“ Azərbaycan aşıq sənəti, Şirvan bölgəsi” Beynəlxalq simpoziumda

Mətbuatdan da məlum olduğu kimi bu günlərdə Türkiyədə  Beynəlxalq Develi-Aşıq Seyrani və Türk mədəniyyəti simpoziumu keçirilib.
Ölkəmizi həmin simpoziumda AMEA-nın  Folklor İnistitunun elmi işçisi, sevilən xanəndə Fəridə xanım Mirişova təmsil edib.
Müstəqil.Az Fəridə xanımla əlaqə saxlayıb, müsahibə götürüb:
-Fəridə xanım, mümkünsə Türkiyəyə səfərinizlə bağlı bir neçə kəlmə oxucularımıza məlumat verərdiz.
– Səfərimiz, bildiyiniz kimi, Türkiyədə keçirilən beynəlxalq Develi-Aşıq Seyrani və Türk mədəniyyəti simpoziumu ilə əlaqədar idi. Kayseri şəhərinin yaxınlığında – Dəvəlidə keçirilən simpoziumun gündəliyində duran mövzular əsasən üç sahəni əhatə edirdi: Dəvəli, Aşıq Seyrani və Türk mədəniyyəti.
– Simpoziumda daha çox nə ilə yadda qaldı?
– Əvvəlcə qeyd edim ki, bu simpozum çox böyük tərkibdə işini davam etdirdi. Tədbirdə müxtəlif ölkələrdən yüzə yaxın elm adamı iştirak edirdi. Simpoziumun məqsədi mədəni, ədəbi və tarixi baxımdan elmi araşdırma, bu sahədə çalışan elm insanlarinı bir araya gətirərək əməkdaşlıq yaratmaq və gələcəkdə bu istiqamətdə hansı addımlar atıla biləcəyi ilə bağlı müzakirələr aparmaq idi ki, bu da zənnimcə baş tutdu.
-Tədbirin təşkilatçıkarı kim isi?
–  Simpozium Kayseri Valiliyi ,Kayseri Böyüksəhər Bələdiyyəsi, Erciyez Univeristeti, Dəvəlil Kaymakanlığının dəstəyi və Dəvəli Bələdiyyəsinin təşkilatçılığı ilə keçirildi və olduqca maraqli kecdi. Demək olar ki, həm də bu bir mədəniyyət bayrami idi. Simpozium çərçivəsində Dəvəli və yerli əl sənətləri sərgiləri, Aşıqların konserti, xalq oyunları tamaşaları, Erciyez və Dəvəlinin tarixi və görməli yerlərinə gəzintilər təşkil olunmuşdu. 
-Sizin iştirakınız əsasən nədən ibarət idi?
 -Bilirsiniz, simpoziumda Dəvəli, Aşıq Seyrani və Türk Mədəniyyəti ilə bağli panellər və bu üç sahədə bir birindən maraqlı sözlü məqalələr dinlənildi. Mənim məqaləm Türk mədəniyyəti panelində “ Azərbaycan aşıq sənəti, Şirvan bölgəsi “ idi. Mən Azərbaycan aşıq sənəti və onun böyük bir qolunu təşkil edən Şirvan aşıq mühitinin Türk mədəniyyətinin bir hissəsi olaraq keçmişimizdən bu günümüzə qədər keçdiyi yol digər aşıq ortamları ilə fərqli və oxşar cəhətləri haqqında olan araşdırmamı məruzə etdim. Bilirsiniz ki, milli kimliyimizi təsdiq edən ən önəmli ünsürlərindən biri də mədəni dəyərlərimizdir. Düşünürəm ki, türk xalqlarının ortaq mədəni dəyərlərinin araşdırılması, yaşaması və gələcək nəsillərə ötrülməsi üçün bu səpkili simpoziumların keçrilməsi çox böyük önəm daşıyır.
Müstəqil.Az
Share: