Fəhlə bədbəxt hadisə nəticəsində öldü

Gəncə şəhərində fəhlə bədbəxt hadisə nəticəsində ölüb. Müstəqil.az “Report”a istinadən xəbər verir ki, hadisə Yeni Gəncə qəsəbəsi, Mircəlal Paşayev küçəsi, bina 44-də qeydə alınıb.

 

Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Hacıyev Hikmət Misir oğlu binanın dam örtüyünü düzəldən zaman ehtiyatsızlıqdan yerə yıxılıb. Nəticədə o, hadisə yerində keçinib.

 

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

 

Daha əvvəl Qazaxda fəhlə qumla dolu yük maşınının altında qalaraq ölüb.

Share: