“Niyə kədərlisən,Fərqanə,nəyin çatmır”?

Bu günlərdə iki beşi yanaşı qoyub yaşını təzələdi. Dostları, doğmaları təbrik etdi, haqqında yazılar yazıldı, müsahibələr götürüldü. Tanınmış rəssam Sehran Allahverdi rəsmini çəkdi. Şeirləri qəzetlərdə, ədəbiyyat saytlarında yayınlandı, ürək oxşadı. Onun haqqında, şairliyi haqqında dostları, qələm yoldaşları müxtəlif adlar səsləndir. yaradıcılığına dəyər verir, xarakterindən ağız dolusu danışırlar. Mənim üçün isə tamam başqa yeri var. Əlbəttə söhbət tanınmış şair Fərqanə Mehdiyavadan gedir. Onunla yubileyindən sonra həmsöhbət oldum, əhval ruhiyyəsini soruşdum:

– Necəsən, Fərqanə?

-Sagam şükür! Fevral ayı kimiyəm.

– Özünü yenə də vurmusan yatağa, guya xəstələnibsən. Yenə nə olub?

-Mən zəhmətkeş adamam. Bir gün yataga düşdüm işlərim tökülüb qalır. Ona görə də xəstəliyi ayaqüstə, qaça-qaçla yola salmağa vərdiş etmişəm. Amma bu dəfə alınmadı. Soyuq elə tutdu ki, məni, bir ay yerimdən qalxa bilmədim. Soyuq adamlardan çəkdiyim azmış kimi, havanın soyuqluğu yaxamdan yapışdı. İşlərim bir yana, şeirlərim tökülüb qaldı. Buna da şükür, Allah şəfa vermək istəmədi ilk öncə.

– Allah şəfa verir e sənə, özün götürmürsən, yaxanı kənara çəkirsən. Həm də o tədbir yoxdur ki, soyuqda, küləkdə orda olmayasan, bəlkə bir az, səngidəsən bu tədbirləri.

-Tədbirlərin çoxuna Yazıçılar Birliyində işdə oldugum üçün qatıla bilirəm. Kənarda olanların hamısına gedə bilmirəm. İnciyənlər də olur. Amma səhhətim imkan vermir. Bir də axı dost yolunda boran olar, qar olar. Xəstəlnməyim isə evdə soyuqdan oldu. Qış təzə gəlmişdi. Onunla hal-əhval tutunca, dogmalaşınca bir də gördüm ki, xəstəxanalığam. Bakının da qışa hazırlığını bilirsən. Qaz, işıq həmişə problemdir. Bir gün pulunu ödəmədin kökündən kəsirlər. Bir şeirimdə demişəm:

Şeirin ucbatından ölən canımla

Özüm- öz evimdə kirayə qallam.

– Yaş da kı, maşallah. Tanrı iki 5 qoyub üstə-üstə ömr olaraq verib sənə. Özün, ruhun neçə yaşdadır?

-Heç bilmirəm nə vaxt çatdım 55 – ə. Hərdən elə bilirəm uşağam. Hərdən də mənə elə gəlir ki, dünyanı tutub qalmışam. Elə 50 yaşa çatmamış ürəyim çilikləndi. Bu yaşı arzulamışdım, Şükür gördüm.

Elə bilirəm tələbəyəm. Elçi gələcək, nişan olacaq.

Şirin xəyallardan ayılıram. Axı o elçiləri kim qarşılayacaq? Atam yox, anam yox. Nə isə…Dedim axı… ruhum fevral ayıdır.

– Qız, indən belə kövrəlməyin yeri yox, özünü əlaə al. Sənə ədəbiyyatımızda gənclərin anası kimisən də, kimlər yaxşı övladlıq edir, yazır?

-İstedadlı gənclərimiz var. Mən ana borcumu yerinə yetirməyə həmişə hazıram. Amma istedadlı yazarlar özləri özlərinə qapı açırlar. İntiqam Yaşar, Taleh Mənsur, Şahinə Könül, Sevinc Yunuslu, Emil Rasimoglu,Tural Turan, Vasif Zöhraboğlu, Fuad Cəfərli, Anar Gülümsoy, Firdovsi Rəsul, İlhamə Nasir, Aysel Səfərli və başqaları.

Gənclər inciməsinlər adların hamısını yazmaq olmur.

Yaxşı ki, gənclərimiz istedadlıdır. Övlad kimi çox ağıllı, tərbiyəli, vətənpərvər, zəhmətkeşdirlər. Allah qorusun.

– Oğlunu da evləndir, bir qol qaldırıb “Ana kürün!ü oyna da…

 

– Ən böyük arzumdur oğlum Ülfətin toyunu görmək. Allah mənə halal süd əmmiş, oğlumun ruhuna uygun gəlin qismət eləsin.

-İnşallah qismət edər…

– Faiq, bilirsən nə arzulayıram? Arzulayıram ki, gəlinimin kitab rəfi olsun… Amma onun toyunda “ANA KÜR”ümü oynamayacam.

-Niyə qız? Kürün daşmağından qorxursan?

– Mən Kür qırağında doğulub, böyümüşəm, qorxmuram. Yadıma nələr düşür? Uşaq vaxtı Aşıq Pənah kəndimizə toylara gəlirdi. Atam rəhmətlik toydan gələndən sonra “Ana Kürüm”ü züm-zümə edib məni oynadırdı.

Tale qismətimi Gədəbəy dağlarına yazdı. Ömür-gün yoldaşım toylarda “Ay duman, gəl-get bu dağlardan” havasını sifariş verib məni oynamağa dəvət edirdi.

-Sən də naz edirdin, oynamırdın da…

– Nə karə idim oynamayam. İllər keçdi, qızım Ülkər toylara gedəndə qulağıma pıçıldayırdı ki, “Ana, toyda”Barı Naxçıvanı” havasını oynayarsan. Sən demə qara qızın dərdi varmış ,sevdiyi oğlan Naxçıvanlı imiş. Bu havaya da oynadım. İndi Sevgi, Mələk adlı nəvələrim var.

Amma bilmirəm oğlum Ülfət mənə hansı havanı oynadacaq?)

Mən bu havaları oynaya-oynaya “Azərbaycan” havasına kökləndim.

Allah qismət eləsin, bu havanı oğlumun toyunda bütün əzizlərimlə oynayım.

– İnşallah qismətin olar. Oğııunun gözaltısı var, yoxsa bu missiya da sənin çiyninə düşür?

 

– Gözaltısı yoxdur.Amma dostlarının toyu olanda deyir:

Anacan, dostum evlənir..

– Fərqanə, sən niyə razı olmursan ki, qızlar şeir yaza? Paxıllığın tutmur ki, səndən yaxşısı meydana çıxar, yoxsa əzab çəkmələrini istəmirsən?

– Mən nəinki öz şeirlərimi hətta yaxşı şairlərin şeirlərini təbliğ edirəm. Natavandan, Məhsətidən, Nigar Rəfibəylidən üzü bəri gözəl qadın şairlərimiz var. Firuzə Məmmədli kimi istedadlı qələm sahiblərimiz var.

Dünyanın dərdi çoxalanda qadın əlinə qələm alır. Çox çətindi qadının şair olmağı. Ona görə deyirəm ki:

 

Başının daşından qoyun büstünü,

Taleyin qışından qoyun tüstünü.

Üşüsə şeirlə örtün üstünü,

Qızları qoymayın şeir yazmaga.

 

Şeir yazmaq əzabdır! Əlbəttə ki, ŞEİR yaznlara aiddir bu ifadə.

 

Ulduz da vəziyyət necədir? Qulu kaprizlərinizə dözür?

– “ULDUZ” həmişəki kimi parlaqdır. Başda Qulu Ağsəs olmaqla səmimi, istedadı kollettivimiz var. Düz deyirsən Qulu Ağsəs tədbirlərə çox qatılanda danlayır məni. Haqlıdır.Yoruluram bəzən.

Ən axrıncı şeirini de də…

 

-D eyim də.

 

Yaşadım da, bu da belə ömürdü,

Yoxuşları yara-yara yaşadım.

İxtiyarım öz əlimdə deyil ki,

Bütöv-bütöv, para-para yaşadım.

 

Bəxtim yığdı, tale vurdu zəngləri

Yola düşdüm, demədilər: dön geri…

Yeri gəldi qarışdırdım rəngləri,

Qara-qara, sarı-sarı yaşadım.

 

Doğmalaşdım doğru ilə, düz ilə

Çilikləndim neçə-neçə üz ilə.

Yüz sınığı bitişdirdim SÖZ ilə.

Min könülü qura-qura yaşadım.

 

Bir dərd tapdım,çabaladım torunda.

Nicat umdum umid adlı varında,

Üşümədim sazağında, qarında,

Könül verdim o dağlara,yaşadım…

 

Hə Faiq, bədahətən gəldi, ardı olar yəqin. Əslində kövrəldim, bitirə bilmədim.


-N eçə ildi qələminlə küküng vurursan, AYB dən ancaq deyəsən maaş alırsan, sənə də ev vermədilər. Arxalı deyilsən, yoxsa yada düşmürsən?  

– 7 ci sinifdən çap olunuram. 10-cucu sinifdən dövrü mətbuatda, radio, televiziya verilişlərində vaxtaşırı çıxışlar edirəm. Həmişə qələmimə güvənib, sığınmışam. Ədəbiyyatda arxa, dayaq qohumluq keçmir. Ədəbiyyata öz qələmimlə, öz kitab- dəftərimlə necə deyərlər kənddən “Alabaş” avtobusla, şəhərdən 62 nömrəli avtobusula gəlmişəm. Dəyərli ədəbiyyat admları haqqımda yazılar yazıblar. Çox hörmətli ANAR müəllimdən, görkəmli şairimiz Fikrət Qocadan həmişə diqqət,  qayğı görmüşəm. Əmək haqqım hamı kimi…elə çox deyil. Desəm təəccüblənərsən.

Ev məsələsinə qalanda isə Jurnalistlərə ev veriləndə mənim də sənədim təqdim olunmuşdu. İki nəfərə verilsə inanırdım ki, məni kənarda qoymayacaqlar. Əslində ev məsələsi bir çoxları kimi mənim də ən agrılı

yerimdi. Ümidlə gözləyirəm. Növbəm yaxındı. Bir də rəhmətlik Vaqif Səmədoglu demişkən: “Mənim gözləməyə vaxtım yoxdu”. Anar müəllumə həsr ediyim şeirdə belə bir bənd var:

 

Ağa ağ deyənim, qaraya qara

Nadanın haqqına qərəzi gördüm.

Çoxunun əlində daş-tərəzi var

Mən sənin gözündə tərəzi gördüm!

İnanıram ki, ümidlərim səməni kimi göyərəcək.Amin!


Necə düşünürsən, ədəbiyyatla ədəbi olaraq həyatda qala biləcəksən?

 

– Bunu haqqımda yazan dəyərli alimlərimiz,tənqidçilərimiz,sənin bu, və dəfələrlə məndən aldıgın müsahibələr bilir. Oxucularım bilir. Bu suala mən cavab verməkdə çətinlik çəkirəm, Faiq. Gözəl yazçımız Meyxoş Abdullahın ” Təndir” şeirimlə bağlı yazdığı yazıdan soruş. Gör “Təndir” də necə yanıb qovrulmuşam. Soruş, Faiq soruş…

Nəyi soruşmamı istəyirdin, soruşmadımsa o haqda danış da

– İstəyirdim soruşasan: Bu boyda sevənlərin var, oxucuların var, doğma sandığın, sığındıgın, hər gün tələsdiyin Yazıçılar Birliyi var, qədirbilən, vəfalı, başda özün olmaqla dostların var, mərd, qürurlu, zhmətkeş həyat yoldaşın, ağıllı övladların, şirin nəvələrin var. Yaraşıqlı görünən 55 yaşın var…

Tələbə vaxtlarında Ağdama getdiyin qatarı arzulayırsan. O hamımıznın arzusudu. O da olacaq inşallah. Gözəl alimimiz Qəzənfər Kazımovun sənə həsr etdiyi yazısında və sonda verdiyi sual olmasın:

“Niyə kədərlisən,Fərqanə,nəyin çatmır”?

Soruşacaqlarım bitmədi ha. Qalanı da qalsın 60 yaşa…

Amin!

Söhbətləşdi: Faiq Balabəyli

Share: