Ölümü öldürərəm Vətən, Vətənim olsan

Nuridə MİSİR

Arzu

Əgər icazə versən
qucağına gələrəm.
Soyuyub buza donmüş 
ocağına gələrəm.

Ürəyimi əlimdə
ərmağan gətirərəm.
Eşqinə qurban kəsib,
Bir cahan gətirərəm.

Yuyaram gözlərimi
əllərimin qanında.
Taparam ümidimi
İtən xəyallarında.

Üşüyən sinən üstə
Saçlarımı sərərəm.
Silərəm göz yaşımı
Dərdi dərdlə bölərəm.

Udaram nəfəsini
eşqə tamarzı kimi.
İçərində yaşaram
bir şirin arzu kimi.

Köçünə köç qataram
gedəcək yerim olsan .
Ölümü öldürərəm
Vətən, Vətənim olsan.

12 sentyabr, 2018

Share: