Sobçak Putini məhkəməyə verdi: Ləğv edilsin

Rusiya prezidentliyinə namizəd Kseniya Sobçak hazırki prezident Vladimir Putini məhkəməyə verib.

Müstəqil.Az xəbər verir ki, xanım namizəd Ali Məhkəməyə müraciətində Putinin namizədliyinin ləğvini tələb edib.

“İddia qaldırılmasına səbəb Putinlə Medvedyev arasında olan gizli anlaşmadır. Onlar bu anlaşma haqqında reportajlardan birində açıq söyləyiblər. Bu razılığa görə, iqtidarın bir-birinə ötürülməsi səhnələşdirilib”, – deyə məlumatda bildirilib.

Sobçak bildirib ki, bu kimi variantlar iqtidarda uzun müddət qalmaq üçün atılan addımlardır.

Müstəqil.Az

Share: