AŞIRI FƏDAKARLIQ NİYƏ ZƏRƏRLİDİR?-Aygün Sadiq yazır…

AŞIRI FƏDAKARLIQ NİYƏ ZƏRƏRLİDİR?
Hamı kimi sən də insansan. Görərsən, sevərsən.
Tutaq ki, birindən xoşun gəldi. Hissləri ifadə etməyin müxtəlif növlərindən bir-neçəsini tətbiq edərsən. Elə, biri- xidmət. Nələrsə edərsən. Onun işinə yardımçı olarsan. Gözündə yüksəldib zirvələrdə otdurarsan…
Onun istədiyi rola girərsən, sevdiyi sahələri və həyat tərzini seçərsən.
Və bir də baxarsan :
Kobudlaşdı. Niyə? İfrat xidmətdən sıxıldı. Və ya rolunuzu anladı(təbii olmayan davranışı kim sevər ki?).
 
Sən dəyər verdikcə o, özünü vazkeçilməz hesab etdi. Səni sən bayaq yerləşdirdiyin zirvədən aşağı baxaraq soyuqca seyr etdi.
Niyə?
Axı sən davranışda qüsur etmədin, ona diqqət əksikliyi yaşatmadın, onu daim düşündün, yaxşılıqlar, hətta aşırı fədakarlıqlar etdin…
Amma uzaqlaşdı( O, nankordur mu?
Gəlin, öncə, fikirləşək)? Niyə?
Cavab: Layiqsizlərə verdiyin aşırı dəyər onların sənə rəftarını dəyişir.
Dinləyən tərəf- SƏN, ziddiyyətlərdə güzəştə getməli olan tərəf- həmişə SƏN! Sən etdin, sən sevdin, hər dəfəsində fədakarlıq səndən gəldi… O yox, SƏN, SƏN, SƏN…
Nəticə- həmin “SƏN”də tükənmişlik sindromu.
 
Öncə hər şey gözəl idi. Sonra adam kobudlaşdı və uzaqlaşdı. Sənin könlünü ona verdiyin qədər o sənə könül vermədi.
Nəticə: tükəndin! Yoruldun, elə deyil mi?
Səbəb: hər dəfəsində fədakar tərəf sən oldun, qarşı tərəf addımsız dayandı və səssizcə müşahidə mövqeyinə “sadiq” qaldı. Yəni: sən dağın başında dayanıb havaya nərdivan söykəməyə çalışdın, sən hava ilə uğraşdın, boş kölgəyə(ehtimal ki, başqasının enerji ortağına- sevgilisinə) hisslərini verdin.
Tərəf sənə tükənmişlik sindromu yaşatmadan əvvəl ondan uzaqlaşacaqsan.
Ondan uzaqlaşmaq asan deyil,çünki özünlə(hisslərinlə) savaşacaqsan.
Kim sizə layiqdirsə(uyğundursa),həyatınıza onu çəkərsiniz( Uzlaşmaq: Ətrafınızdakı xöşbəxt cütlüklərə fikir versəniz, onlardakı bənzər xüsusiyyətləri görə bilərsiniz).
Sual yarana bilər: “Bəs bu layiqsiz (yanlış)insanları həyatıma mən mi çəkdim?”. Cavab: Siz yox, sizdəki enerji çəkdi.
“Doğru sevgilini tapmaq” absurddur; “doğru həyat yoldaşı” var və bu yol düzgün(uzlaşan, rahat) münasibətlərdən keçir.Tərəf həmişə özünün xöşbəxtliyini yox, digərini də xöşbəxt edə bilib-bilməyəcəyini nəzərə almalıdır. Bu seçicilik nəticəsində səhv seçimlər ələkdən keçərək ələnəcək(gedəcək).
 
İçimizdəki yaralı uşağa yardım etməliyik: onu yaxşılaşdırmaq üçün sevgi və şəfqət verməliyik ki, o, sevgi və şəfqət defisiti yaşamasın, şəfqət dilənçiliyinə başlayıb yersiz fədakarlıqlar etməsin.
 
Xüsusən, bilincaltınızda təmizlik işi aparmaq və daxilinizdəki uşağı daha güclü hala gətirmək lazımdır.
 
Bəs siz həyatınıza hansı xüsusiyyətlərə malik insanı çəkmək istərdiniz?
Onun sizi xöşbəxt etməsini gözləyirsiniz(bu, normaldır), amma bəs siz:
1. Onu xöşbəxt etmək istəyirsiniz mi?
2. Edə biləcəksiniz mi?
3. Münasibətlərinizə baxın: daim alıcı mövqeyindəsiniz? Ya hər dəfə verici? (Sağlam münasibətlər “almaq və vermək” üzərində yox, “vermək və vermək” üzərində qurulur və bu cür də davam edir) .
4. “Dürüst olsun” istəyirsən. Yaxşı, bəs sən nə qədər dürüstsən?
4.1. “Yalan danışmasın, aldatmasın” (mən yalnız fizioloji yaxınlıqdan ibarət münasibəti, əsaslı olaraq, xəyanət adlandırmıram- A.S.);
4.2. “Sirr saxlamasın”…
 
Bəs sən aldadacaqsan(Aldadırsan)? Sirr saxlayacaqsan (saxlayırsan)?
 
(Quruluşumuz belədir: nəzəri məlumatları oxumaq, öyrənmək barədə tənbəlliyimiz var; araşdırmağı deyil, hazır və qısa (beyinin qoruyucu funksiyası) məlumatları sevirik; bunu nəzərə alaraq çalışaram ki, yazımı qısa edim).
1. Sizə olan reaksiyasına diqqət edin:
*O, əsəbi ikən sizlə necə davranır?
*Yorğun ikən;
*Ac ikən;
*Siz xəstə ikən
*İctimai yerdə(kobuddur mu, sizi əzir mi, ya mülayimdir mi və s.)
sizlə necə davranır?
2. Münasibətlərdə “uğurlu olmaq” deyilən bir şey yoxdur, “rahat olmaq” vardır. O, sizinlə rahatdır mı? Bəs siz onunla? Onun yanında olanda rahatlığının, sakitliyinin artdığını hiss edirsiniz mi? Onun enerjisinin sizdə və sizinkinin də onda olduğunu hiss edirsiniz mi?
3. Daxilinizdəki səsi dinləyin: istəklərinizi müəyyənləşdirin. Belə olduqda səhv seçdikləriniz ələkdən keçərək ələnəcək, siz onları tutmağı tərgidəcəksiniz.
Seçim bitəndə, beləcə, doğru həyat yoldaşı(sizə layiq və siz layiq olan) insan qarşınıza çıxacaq.
Özünüzə zaman ayırın. Özünüzə əmək sərf edin. Bilincaltınızı kirlətməyin…
Xanımlar, əziz xanımlar! Bu yazı sizə də aiddir. Sevərsiniz, uzlaşarsınız, enerji çəkər, bu, mükəmməldir. Amma aşırı fədakarlıq edib özünüzü dəyərdən salsanız, o, sizdən gedəcək. Onu əlinizdə tutmaq istəyirsinizsə, öncə, özünüzü əlinizdə tutun. Yuxarıda tutmağa gərək yoxdur (qadın, onsuz da zirvədəki yerini qorumağa çalışandır), özünüzü yüksək qiymətləndirin, incitməyin, mükafatlandırın, özünüzlə mehriban olun, yetər.
Ruhumuzu öyrənən elm- psixologiya insanı hələ də tam çözə bilmədi, fəqət, dediklərimin sizə faydası olacağına, münasibətlərinizə işıq tutmaq iqtidarında olduğuna əminəm.
 
Share: