Bakıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Publika.az xəbər verir ki, Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsində “Hyundai” markalı minik avtomobili yolu keçməyə çalışan şəxsləri vurub. Hadisə zamanı 4 kişi müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, hadisəyə səbəb “Hyundai” markalı avtomobilin sürücüsünün işıqforun tələbinə məhəl qoymadan hərəkət etməsi olub.
Faktla bağlı araşdırma aparılır.