Beş maşın bir-birinə toqquşdu.. Sibel Can və oğlu …

Məşhur müğənni Sibel Can və oğlu yol qəzasına düşüb.

Müstəqil.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza İstanbulda Barbaros Bulvarı adlanan ərazidə baş verib.

Qırmızı işıqda dayanan maşınlara qəfildən arxadan bir avtobus çırpılıb. Qəza nəticəsində 5 maşın bir-birinə dəyib.

Həmin maşınlardan birində müğənni Sibel Can və oğlu Əmir Aksüt olub.

Sibel Can özü açıqlamasında bildirib ki, təhlükəsizlik kəməri taxdıqlarına görə qəza nəticəsində heç biri xəsarət almayıb: “Qırmızı işıqda dayanmışdıq, qəfildən maşınlar bir-birinə çırpıldı. Çox qorxdum”.

Qəzada digər maşınlarda biri uşaq olmaqla üç nəfər yaralanıb.

Share: