN növbəti aforizimlərini yayınlayır…

1.İstedaddan qısır olanların yarısı vəzifədədir, yarısı da istedad müsabiqələrinin münsiflər heyətində.
2.Şeytanı deyə bilmərəm, amma pis adamlar həmişə şeytanın qulluğundadırlar.
3.Mən söz gəzdirənlərə hətta məni qapan iti gəzdirməyi də etibar etməzdim. Siz özünüz bilərsiniz.
4.Kiminsə mükafatında gözüm yoxdur. Amma bu, o demək deyil ki, ləyaqətsizlərin, layiq olmayanların mükafatlandırılmasının tərəfdarıyam.
5.Stolun arxasından çox yerə yollar gedir. Biri də qazamata aparır. Unutmayın.
6.Harın müdirlərin qapısı ağzında yatmağı şərəf bilənlər şərəfin nə olduğunu bilməyənlərdir.
7.Əvvəllər yalan da deyirdi. Amma vəzifəyə keçəndən sonra dediklərinin hamısı yalandır. Yalan vəzifədə daha çox pul qazandırır ki?
8.Bir artıq üzlə nələr etmək olarmış… İkiüzlülüləri deyirəm.
9.Bilməyənlər bilənləri ən çox neçə il “öyrədə” bilərlər?
10.Mənim yaltaq görmək planım dolub. Bu hesabla gərək heç o dünyada da yaltaq görməyim. Görək də…
Rasif İMANOĞLU
04.06.2025
Share: