Son xəbərlər

replica rolex watches within the quest for the best style simultaneously an ideal blend associated with resourcefulness distinctive daring style .

bodrum escort

Türk Kitabı. Unudulan Tarix… – Minə xanım Nuriyeva – Təkləli

(davamı) III təqdimat

 

Müstəqil.Az tanınmış türkoloq, filologiya elmləri doktoru, professor Minə xanım Nuriyeva-Təkləlinin Rusiya ərazisindəki tarixi türk şəhərlərindən dolğun məlumat verən “Türk Kitabı. Unudulan Tarix…” kitabının hissə-hissə davamlı olaraq byayınına başlayır.

  Kitabda tarixən Türk xalqları yaşayan böyük ərazilərdə, eləcə də indi digər respublikaların hüdudları içərisində qalan ulu Türk torpaqlarında bir neçə yüz illər boyunca    adı dəyişdirilən, başqa yad adlarla əvəz edilən əski Türk məskənlərindən bəhs edilir. Əldə olunan nəticələr vasitəsilə Altaylardan Balkanlara və Cənubi Qafqazlaradək olan əzəli Türk torpaqlarının həqiqi mənzərəsi əks olunur

Kişinev. Ak Baş Keşane

Kişinevdə Osmanlı dövrü qəsr

 Kişinyov müasir Moldovanın baş kəndi. Kişinev şəhərinin (moldovanlar Kişineu deyirlər) adının türk mənşəyi (Keşane) haqqında inandırıcı, cəsarətli fikirlər artıq kök salmaqdadır. Məsələyə aydınlıq gətirmək məqsədiylə müasir Moldova ərazilərinin türk keçmişinə dair qısa tarixi arayışı nəzərinizə çatdıraq: Etibarlı mənbələrin qeyd etdiyi kimi Qara dəniz ətrafı torpaqlarda, o cümlədən şimal qıyıları – müasir Moldova ərazilərində  miladın 9-10 yüzilliklərində peçeneqlər, kumanlar (poloveslər) məskun idi(1,48). Ardınca  XIII-XIV əsrlərdə Dnestr – Karpat arası böyük ərazilər artıq Qızıl Orda imperiyası hüdudları içərisindədir;  XV-XIX əsrlərdə isə Osmanlı dövləti idarəsinə daxil olan ölkələrdən idi.  Rusiya imperiyası hökmü altına girdiyi çağlar bu dövlətin təlatümlü dövrünün gəlib çatdığını göstərirdi.   Belə ki, Osmanlı idarəsində olan Moldov hakimi, özü əslən Nogay Türkü olan Dmitri Kantemir Rusiyanın himayəsinə keçmək üçün moldovanları ayağa qaldırsa da uğursuzluğa uğradı. Və həmən yerindən edilmiş xalqla birlikdə Kantemir özü də Purut sülhü bağlandıqdan (1711) sonra məğlub olmuş Rusiyanın himayəsinə keşməli oldu. Bütün bunlara baxmayaraq  Rus faktoru bu torpaqlarada yalnız 1812-ci ildə (Rus-Türk müharibəsi nəticəsi olaraq) təsdiq oluna bildi; Tarixi Türk ölkəsi Bessarabiya Buxarest sülhünə görə Rusiyaya verildi. Ölkənin yerli əhalisi Nogay türklərinin xristianlaşdırılmasına başlanıldı. Rusiya özünün yeni əraziləri olan bu torpaqlara köçürmə tədbirlərinə girişdi; burada əsasən ermənilərin yerləşdirilməsinə üstünlük verirdilər. Ermənilər tezliklə bölgənin ticarət işlərini ələ aldilar əsas etibarilə Bəndər türkləri və Kauşan tatarları ilə ticarət edirdilər. Bu özü həmin ərazilərdə hələ də yaşamına davam etməkdə olan Türk varlığını göstərir.

Kişinevin qala divarları

Ölkənin keçmiş (1381-1448 ) dövrünə həsr olunmuş qaynaqlarda Akbaş Kişinev adı çəkilir. Lakin mətnlərdən aydın olur ki, söhbət yaşayış məntəqəsindən deyil, qədim  mavzoleydən gedir (2). Onun şəhər adı olaraq istifadəsi daha sonrakı illərə aiddir. Tarixən yerli Türk xalqının “Akbaş Keşenev” dedikləri bu şəhər 1436-cı ildən Keşenev şəklində işlənməyə başlayır. Övliya Çələbi “Keşene” deyə bu şəhərdən bəhs edir. Ağ qübbəli olduğuna görə Ak baş Keşene deyilən əski türksayağı şəhər Kişinevin elə indiki yerində də yerləşirdi. Akbaş sözünə gəldikdə deməliyik ki, qədim türklərdə, eləcə də Qızıl Opdalılarda tikililərin qübbələrinin rənginin seçilməsi təsadüfi məsələ deyildir. Moldova dövləti fərmanlarında keşenevlərdən (məzar sərdabələrdən, türbələrdən) danışıldıqda onlar öz rəngləri ilə adlandırılıb fərqləndirilirdi.  Kişinev türk mənsubiyyətli sözdür və şəhər bu adı  Qızıl Orda dövrü  qazanmışdır.  Kaşanə “qəsr, qalaça, qəbirüstü abidə, sərdabə” deməkdir,- deyə İ.Dron qaqauzların yer adlarının öyrənilməsinə həsr etdiyi tədqiqlərində yazır(3,54).

Kişinevdə əski ev

XVI əsrdə Polşa-Litva səfiri Martin Bronevski Kırımda olarkən bu ərazilərdə tez-tez rastlaşdığı mavzoleylər barədə yazırdı: “türklərdə, ya da tatarlaraməxsus olan və adətən “kişeni”, yaxud “abidələr” adlanan daş xarabalıqlar – sərdabə və məqbərələr görünürdü.” Dron da digər yazısında “kişene, keşene sözünün digər türk ərazilərində, xüsusən Türkistanda abidə-mavzoley bildirməsi faktları çoxdur,” – deyə qeyd edir (4,82). Moldovanın özünə gəldikdə isə burada kişen-kişineu termininin yaşayış məntəqəsi adı kimi tez-tez işlənməsi faktına, XV-XVI əsrlərin tarixi sənədlərində və yazışmalarında tez-tez rast gəlinir. Lakin get-gedə Moldova ərazilərində belə Türk tikililəri dağıdılıb yox edilməyə başlandı. Belə mavzoley və digər inanc -tapınma abidələrinin məhv edilməsi bir-birinin ardınca baş verən Rusiya-Türkiyə çarpışmalarırun nəticəsi idi. Lakin Kişinevlə bağlı toponimik paralellər çoxdur: Qızıl Ordanın və digər türk dövlətlərinin keçmiş əraziləri Arak Keşen-Kuma çayı sahilində məscid, qədim Başqurd memarlıq abidəsi Tura xan Kəşənə sarayı (hazırda xarabalıqları Aşağı Termi kəndi yaxınlığındadır), Keşene adı Çelyabinsk vilayətində, Poloves hakiminə tabe olan keçmiş Rumınya ərazilərindəki Kişeneu pe Kins (Kiriş çayı üzərində Kaşanə, yəni “şəhər”); Kirimda Kişine kəndi olmuşdur(indiki adı: Tovarnoe) və s. şəhər adlarında yaşayır. Material çoxdur. Balkar və Qaraçaylılarda hündür sərdabələr, ehram tipli mavzoleylor keşene adlanır, – deyə “Qafqaz etnoqrafik toplusu”nda (IV cild, s.129) qeyd olunur. Balkar toponimləri arasında tez-tez rast gəlinir: Keşene sırtı, Keşen tüzü, Kabardada da Keşane toponimləri vardır (Misallar “Balkar toponimik lüğəti”ndən götürülmüşdür. Bax: Kokov, Şaxnazarov. A.k.ə. s.75.) Beləliklə, Kişinyov şəhər adında “kaşanə” kimi möhtəşəm sözümüz yaşayır:

  1. Т.М. Обалдуева.Курганы эпохи бронзы на р. Когильник // Изв. Молдавск. филиала АН СССР. — Кишинёв, 1955, №5 (25)
  2. Dokumentı istorii Romaniya(1381-1448) Akademiya Respubliki, 1975. Dokument N158
  3. Дрон И.В. Гидронимы Гагаузов Молдовской ССР – Советская Tюркология, 1987, №2, с.54.
  4. Дрон И.В. Является ли Кишинев латинизмом или тюркизмом? – Советская

тюркология, 1989, №1

(ardı var)

Share:

seo