Dövlət Sərhəd Xidməti (DSX) rəisinin beynəlxalq əlaqələr üzrə müavini general-leytenant Əfqan Nağıyevin yubileyidir.
“Müstəqil.az” xəbər verir ki, cəlilabadlı generalın bu gün onun 60 yaşı tamam olur.
Azərbaycanın tanınmış və təcrübəli zabitlərindən olan general uzun illərdir dövlət sərhədlərinin təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır. Onun keçdiyi həya və döyüş yolu, Vətənə sədaqətli xidməti daima örnək olaraq nümunə göstəriləcək.
General Nağıyev, xüsusilə 44 günlük Vətən müharibəsində fəal iştirak edib. “Harop” pilotsuz uçuş aparatlarının (PUA) uğurlu tətbiqində mühüm rol oynayıb, hərbi əməliyyatlar dövründə göstərdiyi şücaətə və peşəkarlığa görə yüksək qiymətləndirilib.
Ə.Nağıyev müharibədən sonra dövlət başçısı tərəfindən dəfələrlə mükafatlandırılıb. O, “Qarabağ”, “Azərbaycan bayrağı”, “Vətənə xidmətə görə” ordenləri və bir neçə rayonumuzun düşməndən azad olunması medalları ilə təltif edilib.
General hazırda da xidmətini davam etdirir.






















