Şagirdlərinin gözü önündə küçüyü tısbağaya yedizdirdi – Müəllimə cəza

ABŞ-ın Preston şəhərindəki orta məktəblərin birində müəllim şagirdlərin gözü qarşısında it balasını tısbağaya yedizdirib.

Teleqraf.com xəbər verir ki, Robert Krosland adlı müəllim bunu videoya çəkib. Görüntülər sosial şəbəkələrdə paylaşılandan sonra heyvansevərlər müəllimə qarşı məhkəmə iddiası qaldırıblar.

Müəllimi 6 ay həbs və 5 min dollar cərimə gözləyir.

190 min insan müəllimin işdən çıxarılması üçün təşkil edilən kampaniyaya dəstək verib.

Müəllimə dəstək olanlar da öz növbələrində kampaniyaya start veriblər. Onlar müəllimin elm naminə yeniliklərdən istifadə etdiyini bildiriblər. Üstəlik, tısbağanın yediyi it balasının xəstə olması xüsusi vurğulanıb.


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/mustaqil.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share:

Deprecated: Calling get_parent_class() without arguments is deprecated in /www/wwwroot/WordPress/mustaqil.az/wp-content/themes/clean-grid-pro/comments.php on line 2152