1 ton 669 kiloqram narkotik maddə müsadirə edildi

İranın Sistan-Bəlucistan bölgəsindəki İranşəhrdə 1 ton 669 kiloqram narkotik maddə müsadirə edilib.

Publika.az xəbər verir ki, operativ məlumatlar əsasında həyata keçirilmiş əməliyyat nəticəsində İranşəhrə daxil olan yük avtomobili saxlanılıb. Avtomobilə baxış keçirilib və yük yerində 1 ton 621 kiloqram tiryək, 23 kiloqram heroin, 5 kiloqram həşiş və 20 kiloqram digər narkotik maddələr aşkar olunaraq müsadirə edilib.

General diqqətə çatdırıb ki, baş vermiş hadisə ilə əlaqədar həbs olunanlar var, cinayət işi açılıb və istintaq aparılır. “Məqsədimiz narkotik maddələrin kimlərə çatacağını müəyyənləşdirməkdir”, – deyən M.Qənbəri bildirib ki, qaçaqmalçılar narkotik maddələri Avropaya göndərmək istəyində olublar.

Share: