Təhsil Nazirliyi 2017-ci il üzrə illik təhsil hesabatını hazırlayıb. Hesabatda bir çox məsələlərlə yanaşı, həmçinin, ali təhsil müəssisələrimizin beynəlxalq reytinq cədvəllərindəki yerinə də toxunulub.
Müstəqil.Az Moderator.az-a istinadla xəbər verir ki, Böyük Britaniyanın “Quacquarelli Symonds” (QS) agentliyinin İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə reytinq cədvəlində Azərbaycanın 6 ali təhsil müəssisəsi 300 ən yaxşı ali məktəb sırasında qərarlaşıb: (Bakı Dövlət Universiteti (95), Xəzər Universiteti (100), Azərbaycan Dövlət İqtisad Universiteti (161-170), Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti (171-180), Azərbaycan Dillər Universiteti (171-180), Bakı Slavyan Universiteti (201-250).
Həmçinin, nəşr aktivliyinin son 3 ildəki artım dinamikasına görə Azərbaycan ilin yekunlarına əsasən, regionda birinci yerə çıxıb.
“Clarivate Analytics” (“Thomson Reuters”) şirkəti ilə 2015-ci ildən başlanan əməkdaşlıq öz müsbət nəticələrini verməkdədir. Qlobal elmi bazadan istifadə aktivliyinin dinamikasında 2017-ci ildə əvvəlki illə müqayisədə 75 faiz artım müşahidə olunub. İmpakt faktorlu jurnallarda çap olunmuş məqalələrin sayında son 4 ildə 68 faiz artım qeydə alınıb.
Nəşr aktivliyinin son 3 ildəki artım dinamikasına görə Azərbaycan regionda birinci yerə çıxıb. 2017-ci ildə publikasiya sayı üzrə ən yüksək göstərici (1118 elmi tədqiqat işi) qeydə alınıb, ilkin təhlillərə əsasən ölkə üzrə ümumi publikasiyaların təxminən 43 faizi məhz ali təhsil müəssisələrinin payına düşüb.






















Bir cavab yazın