Bayden pandemiyanın bitdiyini elan etdi

ABŞ Prezidenti Co Bayden koronavirus pandemiyasının bitdiyini elan edib.

Müstəqil.Az xəbər verir ki, bu barədə o, CBS telekanalına müsahibəsində deyib.

“Pandemiya bitdi. Hələ də COVID ilə bağlı problemlərimiz var, biz hələ də bunun üzərində çox işləyirik … Ancaq fikir versəniz, heç kim maska taxmır, görünür, hamı yaxşı vəziyyətdədir”, – deyə Bayden qeyd edib.

Müstəqil.Az

Share: