Bakının bu ərazisində su olmayacaq

Bakının Yasamal rayonu ərazisində gün ərzində içməli suyun verilməsi dayandırılacaq.

Bu barədə Publika.az-a “Azərsu” ASC-dən məlumat verilib. Məlumata görə, Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən +152 “Alatava” su anbarında yenidənqurma işlərinin aparılması ilə əlaqədar 17 aprel 2018-ci il tarixində gün ərzində 2-ci Alatava yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranmış narahatlığa görə “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Müstəqil.Az

Share:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir