Sabiq millət vəkili, hazırda Milli Şurada yer alan Gültəkin Hacıbəylinin səs yazıları yayılıb.

Müstəqil.Az xəbər verir ki, oktyabrın 19-na təsadüf edən səs yazıları Gültəkin Hacıbəyli ilə ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi işlər üzrə müşaviri Uilliam Solly ilə danışığı zamanı lentə alınıb.

Sözügedən səs yazısını Mirşahin Ağayev rəhbəri olduğu Real TV-nin efirində səsləndirib.

Bundan başqa, Hacıbəylinin Avropa İttifaqının siyasi, sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Denis Danidis ilə görüşü zamanı lentə alınan səs yazıları efirdə səsləndirilib. Milli Şura üzvü  razılaşdırılmamış aksiyadan əvvəl avropalı diplomatla nahar masası ətrafında əyləşərək, ondan kömək etməyi xahiş edir.

Məsələ ilə bağlı şəxsi feysbuk hesabında paylaşım edən G.Hacıbəyli səs yazılarını təsdiqləyərək, Mirşahin Ağayevi tənqid edib.

81 baxılıb