Səudiyyə Ərəbistanı sürətlə silahlanmada rekord vurur

Sürətlə silahlanma son onilliklər Yaxın və orta Şərq regionunda mövcud olan ölkələr üçün səciyyəvi xüsusiyyətlərdən biri halına gəlmişdir. Ərəb baharı sinndromundan təsirsiz ötüşən ölkələr müasir silahların əldə olunmasını özləri üçün prioritet hesab edirlər.

Bu sahədə Səudiyyə Ərəbistanı isə daha irəli gedib. Silah sahəsində mütəxəssislər bu ölkəni indi regionda mövcud olan müsəlman ölkələri ilə deyil, dünyada sialhlanmaya ən çox pul xərcləyən ölkələrlə – Amerika Birləşmiş Ştatları və Çinlə müqayisə edirlər. Ötən il bu öikənin silahlanmaya xərclədiyi məbləğ 70 milyard dollar olmuşdur. Bu da ABŞ və Çindən sonra üçüncü yer deməkdir. Hətta Rusiya Federasiyası kimi ciddi silah təchizatçısı Səudiyyə Ərəbistanı ilə müqayisədə bu sahədə geri qalır.

Maraqlı xüsusiyyət ondan ibarətdir ki, Səudiyyə Ərəbistanı əksər mütəxəssislərin düşündüyü kimi öz silah və hərbi texnologiyalar üzrə tələbatını ABŞ vasitəsi ilə yerinə yetirmir. Onun sialh aldığı ölkələrin diopozonu çox genişdir. Buraya həm Böyük Britaniya, həm Çin, həm Rusiya daxildir. Deməli Amerika Birləşmiş Ştatları ilə ciddi münasibətləri onu digər ölkələırdən silah almağa mane olmur. Elə məhz buna görədir ki, sonuncu ABŞ prezidenti Donald Trump vəliəhd Məhəmməd Bin Salmanla ortaq məxrəcə gələ bilmir.

Hərbi sahəyə bu qədər vəsait ayırmaqda Səudiyyə Ərəbistanı hansı məqsədləri güdür? Bu ailə monarxiyasını neftdən gələn gəlirlərin böyük hissəsini silah almağa məcbur edən nədir? Regionda səudlarla qarşı-qarşıya dayanan qüvvə varmı?

Rəqəmlərə diqqət yetirək: Müdafiə xərcləri üzrə dünyada nüfuzlu məlumat mənbəsi hesab olunan  Stokholm Beynəlxalq Sülh Tədqiqatı İnstitutunun verdiyi məlumat görə (SİPRİ) Səudiyyəlilər 2017-ci ildə hərbi xərclərə 69.4 milyard dollar vəsait ayörmışlar. Bu 2016-cı ildən 9.2 faiz artıqdır və Ümumi Daxili gəlirin  10 faizini təşkil. 2015-ci ildə isə bu rəqəm 90 milyarddan artıq olmuşdur. Lakin neftin qiymətlərinin aşağı düşməsi bu sahədə 2016-cı ildə 30 faiz azalma ilə müşayiət olundu. Neft qiymətləri artdıqca Səudlar da hərbi sahədə xərcləri artırmaq arzusundadırlar.

Səudiyyə ərəbistanının əsas düşməni hesab olunan İran 2017-ci ildə 14.5 milyard hərbi xərclərə vəsait sərf edib. Eyni dövrdə İsrailin xərcləri isə 19.6 milyar təşkil etmişdir. Hər 3 ölkə regionda gedən münaqişələrdə bilavasitə iştirak edir və vəsait xərcləyirlər. Amma Yəmən Səudiyyə ərəbistanı üçün olduqca baha başa gəlir. Krallığın orada aparılan əməliyyatlar haqqında informasiyanı gizli saxlamasına baxmayaraq, qeyri rəsmi məlumatlara əsasən aylıq xərclər 3-5 milyard ətrafındadır.

Göründüyü kimi redionda hərbi xərclərə ayrılan vəsait Səudiyyə ərəbistanında region ölkələrinə, xüsusən İrana nisbətən dəfələrlə artıqdır. Buna baxmayaraq krallıq özünü yenə də təhlükəsiz hiss etmir. Daha dəqiq desək İran kabusu Səudiyyə Ərəbistanına sərbəst yaşamaq imkanı vermir. İranın şimali Koreya , Çin və Rusiya sayəsində istehsalına nail olduğu raketlər səudiyyəlilər ciddi surətdə təhdid etməkdədir. İran asta-asta amma inamla səudiyyəni və onun müttəfiqlərini mühasirəyə almaqdadır.

Amerikalıları narahat edən və onları Səudiyəlilər qızdıran digər səbəb ərəblərin bütün hərbi ehtiyaclarını Amerikadan təchiz etməmələridir. Bu sahədə ərəblər diversifikasiyaya üstünlük verir ABŞ-la yanaşı digər ölkələrdən də silah alırlar. 8 il ərzində Səudiyyə Ərəbistanına Amerika tərəfindən 112 milyard dollar dəyərində silah və hərbi sursat satılmasına baxmayaraq ABŞ prezidenti Donalt Tramp Amerikadan alınan silahlara xərclənən ərəb pullarını  Məhəmməd bin Salmanın “cib xərcliyi” adlandırır.

Silah ticarətinə həm də siyasi yaxınlaşma vasitəsi kimi baxan ərəblər yaxın  münasibət qurmaq istədikləri ölkələrdən silah alır və bu ticarəti uğurla digər sahələrdə davam etdirirlər. Amma onların atdıqları addımlar və yaxınlaşmaq cəhfdləri heç də həmişə özünü doörultmur. Rusiya ilə olduğu kimi.

Əlimusa  İbrahimov

Politoloq

Share: