Lənkəran Dövlət Universitetində “Məzun günü”keçirildi…

“Sızlar yada düşəndə ürəyimin telləri”…

Müstəqil.Az bildirir ki,Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılovanın verdiyi məlumata görə Lənkəran Dövlət Universitetində “Məzun günü” keçirilib.

Lənkəran Dövlət Universitetində (LDU) növbəti “Məzun günü mərasimi Azərbaycan Respublikası Dövlət Himninin   ifası ilə başlanıb.Mərasimdə LDU-nun məzunlarının sevincinə professor-müəllim-tələbə heyəti ilə yanaşı onların doğmaları, rayon icra hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri şərik olub.

Tədbiri universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açaraq bütün iştirakçıları salamlayıb, bu ali təhsil ocağına “əlvida” deyən məzunları, onların doğmalarını, bütün pedaqoji kollektivi təbrik edib.Ölkənin gələcəyinin ixtisaslı kadrların hazırlıq səviyyəsindən asılı olduğunu deyən professor Natiq İbrahimov məzunlara öyrəndikləri bilikləri təcrübədə uğurla sınaqdan çıxarmağı arzu edib.Bildirib ki, bu il LDU-nu müxtəlif ixtisaslar üzrə 437 məzun bitirsə də, növbəti ildə yeni açılmış ixtisasların hesabına məzunların sayı təqribən iki dəfədən də artıq olacaqdır.Universitet rəsmisi  növbəti tədris ilində bir neçə yeni ixtisasda mütəxəssislərin hazırlanacağını deyib, LDU-nun tədris –təcrübə bazasının müasir tələblərə uyğun yenilənməsi istiqamətində görülən işlərdən ətraflı danışıb.

Lənkəran Şəhər İcra hakimiyyəti başçısının  birinci müavini Möhübbət Babayev tələbə həyatına əlvida deyərək mmüstəqil həyata atılan məzunlara xoş arzularını bildirib, onları rayonun ictimai-iqtisadi həyatında fəal iştiraka ,nəzəri biliklərini təsərrüfatda  uğurla tədbiqə çağırıb.

Rayon Ağsaqqallar  Şurasının sədr müavini , LDU ictimai şurasının sədri Sərhad Məmmədov da məzunları təbrik edib, öyüd və nəsihətlərini çatdırıb, ölkəmizə layiqli vətəndaş olmağı arzulayıb.

Mərasimdə universiteti  əla qiymətlərlə bitirən məzunlara diplomlar təqdim edilib, həmçinin tədris ili boyu fərqlənən bir qrup müəllim və tələbəyə fəxri-fərmanlar, təşəkkürnamələr təqdim edilib.

Bir neçə saat davam edən “Məzun günü” tədbiri  tələbələrin və rayonun incəsənət ustalarının ifasında maraqlı  musiqili-əyləncəli  konsert proqramı ilə yekunlaşıb.

Müstəqil.Az

FOTOLAR:

 

Share: