İstanbulda əcnəbilərin kütləvi həbsləri

Türkiyə hüquq-mühafizə orqanları İstanbulda İŞİD terror təşkilatı ilə əlaqədə olan və teraktlar hazırlayan 38 əcnəbini həbs edib.
Bununla bağlı “Anadolu” agentliyi polisdəki mənbəyə istinadla məlumat verib.
Agentliyin məlumatına görə, terrorçuluqla mübarizə idarəsi eyni anda altı rayonda, 12 ünvanda axtarışlar aparır.
Saxlanılan şəxslər terror aktları hazırlamaqda şübhəli bilinir.
Əməliyyat zamanı çox sayda sənəd və rəqəmsal avadanlıqlar müsadirə edilib.(oxu.az)

Share:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir