Zamanın və sözün koordinatlarında Leyla Əliyeva- Leyla Məcidova yazır

Zamanın və sözün koordinatlarında Leyla Əliyeva- Leyla Məcidova yazır

 

Təqvim 3 iyul tarixini göstərəndə Şərqlə Qərbin, qədimliklə müasirliyin kəsişməsində dayanan Azərbaycan intellektual mühiti üçün sadəcə bir doğum günü deyil, həm də çoxşaxəli bir mədəni-ictimai fəaliyyətin retrospektiv analizi üçün mühüm bir an yetişir. Leyla İlham qızı Əliyevanın doğum günü, onun keçdiyi ömür yolunun fəlsəfi, ədəbi və sosioloji aspektlərini araşdırmaq üçün bənzərsiz bir zəmin yaradır. O, dövlətçilik ənənələri olan bir ailədə doğulub, böyüsə də, öz fərdi axtarışları, poetik ruhu və qlobal təşəbbüsləri ilə müasir Azərbaycan qadınının intellektual və humanitar obrazını beynəlxalq arenada yenidən formalaşdırmağı bacarmışdır.
Leyla Əliyeva 3 iyul 1985-ci ildə elmi və siyasi elitanın mərkəzi sayılan Moskva şəhərində anadan olmuşdur. Onun şəxsiyyət kimi formalaşmasında mənsub olduğu ailə mühiti Azərbaycanın memarı Heydər Əliyevin genetik irsi, Prezident İlham Əliyevin praqmatizmi və Birinci vitse-prezident Mehriban Əliyevanın humanitar böyüklüyü mühüm rol oynamışdır.
Bakının köklü təhsil ocaqlarından olan 160 saylı tam orta məktəbi bitirdikdən sonra onun təhsil trayektoriyası qlobal xarakter alır.
Avropa Biznes Məktəbi (ESB),İqtisadi və idarəetmə biliklərinin təməli qoymuşdu.
İsveçrə və Böyük Britaniya təhsili, Beynəlxalq dünyagörüşünün və multikultural baxışın formalaşması.Avropa Biznes Məktəbi (ESB): Biznesin idarə edilməsi və iqtisadiyyat sahəsində fundamental nəzəri biliklərə, həmçinin effektiv idarəçilik bacarıqlarına dərindən yiyələnmişdir.İsveçrə və Böyük Britaniya təhsili,Qlobal miqyasda rəqabətədavamlı beynəlxalq dünyagörüşünün və müxtəlif mədəniyyətlərə açıq, multikultural baxışın formalaşmasında əsaslı rol oynamışdır.MGİMO (Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu),2006–2008-ci illərdə dünya siyasəti üzrə magistr dərəcəsinə yiyələnərək, beynəlxalq münasibətlər və siyasi proseslərin elmi-analitik təhlili sahəsində yüksək ixtisaslı mütəxəssis kimi formalaşmışdır.
“Dünya yuxutək əriyir…”
Ədəbi-tənqidi kontekstdə yanaşsaq, Leyla Əliyeva poeziyası müasir Azərbaycan ədəbiyyatında xüsusi bir poetik cərəyanın — “neo-romantik eksistensializmin” nümunəsidir. Onun şeirləri sadəcə qafiyə düzümü deyil, insanın kainatdakı yeri, zamanın axıcılığı, sevgi və nifrətin dualizmi üzərinə qurulmuş fəlsəfi monoloqlardır.
“Mənə güc ver Allahım”, “Elegiya”, “Tək deyilsən” kimi əsərlərində müəllif subyekti ilə kosmik zaman arasında bir dialoqu mövcuddur. Babası Heydər Əliyevə həsr etdiyi və 5-ci sinif ədəbiyyat dərsliklərinə daxil edilən “Elegiya” şeiri, itkinin və sonsuz ehtiramın poetik manifestidir.
Onun yaradıcılığı coğrafi sərhədləri aşaraq qlobal mədəniyyətin vizit kartına çevrilmişdir,
“Türkiyədə'”Sanki bir alovsan” (BENGÜ yayınları),
“Londonda, Tehranda, Belarusda və Daşkənddə”,”Dünya yuxutək əriyir…” topluları müxtəlif dillərə (ingilis, fars, özbək, belarus) tərcümə edilərək oxucuların ixtiyarına verilmişdir.
Şeirlərindəki səmimiyyət, insanın daxili ağrılarını və işığını eyni anda əks etdirə bilmə bacarığı onun şairəlik missiyasını akademik səviyyəyə qaldırır.
Leyla Əliyevanın fəaliyyətini elmi-sosioloji cəhətdən təhlil etdikdə, onun 12 iyul 2011-ci ildə əsasını qoyduğu,IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi ön plana çıxır. Bu layihə sadəcə bir ekoloji hərəkat deyil, onun elmi əsaslara söykənən davamlı inkişaf modelidir.
