Dünya futbolunun ulduzu Kristiano Ronaldo üz qızardan bir cinayət ittihamı ilə üz-üzə qalıb. Belə ki, ABŞ-da 34 yaşlı bir qadın 2009-cu ildə Ronaldonun ona təcavüz etdiyini iddia edib.
Moderator.az xəbər verir ki, ABŞ-lı qadın futbolçunun 2009-cu ildə Las-Veqasda ona təcavüz etdiyini və susması üçün 375 min dollar ödədiyini bildirib.
















