Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Gina Haspel ilə görüşüb.

Paytaxt Ər-Riyadda baş tutan görüşdə iki ölkə arasındakı ortaq əhəmiyyətə sahib məsələlər müzakirə edilib.

SPA rəsmi xəbər agentliyinin yaydığı informasiyada detallara yer verilməyib.

ABŞ-da Tvitterin iki sabiq işçisi haqqında Səudiyyə Ərəbistanı hökumətinə pul qarşılığında kəşfiyyat məlumatları ötürməsi iddiası çıxdıqdan sonra bu görüşün gerçəkləşməsi diqqət çəkir./publika.az

20 baxılıb