Leyla Əliyeva ekologiyanı siyasi və iqtisadi maraqlardan ayıraraq, onu bəşəriyyətin fundamental sağ qalma fəlsəfəsi kimi təqdim edir. “Qafqaz biomüxtəlifliyi sammiti”, “Panthera” təşkilatı ilə birgə bəbirlərin qorunması layihəsi və regional ağacəkmə kampaniyaları biosferin qorunmasına yönəlmiş elmi-praktik addımlardır. Məhz bu qlobal xidmətlərinə görə o, 2015-ci ildə “BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Xoşməramlı səfiri”adına layiq görülmüşdür.
Heydər Əliyev Fondu və “Xocalıya Ədalət!”
Leyla Əliyevanın ictimai-siyasi portretində onun tarixi yaddaşın bərpası və mədəniyyətlərarası dialoq sahəsindəki fəaliyyəti xüsusi çəkiyə malikdir. Heydər Əliyev Fondunun vitse-prezidenti kimi onun rəhbərlik etdiyi layihələr milli hüdudları aşaraq beynəlxalq humanizm arenasına daxil olur.
“Xocalıya ədalət!” (Justice for Khojaly)
2008-ci ildə onun təşəbbüsü ilə başlayan bu beynəlxalq kampaniya, Azərbaycanın üzləşdiyi ən böyük faciəni dünyaya hüquqi-siyasi müstəvidə tanıtmaq üçün strateji informasiya modeli rolunu oynadı. Üç cildlik “Xocalıya Ədalət!” elmi-analitik nəşrləri bu faciənin beynəlxalq hüquq kontekstində soyqırımı kimi tanınması üçün fundamental mənbə təşkil edir.
Leyla Əliyeva Azərbaycanın multikulturalizm modelini dünyaya vizual və elmi dillə izah edirək daha xeyirxah misyalar həyata keçirdir.
“Bakıdakı Müqəddəs Məryəm kilsəsinin yenidən qurulması”,”Strasburq kafedral kilsəsinin”və “Luvr muzeyinin”bərpasına dəstək,
“Londonda keçirilən dinlərarası dialoq” konfransları.
Bu fəaliyyət Azərbaycanı radikalizmdən uzaq, sivilizasiyaların qovuşduğu humanist bir mərkəz kimi dünyaya təqdim edir.
Leyla Əliyevanın humanitar, mədəni və ekoloji fəaliyyəti dünya miqyasında ən ali mükafatlarla qiymətləndirilmişdir. Bu mükafatlar onun fəaliyyətinin universal miqyasını göstərir.
Onun fəaliyyəti dünya miqyasında sülh və mədəniyyət körpüləri quran mükafatlarla bəzənib. Azərbaycanın “Tərəqqi” medalı onun Vətənə xidmətini təsdiqləyir, ABŞ-dan aldığı “Key to life” mükafatı isə bəşəri dəyərlərə sahib olduğunu göstərir.
Rusiyadan aldığı Müqəddəs Olqa ordeni, Aleksandr Puşkin medalı və MGİMO-nun “Xidmətlərə görə” medalı isə təhsil, ədəbiyyat və beynəlxalq dialoq sahəsindəki sarsılmaz izlərini təsdiqləyir.
3 iyul, sadəcə təqvimdə bir gün deyil, poeziyanın incə ruhu ilə ekologiyanın rasionallığını, tarixin ağrıları ilə gələcəyin ümidini öz şəxsiyyətində birləşdirən bir intellektualın hesabat günüdür. Leyla Əliyeva müasir dünyada şairə, ictimai xadim, ekoloq və diplomat rollarını vahid bir ideal,”insanlığa və təbiətə xidmət”idealı ətrafında birləşdirməyi bacarmışdır.
Leyla Əliyeva övladları Əli, Mikail və Əminəyə göstərdiyi dərin sevgi və qayğı ilə əsl fədakar ana obrazını tamamlayır, onların xoş gələcəyi üçün hər an səy göstərir.
Təsadüfi deyil ki, bu səmimi sevgi və qayğı dolu qəlb,uşaq evlərindəki məsum gözlərə işıq saçır, hər bir körpəyə verilən dəyərin və isti münasibətin ən gözəl nümunəsini,o,bir ana kimi özundə əks etdirir.
Küçələrin kimsəsiz və dilsiz canlılarına uzanan mərhəmət əli, onların qəlbinə toxunan və dünyanı daha da gözəlləşdirən əsl rəhmət körpüsüdür.
Onun ad günü, yazdığı şeirlərin sətirlərindəki ümid kimi, Azərbaycanın humanitar gələcəyinə işıq salmağa davam edir. Doğum gününüz mübarək, sözün və təbiətin hamisi!

Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru,dosent
Lənkəran Astara Tarix Diyarşünaslıq Muzeyinin
Direktoru
Məcidova Leyla Qadir qızı

Share: