Ərdoğan Ramil Quliyevdən nə istədiyini AÇIQLADI

Ötən gün atletika üzrə Türkiyə millisinin tərkibində 200 metr məsafəyə qaçışda Avropa çempionu olan həmyerlimiz Ramil Quliyev qələbəsi ilə bağlı fikirlərini bölüşüb.

Müstəql.az xəbər verir ki, sprinter Avropa və Türkiyə üzrə rekord qırdığını qeyd edib: “Çox xoşbəxtəm. Avropa çempionatında rekord göstərici oldu. Dünyada elə bir idmançı yoxdur ki, olimpiadada medal qazanmaq istəməsin. Biz də çox istəyir və çalışırıq. 2020-ci il Tokiyo Yay Olimpiya Oyunlarından medallarla dönəcəyimizə inanırıq”.

Almaniyanın paytaxtı Belrində təşkil olunan yarışda 19,76 saniyəyə rekord göstərici ilə birinci yeri tutan 28 yaşlı sprinter Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ona zəng vurmasından da danışıb: “Bizdən 4×100 metrə bayraq yarışında da medal gözlədiyini söylədi. İnşallah, bunu da edərik. Bizə diqqət yetirdiyi üçün prezidentə təşəkkür edirəm”.

Qeyd edək ki, Quliyev ötən il İngiltərənin paytaxtı Londonda eyni məsafəyə qaçışda dünya çempionu olub.

Müstəqil.Az

Share: