1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu Bakını eser-daşnak qüvvələrindən azad etmək üçün şəhərə yaxınlaşır, sentyabrın 15-də Bakını azad edir və nəticədə “Sentrokaspi diktaturası” süquta uğrayır. General Denstervil gəldiyi gəmi ilə Bakıdan Petrovsk (indiki Mahacqala) limanına qaçır…
İngilislər Bakını tərk edəndən sonra – 1918-ci il sentyabrın 17-dən Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıda fəaliyyət göstərməyə başlayır. Yeni hökumətin Bakıda qəbul etdiyi ilk qərarlardan biri neft sənayesinin dövlətsizləşdirilməsi, daha doğrusu, milliləşdirmənin ləğv edilməsi barədə olur. Bu haqda Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının qərarı 7 oktyabr 1918-ci il tarixli “Azərbaycan” qəzetinin (rus dilində) birinci səhifəsində dərc edilib. Qərarın birinci bəndində deyilirdi: “Keçmiş Bakı Xalq Komissarları Sovetinin Bakı quberniyası ərazisindəki neft sənayesi müəssisələrinin və buna müvafiq müəssisələrin, o cümlədən Ticarət Donanmasının milliləşdirilməsi, habelə həmin müəssisələrin idarə edilməsi qaydaları haqqında verdiyi bütün dekret və sərəncamlar ləğv edilmiş hesab olunsun”. Həmin qərara əsasən, bütün mədənlər, zavodlar və gəmilər, onların əmlakı və s. dərhal əvvəlki sahiblərinə və səlahiyyətli nümayəndələrinə qaytarılırdı.
Hökumətin daha bir qərarı ilə Xəzər dənizində gəmiçilik təsərrüfatı bütünlüklə Yollar Nazirliyinin tərkibinə daxil edilir. Azərbaycan hökuməti Yollar Naziri vəzifəsinə dəmir yolu işləri sahəsində böyük təcrübəsi olan məşhur ixtiraAzərbaycan Xalq Cümhuriyyətinin gəmiçiliklə bağlı ilk qərarlarından. 23 oktyabr 1918-ci il. Əldən-ələ keçən Xəzər… 51 çı-mühəndis Xudadat bəy Məlik-Aslanovu təyin edir. Sonrakı dörd hökumət kabinələrində də Yollar Naziri vəzifəsini X.Məlik-Aslanov tutmuşdur.
Müəllif Müsəllim Həsənov
“Azərbaycanda Gəmiçilik:Sənədli tarix” kitabından
Mənbə: Sianwus.az