Gürcüstan prezidentinin kürəkəni güllələndi

Gecə saatlarında Gürcüstan prezidentinin kürəkəni Mindio Qoqoçuri silahlı hücum nəticəsində yaralanıb və xəstəxanaya yerləşdirilib.
Bununla bağlı “Rustavi 2” telekanalı məlumat verib.
“Respublika xəstəxanasına çatdırılan Qoqoçuri əməliyyat olunub”, – məlumatda bildirilib.
Qeyd edilib ki, Gürcüstan Daxili İşlər Nazirliyində məsələnin araşdırılmasına başlanıb. Hadisənin təfərrüatı məlum deyil.
Qoqoçuri birinci xanımın qızı ilə qeydiyyatsız nikahda yaşayır. O, 2017-ci ilin yanvarında da diqqət mərkəzinə düşmüşdü. Həmin vaxt o və dostu şəhərin mərkəzində güllələnmişdi.(Oxu.Az)
Müstəqil.Az

Share:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir