Dənizçinin həyat tərzini  yalnız dənizçilər və onların ailə üzvləri yaxşı bilər

Müstəqil.Az -ın DSD İB yi ilə birgə hazırladıqları “Dənizçi həyatı” lahiyəsinin budəfəki qonağı Xəzər Dəniz Neft  Donanmasının  böyük mexaniki Fərman Həsrətovdur

Fərman bəy, deyəsən növbədən yenicə dönmüsən, yorğun deyilsən ki?

Salam, Faiq bəy. Yorğun deyiləm əksinə özümü çox yaxşı hiss edirəm.

Dəniz həyatının spesifik yaşam tərzi var. Səninlə də ‘’Dənizçi Həyatı’’ layihəsində həmsöhbət oluram. Sənin baxışlarında bu həyat necə görünür?

Dənizçinin həyat tərzinin necə olduğunu yalnız dənizçilər və onların ailə üzvləri yaxşı bilər. Bu çətin peşəyə hər kəs tab gətirə bilmir və bəzən ilk gəmi səfərindən sonra bu sahədən uzaqlaşanlar olur. Dəniz dalğaya, fırtınaya dözüm gətirənləri sevir. Mən də 40 illik iş təcrübəmdən dənizin şıltaqlığına fırtınasına dözüm gətirərək bu yaşa qədər çalışmışam, həyatımı qurmuşam, dənizçi həyatımı.

-Oxucularla səni daha yaxından tanış etmək istəyirəm. Özün haqda bir qədər məlumat versən yaxşı olar.

– 1965-ci il də Zaqatala rayonunda anadan olmuşam. 8-ci sinifi bitirib  Zuğulbadakı 95 №-li dənizçilik məktəbinə qəbul olmuşam. 3 il ərzində motorçu peşəsinə yiyələndim. Məktəbi bitirdikdən sonra XDND idarəsinin ‘’LÜTOGA’’ gəmisində motorçu işlədim. İki illik hərbi xidmətdən sonra yenidən həmin idarənin gəmilərində motorçu vəzifəsində işlədim və ‘’Qafur Məmmədov’’ adına Dəniz Yolları Məktəbinə gəmi mexaniki fakultəsinə qəbul oldum. Təhsilimi bitirib indiyə qədər XDND idarəsinin gəmilərində çalışıram.

Şəkilin açıqlaması yoxdur.

– Adi matorçudan böyük mexannik vəzifəsinə qədər yol keçmisən. Sənin dənizçilik həyatından nələri örnək olaraq göstərmək olar

İndiki cavan kadrlara, istər mexanik, istər şturman olsun  hər zaman sağlam məsləhətlər vermişəm. İlk növbədə dənizçi səliqəli olmalı, yoldaşları ilə mehriban davranmalı və öz işini daim təkmilləşdirəyi bacarmalıdır.

Baş mexanikliyə qədər gəlmək çətin olmadı ki?

Bəli çox çətin oldu. Baş mexanik diplomu ilə təmir gedən gəmilərdə 2-ci mexanik işləyirdim ki, gəmiləri mükəmməl öyrənə bilim. Əsasən də ‘’Neftqaz’’ tipli gəmilərin təmirində çox iştirak etmişəm. Bütün sistemləri öyrəndikdən sonra ‘’Nefteqaz’’ tipli gəmilərdə çalışçağa başladım..

XDND çalışırsan. Sənin dənizçi kariyeranda ancaq bu donanma rol oynayıb?

Donanmaya gəldiyimdən XDND idarəsinin gəmilərində çalışmışam. Daha sonra göndəriş əsasında BUE Caspian şirkətinin gəmilərində də işləmişəm.

-Keçmiç dənizçilərimizin həyatından bəhs edən müxtəlif hekayətlər, lətifələr, macəra dolu xatirələr danışılır. Yəqin ki, eşitmisiniz. Daha çox hansı söhbətlər dənizçi həyatına rəng qatır? Haqqında eşitdiyin lakin heç görmədiyin dənizçilərin keçdiyi həyat yolundan nəsə öyrənmisənmi?

-Keçmiş dənizçilər çox zarafatcıl idilər. Gəmiyə yeni gələn təcrübəçilərə bir stəkan dəniz suyu içirdərdilər ki, dalğaya, gəminin ləngər vurmasına dözümləri olsun.

Şəkilin açıqlaması yoxdur.

Çox güman ki, sənin özünün yaşadığın maraqlı dənizçi həyatı, macəra dolu anlar az olmayıb. Zaman keçdikdən sonra yadda qalsın?

1991-ci ildə ‘’ATLET-2’’gəmisini Yuqoslaviyaya təmirə aparmışdıq.  Artıq Azərbayan müstəqilliyini elan etmişdi.  Lakin gəmidə bayrağımız yox idi. Mən bayrağın necə olmasını vərəqə çəkib, orada bir dərziyə verdim. Dərzi gözəl bir Azərbaycan bayrağı ərsəyə gətirdi. Bayrağı gətirib gəmidə dor ağacından asdıq, göyə qaldırdıq. Bu bizim üçün çox qürurverici yadda qalan hadisə oldu.

-Ümumilikdə, AXDG QSC bir ocaq, bir doğma kollektiv olaraq insanlarımızın formalaşmasında hər hansı bir rol oynadığını nə ilə izah edərsən?

-AXDG QSC ilə birgə işləməyimizin bizə bir çox yeniliklər bəxş edib. Yeni dənizçilik Akademiyasını bitirən tələbələrin özəlliyi xarici dili, ən əsası ingilis dil biliyini mükəmməl bilmələri və çox savadlı kadrlarımızın olmalarıdır. Bundan əlavə gəmiçiliyimizin dünya dənizçilik şirkətləri ilə rəqabətə girməsi və ölkəmizi layiqincə təmsil etməsi də ürəyimizcə olan, qürurla bəhs edilən amillərdəndir.

Söhbətləşdi: Faiq Balabəyli

Share: