Sovet Təyyarəsini Çinə Qaçıran Azərbaycanlı Pilot Şamil Əlimuradov

1985-ci ilin dekabrında müntəzəm uçuşu Yakutskdan İrkutska gedən An-24 sovet sərnişin təyyarəsi Çinə qaçırılıb.

Təyyarəni qaçıran ikinci pilot Şamil Əlimuradov olub. Bıçağı təyyarənin komandiri Vyaçeslav Abramyanın boğazına dirəyib və kursu dəyişməsini istəyib. Onu Çində həbs ediblər.

1. Başlanğıc

Başlanğıc1985-ci ilin 19 dekabrı səhərin aydınlığında Yakutskda 42 dərəcə şaxta var idi. İkinci pilot Şamil Əlimuradov An-24 təyyarəsinin göyərtəsinə qalxdı. İstiqamət İrkutska, ordan da Neryunqri və Çitaya idi. O, xoşluqla ekipaja baxdı və zarafata saldı: “Naharı Şanxayda edəcəyik”. Heç kim onun sözündən bir şey anlamadı, hamı gülümsündü. Ekipaj Əlimuradovun bu cür qəribə zarafatlarına öyrəncəliydi.

Onda Əlimuradovun 33 yaşı vardı. Yay məktəbindən sonra üç il ikinci pilot kimi An-2 təyyarəsində işləmişdi. 1976-cı ildə Yakutskdakı Baqatay qəsəbəsinə keçirilmişdi, orda ekipaj komandiri olmuşdu. Leninqrad Aviasiya Akademiyasına qəbul olunmuşdu, ondan sonra Yakutska təyinatı verilmişdi, An-24 təyyarəsində ikinci pilot kimi vəzifəyə keçmişdi.

Təzəcə evlənmişdi, bir qızı vardı. Daha sonra karyerasında problemlər yaranmışdı. Əlimuradov belə qərara gəlmişdi ki, bütün bunlara bais olan hökumətdir və tez bir zamanda tədbir tökmək lazımdır.

2. Dəhşətli plan

Dəhşətli planƏlimuradovun ağlında bir plan var idi: təyyarə komandirinə silah dayamaq, ekipajı zərərsiz hala gətirmək, təyyarəni ələ keçirmək və Çinə uçmaq. “Düşmənimin düşməni mənim dostumdur” – pilot belə düşünürdü. 80-ci illərdə SSRİ ilə Çinin arası gərgin idi.

Ağlına belə gətirmirdi ki, təyyarədə 52 sərnişin var. Planı belə qurmuşdu: hər şey istədiyi kimi getməsə təyyarəni münasib bildiyi yerə endirəcək.

Əlimuradov bilirdi ki, təyyarədə iki silah var – biri komandirdə, o biri şturmanda. Ekipaj Neryunqri dayanacağında kabindən düşdü, Əlimuradov hər yerdə silahları axtarmağa başladı, ancaq nə çamadanda, nə də iş yoldaşının şəxsi əşyalarında bir şey tapa bilmədi. Bu zaman bıçaq götürdü – bu Əlimuradovun əlavə planı idi. Bıçağı öz kreslosunda gizlətdi.

3. Gərginlik artır

Gərginlik artırDaha sonrakı hadisələri Əlimuradov diqqətlə izləyir. Dörd nəfər kabinəyə daxil olur: kapitan, şturman, mexanik və bir də özü. Səhər-səhər Çitaya yanaşanda mexanik tualetin yerini soruşur. Kapitan bu vaxt yarıyuxuludur, onun yerinə şturman işləyir. Əlimuradov kabinədəki dəmir çubuğu əlinə alır, yanındakı şturman yerində hoppanıb-düşür, vurmaq mümkün deyil. Həmin vaxt dua edir: “İlahi, mənə kömək elə ki, günahsız adamı öldürməyim!” Bundan sonra şturman ayağa qalxır və kabinədən çıxır. “Bu vaxt başa düşdüm ki, mənimlə böyük qüvvə arasında möhkəm bağ var. Mən bir neçə dəfə bununla qarşılaşdım”. – Əlimuradov daha sonralar belə düşünürdü.

Elə həmin vaxt mexanik tualetdən qayıdır, ancaq Əlimuradov onu aldatmağı bacarır. Ona deyir ki, stüardessa axtarılır, deyilənə görə, nəyisə sındırıb.

Mexanik gedən kimi Əlimuradov öz kreslosundan qalxır, qapını kilidləyir və bıçağı çıxarır. Bundan sonra o təyyarənin kursunu dəyişdirir, onu Çin istiqamətinə çevirir və heç bir əlaqə qura bilməsin deyə komandirin qulaqcıqlarını bağlayır. Beş dəqiqə sonra dispetçerlər xəbərdarlıq etməyə başladılar ki, ekipaj kursu dəyişdirib. Ancaq heç kim cavab verə bilmir.

4. Bıçaq sümüyə dirənəndə

Bıçaq sümüyə dirənəndəTəyyarənin komandiri Abramyan oyanıb, cihazlara baxanda arxadan bıçağı boğazına dirəyir.

Onların arasında belə bir dialoq olur:

– Sənin başın xarab olub?

 – Mənim itirəcək heç nəyim yoxdur. Tərpənmə!

 – Şamil, sənin qızın var. Anan, qardaşların, vətənin var. Onları düşün. Bu ki təhlükəlidir! Hara uçuruq? Nəyə görə? Bu ağılsızlıqdır. – komandir qışqırır.

Ancaq Əlimuradov öz vətənindən çoxdan küsmüşdü…

5. Nifrətin səbəbi

Nifrətin səbəbi Əlimuradovun rəhbərlərlə uzun sürən konflikti vardı. Leninqrad Aviasiya Akademiyasını bitirəndən sonra yaranmışdı bu. Əlimuradov Yakutiyadakı 271-ci təyyarə bölümünə göndərilmişdi və rəhbərlikdən tələb edirdi ki, onu tezliklə ekipajın komandiri təyin etsinlər.

Ancaq yazılmayan bir qayda vardı: Leninqrad Aviasiya Akademiyasının komandir fakültəsinin məzunları komandir vəzifəsinə yüksəlmək üçün növbə gözləməliydi. Əlimuradovu saxlamaq müşkül məsələ idi – çox ağır xasiyyəti vardı. O, dalbadal xahiş məktubları yazırdı, özü də hər dəfə daha sərt intonasiya ilə. Hətta məktublarla da qalmayıb istəyini dilə gətirmək üçün SSRİ Aviasiya Nazirliyinə də getmişdi… Onun bilavasitə rəhbərlə münasibəti yaxşı obraz yaratmadı.

Bu cür dalbadal tələblərindən sonra Əlimuradovun karyerasına maneələr yaratdılar. O, ucdantutma hamıya şikayət etməyə başladı. 1982-ci ildə Leonid Brejnevə təcili teleqram göndərmişdi: “Sonu olmayan yoldayıq, nəticələr ağırdır, hərəkətə keçin!”

Əlimuradov hətta BMT-yə də yazdı. Bundan sonra onu baxılması üçün psixi xəstəxanaya göndərdilər. Ancaq xəstəxanada pilot üçün təhlükəli olacaq heç bir şey tapılmadı.

Bütün ekipaj Əlimuradovla uçuşu rədd etdi. Onu uçuş əməliyyatlarını yerdə etməsi üçün başqa bir işə cəlb etdilər, ancaq pilot bunu sərt qarşıladı, bu əmrə etiraz etdi. Bununla belə komissiya onun sənədlərindəki şikayətləri görəndə ekipajın qərarını anlayışla qəbul edib. Bu vəziyyətdən Əlimuradovu Heydər Əliyev qurtarır. Heydər Əliyev nazirliyə zəng vurur və Şamilin hüquqlarının bərpa edilməsini xahiş edir.

Əlimuradov aviasiya işinə qayıdanda mühacirət haqqında düşünürdü. Komandir olmaq istəyən Əlimuradov ikinci pilot kimi vəzifəyə keçdi və sıfırdan karyerasına başladı.

Bundan sonra Əlimuradov təyyarəni qaçırmaq haqqında düşündü…

6. Böyük təhlükə ilə üz-üzə

Böyük təhlükə ilə üz-üzəHadisənin baş verdiyini daha sonra həyəcanla danışan komandirin sözlərinə görə, Əlimuradovun psixoloji vəziyyəti yerində deyildi. Komandir təyyarədəki sərnişinlərdən narahat imiş və Əlimuradova yalvarmağına baxmayaraq, heç bir nəticə hasil olmur.

Erməni komandir vəziyyəti belə görüb “təhlükə siqnalı”nı vurmaq və kömək çağırmaq istəyib, buna görə dispetçerlərə kursun dəyişdiyini demək üçün mikrofonu götürəndə Əlimuradov başa düşüb. Bu vaxt mexaniklə şturman qapını qırmağa çalışıblar. Əlimuradov təyin olunmuş istiqamətə getməyi tapşırıb və şturmanla mexanikə bu hərəkətdən əl çəkməzlərsə komandiri öldürəcəyini deyib.

Çinə çataçatda komandir Əlimuradova deyib ki, həyəcan siqnalını vermək lazımdı. Komandirə görə, təyyarəni çinlilər yıxa bilərdilər.

Komandirin qorxusu əbəs deyildi. Sovetlərlə Çin arasında gərginlik vardı və o təyyarənin vurulacağından ehtiyatlanırdı. Hava getdikcə soyuyurdu, təyyarəni tezliklə münasib yerə endirmək lazım idi. Əlimuradov əhalisi çox olan bir yerdə enməyi tapşırdı, çünki belə yerdə siyasi sığınacağın olub-olmadığını soruşmaq olardı. Təbii ki hamı sağ-salamat qalacaqdısa…

Sonunda təyyarə bir Çin kəndinin yaxınlığında yerə endi. SSRİ-dən beş min kilometr uzaqda…

Əlimuradov komandiri təbrik edirdi, onu qəhrəman adlandırırdı. Ancaq komandir ona qəzəbli idi. Bir neçə dəqiqədən sonra sərnişinlər harda olduqlarını bilmədən təyyarədən düşdülər. Çoxları təyyarənin qaçırılmağından belə xəbərdar deyildi.

Bir azdan çinli hərbçilər təyyarəyə yaxınlaşdılar. Əlimuradov onları görən kimi “Mənə siyasi sığınacaq lazımdır”dedi. Onun tələblərini soruşdular. Əlimuradov: “Mənim ikicə tələbim var. Sərnişinlər soyuqdan donublar, onları isinəcək bir yerə götürün. İkincisi, mən siyasi sığınacaq istəyirəm”. Çinli hərbçilərin cavabı: “Biz sizə siyasi sığınacaq verəcəyik, ancaq siz bizlə əməkdaşlıq etməlisiniz”.

Əlimuradovu tez apardılar, icra nümayəndələri ilk ifadəsini aldı. Orda onu həbs etdilər. Təyyarə qaçırmaq maddəsi ilə səkkiz il azadlıqdan məhrum edildi.

İki ildən sonra isə Əlimuradov şərti azadlığa buraxıldı. Bundan sonra Xarbində Tibb Universitetində rus dili müəllimi kimi fəaliyyət göstərib. Hətta orda çinli qadınla da evlənib. Bir ildən sonra isə onu SSRİ-yə qaytarıblar.

SSRİ-də onu beş il həbs gözləyirmiş…

Çinli qadını özü ilə gətirməyib Əlimuradov.

7. Son

SonMəlum təyyarə yarım gün Çində qalıb, sonra isə onu Çitaya aparıblar. Əlimuradovla uçuşda iştirak edənlərin işi dayandırılıb. Mexanik bir ildən sonra bərpa edilib, şturman isə aviasiyadan birdəfəlik çıxıb.

Komandir yarım il KQB-yə çağırılıb. Onun Əlimuradovla danışıqlarını aydınlığa çıxarmağa çalışıblar. Komandirin ev növbəsini başqası ilə əvəzləyiblər, üç il köhnə kapitan təsadüfi işlərdə işləyib: biletçi, yük daşıyan və s.

1988-ci ildə Əlimuradovu təzədən işə bərpa ediblər. O, bir ay ikinci pilot kimi işlədikdən sonra komandir olub.

1998-ci ildə isə “uçmaq” sona çatıb.

İndi Əlimuradov sahibkardır, öz sözlərinə görə, “Tək Rusiya” partiyasındadır. Əlimuradov Çində olarkən SSRİ-dəki xanımı qəzaya düşüb ölmüşdü.

Üçüncü xanımından iki yaşlı oğlu var.

Əlimuradov təyyarə qaçırdığına görə təəssüflənmir və özünü günahkar hesab etmir.

Share: