Beynəlxalq Nobel sülh mükafatı tərəfdarlarına: Qaytarın bizim şərəf və ləyaqətimizi

Çoxsaylı araşdırmalara nəzər saldıqda görürük ki, Azərbaycan tarixində onun ictimai-siyasi mühitində sayılıb, seçilən şəxslərin dünya miqyasında tanınmaları üçün müəyyən sərhədlər olub. Bu tikanlı düşmən sərhədlərini aşmaq üçün ölkə həmişə əziyyət çəkib və əvvəlcədən işlənmiş, hörülmüş eybəcər qanunların önündə aciz qalıb, düşmən hücumlarını keçə biməyib.

Məsələn məlumata görə azərbaycanlı həkim Sona İbrahim qızı Rəhimovanın adı, tədqiqat işləri haqqında ilk məlumatlar dünya mətbuatında göründü. Sona xanım mətbuat səhifələrində göstərildi ki, o guya milliyyətcə ermənidir və İsfahanda (İran) anadan olub. Amma heç kəsin cürəti olmadı ki, desin: “O, Azərbaycanlıdır…”

Araşdırmaq üçün əlimizdə iki-üç sənəd var, vəssalam. Halbuku, tibb elmləri dktoru Sona xanım Lozanna Universitetində (İsveçrə) təhsil almış, sonra isə Peterburqda Qadın Tibb İnstitutunu əla qiymətlərlə bitirmişdi.

1941-ci ildə oftalmologiya, traxoma ilə mübarizə sahəsində görkəmli müvəffəqiyyətlərinə görə, o, Tibb və Psixologiya üzrə Nobel Komitəsi tərəfindən Nobel mükafatına təqdim edilmişdi. Lakin müharibədən sonra heç kəs bu məsələnin dalınca getməmişdi. Ancaq bir dəfə ölkənin başçısı İ.V.Stalin soruşmuşdu: “Ölkənin ən ağır günlərində ordumuzu xəstəliklərdən xilas edən… azərbaycanlı həkim Sona xanım hardadır?..” Sorğuya isə belə bir cavab vermişdi: “O, çox gözəldi… sonra rəhmətə getdi…” Məhz bundan sonra erməni həkimləri hərəkətə keçdi.

Yerevanda istədilər bütün nailiyyətlər o vaxt Ermənistanın Kremlə soxulmuş qadın həkim Anastas Karenyanın adına yazılsın. (?)

1944-cü ildən Azərbaycandan M.C.Bağırovun imzası ilə Kremlə etiraz və ciddi tənqidlə dolu məktub yola salınır. Nəticədə nailiyyət Bakıda qalır… bu günədək də yol gözləyir. (?) Sonradan məlum oldu ki, bu çox ciddi qələbə idi. Məlumata görə liderimiz neçə illərdən sonra uçurulmuş düşmən çəpəri üzərindən daha ciddi addımlarla ötüb keçdi. Digər məlumata görə 1979-1987-ci illəri əhatə edən və erməni alimləri tərəfindən oğurlanmış 93 elmi nailiyyət düşmən əlindən alındı. (Amma təəssüf ki, hələ bu günədək bu məsələlər qapalı qalıb).

Bu gün Azərbaycanın mənzərəsi dəyişsə də bəzi dövlətlərin və xalqların düşmənçilik siyasətləri dəyişməyib. Düşmən, elə həminki düşməndir. Ona həm daxildə və həm də xaricdə yardım edənlər də dəyişməyib.

Yenə qayıdıram araşdırma və təhlillərə. Həqiqət ordadır. Məsələn ölkə başçısının son nailiyyətləri, qurub-yaratmaq eşqi bitib-tükənmir. O, qurur-yaradır… torpaqlarımıza yenidən nəfəs verən məhz o oldu. Bütün bu görüntüləri dünya bir daha gördü.

Amma maraqlı bir məsələ var. Ölkə başçısı cənab İlham Əliyev haqqında xeyli kitab, məqalə, yazı yazılıb, nitqlər deyilib, məruzələr söylənilib. Amma heç birində əldə olunan bu kəşflərin (qələbə özü də bir kəşfdir. Sadəcə onu dərk etmək bəs edər).

Nəticəsi olaraq heç bir təklif irəli sürülməyib. Necə olsun, Azərbaycan Prezidenti bu gün dünyanın bütün qitələrində öz xeyirxah, sülhsevər addımları ilə seçilir, ad-san qazanır, ölkəni şan-şöhrətə çatdırır. Bəs hanı təbliğat?.. Hanı ölkə başçısının, “Əliyevlər ölkəsi”nin atdığı dünyanı silkələyən addımlarının dəyərləri? Azərbaycandakı Nobel komissiyası da reanimasiyadan hələ çıxmayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Sülh mükafatına– Nobel mükafatına layiq görülməli, ölkənin müxtəlif qurumları bu istiqamətdə təbliğatı da genişləndirməlidirlər. Nobel Sülh Mükafatı Azərbaycana qayıtmalıdır. BU Beynəlxalq aləmdə ən düzgün addımlardan biri olar…

Prezident seçiləndə İlham Əliyev əlini ölkə konstitusiyasının və Müqəddəs Quranın üstünə basıb, demişdi ki, o, (yəni İlham Əliyev) var gücü ilə xalqına, ölkəsinə xidmət edəcək… və s.

O, vədinə xilaf çıxmadı. Bəs, biz? Dünyanın yadına salaq ki, Prezident öz ölkəsinin şərəfi, vicdanıdır, ləyaqətidir. Qaytarın şərəf və ləyaqəti… Ona imkan verin, cənablar…

Rövşən Novruzoğlu Vəlizadə,

Beynəlxalq Terrorizmə və Korrupsiyaya

Qarşı Mübarizə Strateji Araşdırmalar

Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə

fəlsəfə doktoru, professor, politoloq

 

Share: