Dənizçi həyatı bütünlüklə macəralarla, maraqlı hadisələrlə yadda qalır

Müstəqil.Az-n DSD İB ilə birlikdə apardıqları Dənizçi həyatı” layihəsinin bu dəfəki qonağl AXDG QSC DND nin baş mexaniki Zabil Həsənovdur

 – Zabil, oxucularla səni yaxından tanış etmək istəyirəm, özün haqda  qısa məlumat verərdin

-Mən Həsənov Zabil Qabil oğlu 1964-cü il yanvarın 20-də, Zərdab rayonu Körpükənd kəndinde anadan olmuşam. 1971-ci ildə M.Hüseynzadə adına orta məktəbdə 1-ci sinfe başlayıb,1981-ci ildə həmin məktəbi bitirmişəm. 1981-ci ildə Zaqulbada 95 saylı Dənizçilik Peşə məktəbinə qəbul olmuşam. 1982-ci ildə həmin məktəbi bitirdikdən sonra Qafur Məmmədov adına Bakı Dəniz Yollar məktəbinə qəbul olmuşam. 1985-ci ilin sonunda məktəbi bitirib, növbəti ilin yanvar ayında “Həmid Sultanov” adına gəmidə motorçu olaraq əmək fəaliyyətimə başlamışam.

Səninlə “Dənizçi həyatı” layihəsində görusuruk. Dənizçi həyatı sizin üçun nə deməkdir?

– Dənizçilik çox ağır və məsuliyyətli bir peşədir. Bu həyatın sakini, bu yolun yolçusu olmaq hər kəsin bacarığı daxilində deyil. Dənizi, seçdiyin peşəni sevməsən bu həyatın özəlliyini və gözəlliyini dərk edə, yaşaya bilməzsən.

Bir 2 nəfər və oturan insanlar şəkili ola bilər

– Zabil, bəs dənizə, dənizçiliyə səndə maraq hardan yarandı?

– Kənddə bizim evimiz Kür çayının sahilində yerləşirdi. Mən hələ uşaq olanda gəmiçiliyə marağım o çayın kənarından başladı. Həmin dövrlərdə Kürdən kiçik tutumlu “Salyan”,”Kirovabad” adlanan tanker gəmiləri keçirdi. Beləliklə, bu gəmilərlə bağlı apardığım müşahidələr, gəmilərə düşmək istəyim mənim bu sənətə marağım yarandı.

– Gəmiyə ilk gəlişində mexanizmləri mükəmməl dərk etmək üçün sənə məsləhət verən, qayğı, diqqət göstərən oldumu? Kimi qeyd edərsən?

-Bəli, elə ilk gündən təcrübəli dənizçilərin qayğısı, diqqəti ilə əhatələndim. Bildiklərini öyrətməkdən, mənə məsləhət verməkdən yorulmadılar, sağ olsunlar. Mən ilk dəfə “Həmid Sultanov” gəmisində işə başlayanda mənə göstəriş veren peşəkar baş mexanik Xabubilin Rafiqi çox hörmətlə xatırlayıram.

– Dənizçi ömru maraqlı anlarla əhatələnib. Yaddaşında qalan xoş anlarla xatırlaya bilərsənmi?

-Dənizçi həyatı bütünlüklə macəralarla, maraqlı hadisələrlə yadda qalır, istər xarici sularda, istər Xəzərdə olsun, elə bir gün olmaz ki, yaddaşlarda qalan hadisələr olmasın. Dənizdə hər hansı bir işi başa çatdırmaq, verilən tapşırıqları yerinə yetirmək mənim üçün həm də bir səyahət idi və bu səyahətlər mənim üçün xoş anlarla yaddaşımda qalıb.

– Gənc dənizçi nəslinə tövsiyyəniz nə olardı?

-Gənc dənizçilərə də tövsiyyəm budur ki, işlərinə məsuliyyətlə yanaşsınlar. Oxumaqdan, öyrənməkdən bezməsinlər, sənətlərini sev-sevə icra etsinlər ki, seçdikləri sənət də onları yaşatsın. Məlumları olsun ki, dənizçilikdə kiçik xətalar belə böyük problemlər yarada bilər.

– Bəzən uzaqlarda olursan, lazım olan yerdə özünü görmürsən, sözssüz ki, dəniz nələrdənsə bizi məhrum edir. De, dəniz sənə nə verdi, nələri aldı?

-Bu peşə mənə çətinlikdən qaçmamağı,onun üzərinə gedib, qalib gəlməyi öyrətdi. Həyatımın bir çox hissəsini dənizdə keçirdiyim üçün əlbəttə ki, xoş anlarla birlikdə pis anlar da yaşamışam. Dediyin kimi, dənizçi olaraq çox vaxt doğmaların xoş günündə, hansısa kədər dolu yaşanan anlarda olmursan, təəssüflənirsən. Əlbəttə ki, belə anlarda, yaxud ailəmdən ayrı qaldıqda bu sənəti seçdiyimə görə  peşman olduğum anlar olub. Lakin, sonradan fikirləşdikcə başa düşürdüm ki, mən bu peşə üçün yaranmışam, başqa sahədə özümü görmürəm.

– 40 ildən çoxdur ki, DND-dəsən. Matorçuluqdan baş mexanik vəzifəsinə qədər yüksəlmisən. Azərbaycan gəmiciliyinin bu günü haqda fikirlərini bilmək maraqlı olardı.

-Doğrudur, az müddət deyil ki, dənizdə çlışıram. Ötən günləri yada salıram, hər dövrün öz yadda qalan anları olub. Sözssüz ki, bu günün donanması dünənkindən fərlidir, sabah da bu günümüzdən fərqli bir gəmiçiliyi görəcəyik. Bu gün ASCO doğrudanda yeni gəmiləri ilə seçilir, uğurlar əldə edir. Gəmiçiliyimiz  yük daşımada, eləcə də  neft-qaz istismarında aparıcılıq edən bir donanmaya sahibdir. Bununla ancaq fəxr etmək, qururlanmaq olar.

 Söhbətləşdi: Faiq Balabəyli

 

Share: