Qarabağ – Məbədim mənim!

Rafail Tağızadə

Şa­ir, pub­li­sist, tər­cü­mə­çi, “Qa­ra­bağ rüz­gar­la­rı”, “Su üzə­rin­də ba­har”, “Su ki­mi sa­kit və güc­lü”, “Ge­cə xə­yal­ları”, “Şə­hid qar­daş­lar”, “Qa­pı” ki­mi ki­tab­la­rın mü­əl­li­fi, Rə­sul Rza mü­ka­fa­tı lau­rea­tı, “Ədə­bi ov­qat” dər­gi­si­nin təsis­çi­si Rə­fa­il Ta­ğı­za­də­nin “Qa­ra­bağ – həs­rət­dən zə­fə­rə” ki­ta­bı hər şey­dən əv­vəl 30 il­lik həs­rət haq­qın­da ya­zıl­mış sal­na­mə­dir. Ki­tab­da qür­bət acı­sın­dan, sev­di­yi­nin, keç­mişi­nin ti­kan­lı məf­til­lər­dən o yan­da qal­ma­sın­dan, öz evin­lə özün ara­sın­da sən­gər qaz­ma­ğa məc­bur ol­ma­ğın ağ­rı və ağır­lı­ğın­dan da­nı­şı­lır.
Mü­əl­lif gah bə­növ­şə­yə, qı­zıl­gü­lə, gah nar ağa­cı­na, tut ağa­cı­na xi­tab edir, çö­rək ət­ri­ni unutmuş tən­dir­lə­rin, yo­lu­nu ya­dır­ğa­mış, özü­nü xə­zəl­lə bas­dıran su­suz arx­la­rın, çə­pər­lə­ri it­miş hə­yət­lə­rin, di­var­sız evlə­rin söz­lə rəs­mi­ni çə­kir bu ki­tab­da. 30 ilə ya­xın ca­va­bı­nı ta­pa bil­mə­di­yi­miz su­al­la­rın pı­çıl­tı­sı eşi­di­lir, “gö­rən, kötük­lər bi­zi öz köl­gə­si­nə qo­­ya­­caq­­mı­­?”, “sön­müş ocaq­la­rı kim yan­dı­ra­ca­q?” – ki­mi su­al­lar­la, “Yol­çu, mə­nə quş gön­dər, dim­di­yin­də tor­pa­ğım!” ki­mi ni­da­lar əvəz­lə­yir bir-bi­ri­ni. Yax­şı hal­dır ki, mü­əl­lif Qa­ra­ba­ğın iş­ğal­dan əv­vəl­ki il­lə­ri­nə də sə­ya­hət edir, Şu­şa­nın, Kəl­bə­cə­rin, Ağ­da­mın çal-ça­ğır­lı, qo­naq­lı-qa­ra­lı, ilıq xa­ti­rə­li za­man­la­rın­dan da söz açır. Gənc oxu­cu­da, gə­lə­cək nə­sil­lər­də söz-sə­nət beşi­yi, mu­si­qi oca­ğı he­sab edi­lən Qa­ra­ba­ğın mə­də­niy­yət tari­xi haq­qın­da tə­səv­vür for­ma­laş­dı­rır. Yə­qin ha­mı­nı­zın yadın­da­dır, tor­paq­la­rı­mı­zın iş­ğal olun­du­ğu ilk il­lər­də, ça­dır şə­hər­cik­lə­ri­nin sa­lın­dı­ğı vaxt­lar­da “Ça­dır­lar­da Üze­yir Ha­cı­bəy­li do­ğu­la bil­məz!” ni­da­sı bir zi­ya­lı ça­ğı­rı­şı­na, ozan fər­ya­dı­na çev­ril­miş­di. Am­ma bu nə qə­dər acı ol­sa da, hə­qi­qət idi. Söh­bət tə­bii ki, dəb­də­bə­li sa­ray­lar­dan, yüksək məi­şət tə­mi­na­tın­dan, ra­hat hə­yat tər­zin­dən get­mir­di. Mə­sə­lə ça­dır şə­hər­ci­yin­də do­ğu­lan uşa­ğın ru­hun­da məğlu­biy­yət duy­ğu­su­nun ha­kim­li­yi idi. “Si­lah əvə­zi­nə, bel əvə­zi­nə əlin­də təs­beh çe­vi­rən”, at be­lin­dən uzaq dü­şüb, ça­dır evi­nin kan­da­rın­da ata və ba­ba­sı­nın boy­nu­nu bü­kük gö­rən uşaq bö­yü­yən­də ne­cə “Cən­gi”, ya­xud “Ko­roğ­lu” uver­tu­ra­sı ya­za bi­­lər­­di­­? “Qa­ra­bağ – həs­rət­dən zə­fə­rə” kita­bın­da Rə­fa­il mü­əl­lim həm gənc­li­yin, həm ana­la­rın, atala­rın ya­şa­dı­ğı o utan­caq­lıq duy­ğu­su­nu sə­mi­miy­yət­lə ifa­də et­miş­dir. Bu ki­ta­bı oxu­yan hər bir qa­ra­bağ­lı – şu­şa­lı da, ağ­dam­lı da, fü­zu­li­li də, kəl­bə­cər­li də, cəb­ra­yıl­lı, zən­gi­lanlı, xo­ca­vənd­li, la­çın­lı, qu­bad­lı­lı, xan­kənd­li­, xoca­lı­lı da ey­ni duy­ğu­nu ya­şa­ya­caq. Çün­ki qür­bə­tin acı­sı, həs­rə­tin, nis­gi­lin rən­gi, və­tə­nin­də köç­kün adıy­la ya­şa­mağın, dün­ya­dan kö­çən­lə­ri­ni tor­pa­ğa əma­nət ver­mə­yin ağ­rısı ha­mı üçün ey­ni olub. Ba­ha­rı qə­rib-qə­rib qar­şı­la­ma­ğın, bə­zək­li ev­lə­ri­ni, bağ-ba­ğa­tı­nı an­caq yu­xu­lar­da gör­mə­yin göy­nər­ti­si, tüs­tü­süz alış­ma­ğın yan­ğı­sı, ba­şın üs­tün­dən keçən dur­na qa­ta­rı­nın ar­xa­sın­ca boy­lan­ma­ğın acı da­dı da ox­şar olub. Mü­əl­li­fin bö­yük kə­dər­lə yaz­dı­ğı bu duy­ğu­la­rı han­sı­mız ya­şa­ma­mı­şıq ki? “Uçu­lub tö­kül­müş daş­la­rı üst-üs­tə qo­ya­raq xə­yal­lar­da bir ev qu­ru­ram, köh­nə çər­çi­və­li. Qa­pı­sız, pən­cə­rə­siz. Qo­yub gəl­di­yi­miz bağ­lı qa­pı­la­rın sın­mış, atıl­mış qı­fıl­la­rı­nı yı­ğa-yı­ğa. Cı­rıl­mış uşaq­lıq şə­killə­ri­ni qu­ru­muş do­da­ğı­ma tu­tub bir­tə­hər ya­pış­dı­ra-ya­pışdı­ra uşaq­lı­ğın it­miş gün­lə­ri­ni dü­züb və­rəq­lə­mək is­tə­yirəm. Çö­zə­lə­nən xa­ti­rə­lə­rin baş­lan­ğı­cı­nı, so­nu­nu ta­pa bilmi­rəm. Ca­va­bı bi­lin­mə­yən, ada­mı özü­nə ox­şa­dan boy­nu bü­kü­lü ca­vab­sız su­al­lar qa­rı­şıq. Ev­də­ki­lər­dən, uşaq­lardan, tor­paq­dan, daş­dan, ha­va­dan, su­dan, özün­dən və hamı­dan uta­na-uta­na do­la­şı­rıq bu məm­lə­kə­ti di­dər­gin ayaqlar­la”. Qeyd edim ki, bu hiss­lə­ri ya­zı­ya al­maq elə ya­şamaq qə­dər çə­tin­dir. 30 il Xo­ca­lı­dan yaz­maq is­tə­səm də, ya­za bil­mə­mi­şəm, ürə­yim­də qövr edən­lə­ri 30 il­dən son­ra ka­ğı­za kö­çür­mü­şəm. Ağ­dam haq­qın­da yaz­maq is­tə­dik­lərim isə hə­lə də qə­lə­min ucun­da dü­yün­lə­nib­dir. Rə­fa­il müəl­lim isə ha­mı­mı­zın ya­şa­dı­ğı, ha­mı­mı­zın hə­ya­tın­dan keçən ağ­rı­nı ta­ri­xi­ləş­dir­mə­yə özün­də tə­pər ta­pıb­dır. Gül­lələn­miş uşaq­lı­ğı­mı­zın, iti­ril­miş gənc­li­yi­mi­zin, göz­lə­ri­mizin də­rin­li­yin­də don­du­rul­muş tə­bəs­sü­mü­mü­zün tab­lo­sunu ya­ra­dıb. “Qa­ra gün gün sa­yıl­maz, çün­ki gün­dü­zü bəl­li ol­maz”, “Yur­du­na xa­ra­ba­lıq de­mək­dən ağır söz, ağır it­tiham var­mı, gö­rə­sə­n?”, “Həbs­xa­na­da də­mir bar­maq­lıq­lar ara­sın­da­kı ba­la­na ba­xan ki­mi ba­xır­san o yer­lə­rə” ki­mi afo­rizm­lə­ri ilə 30 il­lik ta­ri­xi acı­nın poe­tik ifa­də­si­ni təqdim edib­dir. Nə qə­dər çə­tin ol­sa da, şə­hid olan dost­la­rı, ta­nı­dı­ğı in­san­lar haq­qın­da Və­tən sev­da­lı­la­rı adı ilə söz aç­mış, on­la­rın da xa­ti­rə­si­nə olan eh­ti­ra­mı­nı əbə­di­ləş­dirmiş­dir. Qa­zi­lə­ri də yad­dan çı­xar­ma­yan mü­əl­lif Eti­mad Əsə­do­vun si­ma­sın­da bü­tün Qa­ra­bağ qa­zi­lə­ri­ni yad edir. Bü­tün bu sa­da­la­nan­lar Rə­fa­il mü­əl­li­min əsə­rin­də həm də ona gö­rə tə­bii və sə­mi­mi alı­nır ki, o, ey­ni za­man­da za­bi­t ola­raq o ağır gün­lə­ri ya­şa­yıb.

Ki­tab adın­dan da gö­rün­dü­yü ki­mi, tək­cə Qa­ra­bağ həsrə­tin­dən və acı­sın­dan bəhs et­mir. Azər­bay­can or­du­su­nun də­mir yum­ruq ət­ra­fın­da bir­lə­şə­rək qa­zan­dı­ğı zə­fər se­vincin­dən və qə­lə­bə qü­ru­run­dan da da­nı­şı­lır. Rə­fa­il mü­əl­lim bu zə­fə­rə ge­dən yo­lun heç də asan ol­ma­dı­ğı­nı, bir xalq ola­raq han­sı məh­ru­miy­yət­lər­dən keç­di­yi­mi­zi gös­tər­mək­lə ya­na­şı çə­tin mə­qam­da, əzm­kar­lıq və də­ya­nət tə­ləb olunan­da yum­ruq ki­mi bir ol­ma­ğı­mı­zı da əks et­di­rir. Və maraq­lı bir nü­an­sı qeyd et­mək is­tə­yi­rəm. İş­ğal il­lə­rin­dən, məğ­lu­biy­yət du­ru­mun­da ol­du­ğu­muz za­man­lar­dan ya­zanda mü­əl­li­fin təh­ki­yə­si nə qə­dər li­rik, hə­zin ton­da­dır­sa, məhz 27 sent­yabr 2020-ci il­dən son­ra­ya aid olan böl­mələr­də bir ni­da əzə­mə­ti diq­qə­ti çə­kir. Hə­lə qə­lə­bə qa­zanma­ğı­mız­dan, sa­va­şın nə­ti­cə­sin­dən xə­bər­siz ol­saq da, haqq, əda­lət uğ­run­da sa­vaş əz­mi­miz bi­zə ruh ve­rir­di. 7-dən 77-yə hər kə­sin ürək­lə qo­şul­du­ğu, bu yü­kün qar­şı­sında özü­nü borc­lu bil­di­yi bir sa­vaş baş­la­mış­dı. Əs­gər də toya-dü­yü­nə ge­dir­miş ki­mi se­vin­cək çıx­mış­dı yo­la, ölüm-di­rim sa­va­şı­na ge­dən oğ­lu­nun ar­dın­ca su atan ana da qürur­lu idi, özü­nə ar­xa bil­di­yi ye­ga­nə oğ­lu­nu cəb­hə­yə gön­də­rən ata da. Yol­da əs­gə­ri­nə mey­və uza­dan, su da­şıyan uşaq­lar da mü­ha­ri­bə qor­xu­su­nu dəf edib se­vi­nir­di­lər. Hər gün şə­hid xə­bər­lə­ri ilə sar­sıl­saq da, haqq da­va­mı­zı ya­rım­çıq qoy­maq is­tə­mir­dik. Biz qə­lə­bə­ni bir­lik­də qa­zandıq, ta­ri­xi tor­paq­la­rı­mı­zı, ev­lə­ri­mi­zi azad et­dik, haqq sava­şın­da qa­lib gəl­dik. İn­di sən­gər­lə­rin, ti­kan­lı məf­til­lə­rin, bom­ba­lan­mış sər­həd­lə­rin o üzü göz­lə­yir­di bi­zi.
Rə­fa­il mü­əl­lim qeyd edir ki, “mən­dən o yer­lə­ri, evi­ni­zi gö­rən­də han­sı hiss­lə­ri ke­çi­rə­cək­sən, so­ru­şan­da nə ca­vab ve­rə­cə­yi­mi bil­mir­dim”. Hə­qi­qə­tən də, onun üçün o anı ya­şa­maq la­zım­dır. Bi­zi nə göz­lə­di­yi­ni bil­mir­dik. Bi­zim­lə yol­daş­lıq et­mə­yi ba­car­ma­yan düş­mən yol­la­rı­mız­la da yola ge­də bil­mə­miş­di. Ev­lə­ri­mi­zə get­mə­yə yol, cı­ğır tapmır­dıq. 27 il­də elə dü­şü­nür­dük ki, şə­hə­rin gi­ri­şi­nə­cən get­sək, evi­mi­zi də, mək­tə­bi­mi­zi də gö­zü­bağ­lı ge­dib ta­pa bi­lə­rik. Am­ma ucun­dan tu­tub get­mə­yə yol yox idi ki… Rəşad Mə­cid de­miş­kən, Ağ­dam­da ax­tar­dıq­la­rı­mı­zı gö­zü­yumu­lu tap­maq olar­dı, am­ma gö­züa­çıq tap­maq ol­mur. Rə­fa­il mü­əl­lim bu mə­qam­da de­yir, Ağ­dam­da er­mə­ni zəl­zə­lə­si olub.
Biz bu vü­sal se­vin­ci­ni tam ya­şa­ya da bil­mə­dik. Həm itki­lə­ri­miz, şə­hid ba­la­la­rı­mı­zın nis­gi­li, həm da­şı daş üst­də qal­ma­yan məm­lə­kə­tin ha­lı bi­zi ürək­dən se­vin­mə­yə qoymur­du. Bə­ləd­çi­lər bi­zi şə­hər­lə ta­nış edir­di­lər. Bu­ra­da qonaq evi olub, in­di yox­dur, bu­ra­da isə uni­ver­maq, izi də qal­ma­yıb, poç­tun bi­na­sın­dan qa­lan bu­dur, Şah­mat mək­təbi­nin ye­ri­dir, Dram Te­at­rı­nın bi­na­sın­dan qa­lan di­var­lar­dı, elə bil yad­da­şı­nı itir­miş bi­ri­nə doğ­ma­la­rı­nı gös­tə­rir­lər ki, bu sə­nin anan­dır, bu qar­da­şın, bu isə ən ya­xın sir­da­şın olub. Sən­sə xa­tır­la­ma­ğa ça­lı­şır­san, özü­nü sın­dır­maq is­təmir­sən, – təq­di­ma­ta eh­ti­yac yox­dur, mən bur­da bö­yü­müşəm, hər ye­ri ta­nı­yı­ram de­yir­sən, am­ma için­də çi­lik-çi­liksən. Çün­ki il­lər­dir xə­ya­lın­da ya­şa­yan o mö­cü­zə gö­zəl­likdən əsər-əla­mət yox­dur. Am­ma Rə­fa­il müəl­li­min de­di­yi ki­mi, nə yax­şı ki, sə­nə gəl­dim mə­bə­dim mənim! Çox se­vin­di­ri­ci­dir ki, Rə­fa­il Ta­ğı­za­də bu kitabı ça­pa ha­zır­la­yar­kən xal­qı­mız zəfər üs­tün­dən zə­fər ya­şa­dı, Azər­bay­can Or­du­su­nun Ali Baş Ko­man­da­nı üç­rəng­li bayra­ğı­mı­zı ta­ri­xi tor­paq­la­rı­mız­da – Xan­kən­din­də, Xo­ca­lı­da, Xo­ca­vənd­də, Ağ­də­rə­də də ucalt­dı. Ar­tıq ta­ri­xi qə­lə­bə­mi­zin əbə­di­li­yi­nə şüb­hə ye­ri qal­ma­dı. Bu­nu is­tə­mə­sə­lər də, düş­mən­lə­ri­miz də qə­bul et­di. Bu­nu Azər­bay­can əs­gə­ri, güc­lü Azər­bay­can dip­lo­ma­tiya­sı qə­bul et­dir­di.
Mü­əl­lif “Qa­ra­bağ – həs­rət­dən zə­fə­rə” ki­ta­bı­nın bir ye­rin­də Ağ­da­mın Dram Te­at­rından qa­lan ar­ka di­var­la­rı­nı səh­ra­da qu­raş­dı­rıl­mış səh­nə­yə bən­zə­dir. “Önün­də şə­kil çək­dir­mək is­tə­yən­lər ta­ma­şa qur­ta­ran­dan son­ra ta­ma­şa­çı­la­rın qar­şı­sı­na çı­xıb baş əyən re­jis­sor­la­rı, akt­yor­la­rı xa­tır­la­dır… Ağ­da­mın mər­kə­zi his­sə­sin­də bü­tün dün­ya­dan kö­çən, şə­hid olan ağ­dam­lı­la­rın ruh­la­rı qar­şı­sın­da baş əyir­miş ki­mi”. Ma­raq­lı bən­zətmə­dir, am­ma bu bir ta­ma­şa­nın so­nu­dur­sa, növ­bə­ti ta­ma­şa­la­rın, çal-ça­ğır­lı gün­lə­rin baş­lan­ğı­cı­dır. Hər bi­ri­ni­zə bun­dan son­ra kö­nül açan, ruh ox­şa­yan ta­ma­şa­la­rın qəh­rəma­nı və iz­lə­yi­ci­si ol­ma­ğı ar­zu­la­yı­ram, Əziz oxu­cu­lar!

Aygün BAĞIRLI
Filologiya üzrə fəlsəfə doktoru, dosent  

Share: