Sosial sahibkarlığın inkişafı ilə bağlı elmi tədqiqat aparılır

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanda sosial sahibkarlığın inkişafı üzrə təklif və tövsiyələrin hazırlanması” mövzusunda i.e.d., prof. Nazim İmanovun rəhbərliyi ilə  elmi-tədqiqat işi yerinə yetirilir.

Elmi-tədqiqat işini yerinə yetirməkdən ötrü tədqiqat qrupu yaradılmışdır. Tədqiqat qrupuna i.e.d., dos. Rəsmiyyə Abdullayeva, i.f.d, dos. Allahyar Muradov, i.f.d., dos. Pərviz Həsənov və elmi işçi Nazənin Əzizzadə daxildir.  Tədqiqat çərçivəsində sosial sahibkarlığın nəzəri əsasları, sosial sahibkarlıqla bağlı mütərəqqi dünya təcrübəsi öyrəniləcəkdir. Bunlarla yanaşı, Azərbaycanda sosial sahibkarlığın təşkilati-hüquqi əsaslarının təkmilləşdirilməsi, sosial sahibkarlığın inkişaf etdirilməsi istiqamətləri müəyyənləşdiriləcəkdir. Tədqiqatın nəticələri kitab kimi nəşr olunacaqdır.

Müstəqil.Az

Share: