“Putin İrəvana gələrsə, onu həbs etmək səlahiyyətim yoxdur”

“Putin İrəvana gələrsə, onu həbs etmək səlahiyyətim yoxdur”

“Putin İrəvana gələrsə, onu həbs etmək səlahiyyətim yoxdur”

Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi ilə bağlı bəzi şəxslərin, o cümlədən Vladimir Putinin həbsi ilə bağlı qərarlar qəbul etmir.

xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Telegraph”a müsahibəsində bildirib.

“2018-ci ildən sonra Ermənistanda məhkəmə-hüquq sistemində ciddi islahatlara başlanılıb və bu sahədə böyük irəliləyişlər qeydə alınıb. Bizdə kimin həbs edilib, kimin həbs olunmamasına baş nazir qərar vermir”, – hökumət başçısı vurğulayıb.

Xatırladaq ki, 2023-cü ilin oktyabrında Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya edib. Bu, İrəvanı Rusiya Prezidenti Vladimir Putinin ölkəyə səfər edəcəyi təqdirdə BCM-nin onun həbs edilməsi barədə qərarına əməl etməyə məcbur edir.

Share: