Sona Vəliyevanın “Qar ətri” şeirlər kitabı yazağzı Londonda nəşr edilib

Azərbaycan tanınmış xanım şairi Sona Vəliyevanın “Qar ətri” (The Smell of Snow) şeirlər kitabını ingilis dilində çap edilib.
Müstəqil.Az bildirir ki, şeirləri mətnlərini ingilis dilinə filologiya üzrə fəlsəfə doktoru, tanınmış yazıçı  Kamran Nəzirli çevirib. Redaktoru Henri Braund olan kitab “Goodge & Wyse” nəşriyyatında çapa hazırlanıb və “Biddles Books” çap evində nəşr edilib. Adı çəkilən poliqrafiya birliyi İngiltərədə geniş satış şəbəkəsinə malikdir. Kitabın həm də onlayn satışı həyata keçirilir.
 Topluya şairin 63 şeiri daxil edilib. Kitab dörd bölmədən ibarətdir – Giriş, Ev, Sevgi və Təbiət. Kitaba “Ön söz” yazan tərcüməçi deyir: “Qar ətri” kitabı müasir Azərbaycan poeziyasının (XXI əsr) istedadlı nümayəndələrindən biri olan Sona Vəliyevanı ingilisdilli oxucularla tanış etmək məqsədi daşıyır. Kitab, həmçinin ingilis dilində müasir Azərbaycan şeiri ilə maraqlanan insanlar üçün də faydalı olacaq. Bu iki kateqoriyadan olan oxucuları nəzərə alaraq, mən şairənin ən yaxşı şeirlərini seçdim və onları şərhlər və izahlarla birlikdə kitaba daxil etdim, çalışdım ki, şərhlərdəki informasiya yükü bir qədər çox olsun”.
Əsas mövzular sevgi, təbiət və sosial məsələlərlə bağlı olan kitaba şairənin müxtəlif illərdə yazdığı əsasən sərbəst şeirləri daxil edilib. Onun şeirləri beynəlxalq dəyərlərə söykənməklə yanaşı həm də millilikdən xəbər verir. Sona xanımın ingilis dilinə çevrilən və kitaba daxil edilən mütün şeirlərdə sözün böyük mənasında,  Vətənə, evə, ailəyə, Allaha, təbiətə, dosta, azadlıq və tolerantlıq prinsiplərinə böyük sevgi var…
Dünyada sevgi sayılan dəyərlərin taleyi şairi narahat edir, və poetik ifadələrlə oxucuya çatdırılır.
F. Balabəyli
Share: