Möcüzə sular qaynağı Kislovodsk – TÜRK ŞƏHƏRİ

Şəfalı sular diyarı Stavropol (əski adı: Taşlı) ölkəsinə bağlı Kislovodsk (hərfən: turş, təlx su) kurort şəhəri  daim buzlarla örtülü Elbrus dağından (digər adı: Şalbuz “Yalbuz”) 60 km məsafədə yerləşir.

Qafqaz mineral bulaqları içində ən məşhuru və tanınmışı səfalı Kislovodsk qaynaqlarının çox olduğu  şəhərdir; şəhər öz adını ərazilərindən çağlayan turşməzə, şor sulara görə almışdır. Hər tərəfdən Baş Qafqaz dağ silsiləsiylə əhatələnən, buz kimi sərin, təmiz havası  və həyatverici Narzan qaynağları ilə tanınan Kislovodsku elə daha çox məşhurlaşdıran da əfsanəvi loğman gücündə olan müalicəvi qaynaqlarıdır. Dörd km-lik bir sahəni əhatə edən və Beçasın təpələrinin döşündən vadiyə enən və bununla xarüqə bir relyef biçimi qazanan, meşə ağaclarının, hər cür subtropik bitkilərin, meyvə bağlarının, eləcə də qızılgül məskəni olan parkın möcüzə mənzərələri  Kislovodskın gözəlliklərini müəyyən edən əsas göstəricilərdir.

Qafqaz Mineral Suları kurortlarından ən məşhuru olan  Acı Su (Kislovodsk)  Boraqanstan, Kaban, Canal, Kabartay dağlarının haləsində qərar tutmuşdur. Əgər bulaqların turş dadına görə olmasaydı, şəhərin ilin bütün fəsillərində günəşli olması səbəbi ilə adı təbii olaraq Günəşli ola bilərdi.

… Purut (əsli Burat) davasında biabırçı məğlubiyyətdən sonra çar Pyotr Almaniyada-Karlsbad sularında müalicə ala-ala paytaxta əlüstü göndərdiyi məktubunda Qafqaz sularını öyrənməyi tələb edir. Və nəhayət Osmanlı dövləti ilə imzalanan 25 illik sülhü ilə iki dövlət arasında sərhədlər dəqiqləşdirildikdən sonra (1714) dövlətin daxili məsələlərinin nizamlanması işinə girişən (Hammer,159) çar Pyotrun yadına ilk düşən məsələlərdən biri müalicəvi suları olur. 1717-də nəhayət planladığı Qafqaz səfərini artıq gözaltına aldığından saray həkimi doktor Q. Şoberə eynilə Almaniyadakı müalicəvi bulaqlar kimi bildiyi bu möcüzə diyarda dərd-azardan müalicə olunmaq üçün qaynaqlar tapmasını tapşırır və onun Qafqaza ezam edir. Doktor aparılan axtarışlardan sonra çara Sunca ilə Terekin qovuşduğu yerdə belə suların olduğu “Boraqun bulaqları”(Borağan-müəll.) barədə məlumat verir. Ardınca “Çərkəz torpağı”nda şorməzə suların olduğundan da bəhs edir.

18 əsrin sonuna qədər nəzərləri cəlb etməyən bu yerlər Böyük Kabarday ilə Abaza tayfalarının sərhəd ərazilərini təşkil edirdi. Gələcək şəhərin yerində Abaza nəslindən olan mirza Cantemirovların qışlağı yerləşirdi. Ruslarin gəlib yerləşməsinədək kənddə 5 minə qədər əhali yaşayırdı.

Amma Pyotrun ciddi cəhdinə baxmayaraq kurort şəhərin varlığı rəsmən 1803-dən başlayır. Belə ki, 18 əsrin sonunda Akademik Pallas P.S. suların fövqəladə özəlliklərini ciddi-cəhdlə öyrənib aşkara çıxarır, gələcək istirahət-sağlamlıq qurğuların planını işləyir. Bununla sağlamlıq ocağının taleyində ciddi dəyişiklik başlayır.

Yerli türklərin “Acı Su”, “açe-su”, kabardayların da Nart suyu (narzan) “nartların, bahadırların suyu”dedikləri vu şəfa bulaqlarından istifadə etmişlər. Şəhərin bu günkü adı Kislovodsk şəhərin türk adı Acı su üzərində qurulmuşdur.

Əlbəttə bu mineral suların qaynayıb çıxdığı yerlər və suların şəfaverici gücü bu yerin əhalisinin   diqqətini çox-çox qədimlərdən cəlb etdiyi məlumdur.  O cümlədən də bu müalicəvi sular həmin ərazidə yaşayan xalqların içib istifadə etdikləri xeyirli şəfa mənbəyi idi. Onlar  bilirdilər ki, adam  bu təlx dadında olan sudan iki stəkan içəndən sonra məst olur, ardınca isə dərin yuxuya dalır.

Dediyimiz kimi, bu şəfa ocağının  töhfələri çoxdan məlum olsa da, onun  rəsmi şəhər statusu 1803-dən başlayır. Bunu  həm də rusların Qafqaza saldırılarının başlanğıcı kimi qəbul etmək gərəkir; həmin çağlarda digər sahiblənmə yolunda digər işlər kimi turş su quyuları üstə Rus hərb qalalarının tikilməsi tarixi olaraq qəbul etmək gərəkir. (2, 153) Qara dənizin Qafqaz qıyılarına sahib olan Rus dövləti bunun ardınca nəzərlərini bütün Qafqaza çevirmişdir. 19 əsrin başlanğıcından bütöv Qafqazı bir hərb arenasına çevirən rus idarəçiləri nəhayət onunla ciddi maraqlanmağa başlayır. Rus dövlətinin Azov-Mozdok müdafiə xəttinə daxil olan hərbi Kislovodsk qalası tikilir.

Gənc çar Qafqazda saxladığı və bu xalqların tam istilası üçün burada etibarlı, sağlam baza yaratmaq istəyirdi Bu məqsədlə 7 mart 1803-də 1 Aleksandrın Turş sular üstündə yaylaq evlərinin də tikilməsi ilə bağlı sərəncam verir. Qafqaz hərbi xəttinin baş müfəttişi Pavel Sisiyanova göstəriş verir. 5 ay müddətinə artıq burada lazaret, əsgər düşərgəsi, mətbəxi ilə birlikdə ərzaq anbarı zabitlər evi, qışlalar, dinlənənlərin xidmətçi personalı üçün də yaşayış evləri tikilib qurtardı(3, s.82-90).

İstilaşıların bu sayaq əliuzunluğu yerli xalqları həyəcana salırdı; 1804-də Küzey Kafkasyalilar Narzandakı (Kislovodsk) kale inşaatını durdurulması için büyük bir isyan başlatmışlardır. Bu isyana Kabardaylar, Karaçay-Malkarlar, Çeçen-İnguşlar, Didorlar(Küzey Osetyalılar) və digər Çərkəz kabileleri iştirak etdiler… Ancak bu isyanların pek çoğu Rusların feci katliamlarıyla sona ermişdir(4,152).

1812-ci il müharibəsi ərəfəsində qalada ilk daş evlər tikilmişdi artıq. Get-gedə burada göz oxşayan zəngin yaylaq evləri meydana çıxır. Bununla da qala get-gedə öz hərbi əhəmiyyətini itirir. Müalicə məqsədi ilə gələnlərin dəstəsi böyüyür. Baş komandan Yermolovun əmri ilə istirahət parkı və ilk restoran açılır. Bu öz zamanında dünyanın ən böyük bağı idi; bu günlərə tam yarısı  gəlib çıxsa belə yenə də böyüklüyünü saxlamış dünyada (Birinci yeri İngiltərədəki park tutur)  ikinci yerdədir.

Çar idarəçiləri Qafqaza tam Terek boylarınadək kazak ailələrini yerləşdirirlər. Qaladan  5-6 km aralıda 100  kazak ailəsindən ibarət  Kislavodskaya stanitsası salnır (1825). Bu köçürülmüş  Kazak ailələri mal-heyvan saxlamaqla, bağ-bostan becərməklə həm özlərini, həm də kurort qəsəbəsini və slabodanı təchiz edirdi.  Yeni-yeni yaranan kurortda işləri genişləndirmək məqsədi ilə örtülü noqay arabalarından istifadə edirdilər; bu hazır “çadır-ev”də vanna belə quraşdırılmışdı.

Kislovodska yerləşən qüvvələr qalanin bərpasının gərəkliyini israrla tələb edirdilər. Odur ki, bu istiqamətdə  ilk iş olaraq qala divarlarının yenidən tikilməsinə başlanıldı.  Lakin başlanan işlər lüzumsuzluğu üzündən dayandırıldı və tikintinin hazır hissələri üzərində  1848-58 illərdə 10 il ərzində Narzan qalereyası təşkil olundu. Nəhayət Qafqazdakı hərbi əməliyyatların sona çatması ilə  (1861) bu işdən bilmərrə əl çəkildi. Ruslar Qafqaza hakim olması ilə dinc işlərə start verilir. Bu tarixdən başlayaraq Kislovodskun dünya kurort şəhəri şöhrətinə doğru inkişafı etdiyi hiss olunurdu. Artıq şəhərdə dəbdəbəli villaların, malikanələrin tikintisinə başlanır. Sanatoriya binalarının tikilməsi, yeni-yeni sağlamlıq ocaqlarının təşkili böyük vüsət alır və nəticədə bu gün  Kislovodsk gözəl bir kurort şəhəri kimi tanınmaqdadır.  2 Dünya müharibəsində sanatoriya binaları hospitala çevrildi

Kislovodsk ətrafında türk ruhu: Alikanovka vadisi, kəndi və Alikan çayı, Canal dağları, Borqustan dağları, Elkuş kəndi vəs. Türk adlarıyla yaşamaqdadır

Minəxanım Nuriyeva-Təkləli

Professor

                                                İstifadə olunan Ədəbiyyat

  1. Hammer 7 cild. Hammer Jozef fon. Büyük Osmanlı Tarihi, İstanbul, Nehir yayınevi, 1991, 7. cilt
  2. Yasar Yücel, Ali Sevim. Türkiye Tarihi,TK Basımevi, Ankara, 1992.

 

  1. Энциклопедический словарь [в 86 томах] / Под ред. К. К. Арсеньева и Ф. Ф. Петрушевского.— СПб.: Издатели: Ф. А. Брокгауз и И. А. Ефрон, в 86 т. 82-90.  (82 т. и 4 доп.). — СПб., 1890—1907.

 

  1. Adiloğlu Adilhan. Karaçay-Malkar türklerinin Rus hakimiyyetine girişi – jurnal: international Periodical For the languases literature and History of Turkic Volume 3/1 winder 2008(s.145-205)

 

 

 

 

 

Kislovodsk mənzərələri. Bermamut dağı. Üçkeken zirvəsi

 

Бастион Кисловодской крепости (ресторация – справа). Акварель И.Я. Майера, 1840г.

 

Kislovodskda  mülkədar və şərabçı “Reberin evi” (1823) Bu evdə qonaq olan Rus şairi Lermontov “Zəmanəmizin qəhrəmanı” əsərində hadisələrin cərəyan etdiyi əsas ev

Şərq memarlığı üslubunda əski Nazran sanatori binası

Kislovodsk.Taza Meçet

Kislovodskda Muhtarov sarayı(indi: Zvezdnı pansionatı(memar: memar:Xocayev E.B)

 

Kislovodskda sanatoria

Noqay arabası. İlk illər müalicəyə gələnlər arabalardakı noqay evciklərində yaşayırdılar.

 

Eski ev: Soljenitsin uşaqlığı burada keçmiş. foto 1900 li illerde çekilmiş.

 

Share: