Sumqayıtda sürücü idarəetməni itirərək avtomobili elektrik dirəyinə çırpdı

Sumqayıtda sürücü idarəetməni itirərək avtomobili elektrik dirəyinə çırpdı

Sumqayıtda yol qəzası olub, infrastruktura ciddi ziyan dəyib.

“Report”un məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb.

Belə ki, VAZ-21015 markalı avtomobilin sürücüsü idarəetməni itirərək əvvəlcə elektrik dirəyini, daha sonra yol nişanını aşırıb.

Daha sonra avtomobil əks yolla hərəkət edən “Hyundai Elantra” və yolun kənarında dayanan “Nissan X-trail” markalı nəqliyyat vasitələrinə çırpılıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Share: