40 deputat ölkə prezidentini korrupsiyada günahlandırdı – GÖZLƏNİLMƏZ…

Ukraynanın 40 xalq deputatı, o cümlədən Yuliya Timoşenko korrupsiyda iştirakı haqqındakı məlumatı açıq təsdiq və ya inkar etməsi tələbi ilə ölkə prezidenti Petro Poroşenkoya müraciət imzalayıb.
Moderator.az-ın xarici mediaya istinadla yaydığı xəbərdə deyilir ki, məktubda dövlət başçısının iştirakçısı olduğu iddia edilən bir çox korrupsiya işlərinin siyahısı sadalanır.
“Bir neçə ildir “düşmən mühasirəsində cəsarətlə işləyən” Lipetsk şirniyyat fabriki haqqında demək olar ki, hamı hər şeyi bilir. Amma Salvador Dalının deklarasiyada elan edilməmiş və bir milyon dollara yaxın qiyməti olan heykəli haqda  çoxları bilmir.  Eləcə də Poroşenkonun Rusiya Federasiyası ərazisində taxıl və nişasta(“kraxmal”) biznesi ilə məşğul olması, “Qetman Sagaydaçnıy”  freqatının (kiçik döyüş gəmisi) təmiri zamanı çoxmilyonluq maxinasiyalar barədə…”,- xəbərdə belə deyilir.
Ali Rada üzvlərini, həmçinin,  prezidentin Yuriy Lutsenkonun ölkə Baş prokurorluğuna namizədliyi üzrə səsvermə zamanı müsbət nəticə əldə etmək üçün bir sıra deputatları rüşvətlə ələ alması haqda informasiya maraqlandırır. Və s. və i.a.
Artıq Poroşenkoya “korrupsiya məktubu”nun təşəbbüskarı olan Viktor Çumak  “Kremlin maraqlarına işləmək”də və  “Ukrayna dövlət başçısını gözdən salmaq cəhdi”ndə ittiham olunub. Mənbənin bildirdiyinə görə, bu, olduqca qəribə bir ittihamdır. Çünki  V. Çumak məktuba imza atmış digər xalq deputatları: Svetlana Zalişuk və Sergey Leşenko ilə bərabər bir müddət öncə “ABŞ Dövlət Departamentinin təsir agentləri” siyahısına salınıb…
Share: