Mən o zalımı yaddaşımın qan dövranından çıxardım; amma adı qan xərçənginə çevrildi… – Xosrov Barışan

Mən o zalımı yaddaşımın qan dövranından çıxardım; amma adı qan xərçənginə çevrildi… – Xosrov Barışan

GÖYÜL

Boşuna qəm fəhləsi olma göyül.
Tərk edilmək
qeyri addi bir hadisə deyil ki artıq
alqoritmlərin də belə bezdiyi
köhnə bir xəta qeydi də ola bilər
Göydələnlər əhatəsində
Uçmuş bir suvaq ev

Boşuna arzılanıb, heç bir qapını döymə göylüm
Qapılar da elə, insan kimidir
yalnız içəridən açılarlar.

Boşuna həyəcanlanıb döyünmə göyül
Anlayışın mənə buraxdığın sükut
Açıq bir pəncərəyə yox,
öz əks-sədası ilə duvarlarını hörən
Hələ kəşf olunmamış
yeni bir canlı növünə çevrildi.

Boşuna özüvü ovudub özüvə övünmə göyül
Mən o zalimi unutmağa çalışmadım.
Unutmaq da daş dövrünün
romantik texnologiyası idi.
Mən o zalımı
yaddaşımın qan dövranından çıxardım;
amma adı
qan xərçənginə çevrildi

Boşuna şübhələnmə göyül
Kim kimi tərk etdi?
Sualı tərsinə çevirsənə..,
Bəlkə insan,
özünə çata bilmədiyi hər anda
özü tərk edilir öz tərəfindən
Və bəlkə sevgi,
iki insanın bir-birini tapması deyil;
Yalqızlıüdan doğan fərqli boşluğu eyni adlarla çağırmasıdır.

Boşuna umudlanma göyül
Artıq kimsəni gözləməyirəm belə.
Gözləməyim gözə gəldi, gözdən atdım.
İndi yalnız zamanın
məni məndən əskildərkən çıxardığı səsi dinləyirəm.

Boşuna yaşamağa həvəslənmə göyül
Çünki ən böyük ayrılıq
birinin getməsi deyil
Birdən aynaya baxıb
öz gözlərində belə
qonaq olduğunu anlamaqdır.

 

YAĞIŞ YAĞANDA

Yağış yağanda
şəhər xatırlayır
necə itib-batmağı
heç kim,
səni axtarmadan

Mən
bir duraqda dayanmışam,
qatarların
dəmir yolundan yox,
həmişə insanların düşüncəsindən keçdiyi bir duraqda

Boş bir kafe,
masaların üstündə stəkanlar..,
Stəkanların üstündə dodaq izləri
Hələ də birinin adını çağırmaqda…,

Sən gəlsən əgər,
Təbiət dəyişməz ki
Təkcə saatın əqrəbləri
lab tova düşərlər ha…

Və mən
Açanı olmayan bir məktub kimi
Sənin əllərində hırdan düşərəm, ah…

Şeir: Xosrov Barışan

t.me/xosrovbarisan

Share: