Səudiyyə Ərəbistanında yol qəzası törətmiş şəxs edam olunub

Dünən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yol qəzası törətməkdə ittiham olunmuş şəxs edam edilib.

Sərxoş vəziyyətdə qəza törətmiş Məhəmməd əl-Kəhtani altı nəfərin ölümünə səbəb olub. Belə ki, onun yüksək sürətlə idarə etdiyi avtomobil digər maşına çırpılıb. Həmin vaxt ikinci avtomobildə bir ailənin yeddi üzvü olub ki, onlardan 6-sı hadisə nəticəsində həlak olub.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında spirtli içkilərin satışı və istifadəsi qəti qadağandır.

Müstəqil.Az

Share:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir