ŞƏHİDLİK – ƏBƏDİ DİRİLİK ZİRVƏSİ

Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlətimizə qarşı törədilən cinayətlərə, xüsusilə də erməni təcavüzü və terrorizminə qarşı xalqımız səfərbər olub Vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxdı. Bu mübarizədə minlərlə igid oğullarımız və qızlarımız şəhid oldu. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hər kəsin vətəndaşlıq borcudur. Qəhrəmanlıq və vətənpərvərlik mövzusunda son illər daha çox kitablar nəşr olunmasının özü də bu amala xidmət edir.
Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Onları yaşatmaq, tanıtmaq, hər şəhid ailəsinə hörmətlə yanaşmaq hamımızın vətəndaşlıq borcudur. Vətən müharibəsi şəhidi Kamran Cəlal oğlu Seyfullayev də belə oğullardandır.
Puede ser una imagen de 2 personas, al aire libre y texto que dice "ответить..."
Seyfullazadə Kamran Cəlal oğlu 14 yanvar 1999-cu ildə Astara rayonunda anadan olmuşdur. Orta təhsilini Astara şəhər F.Əliyarov adına 6 saylı tam orta məktəbində almışdır. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində nümunəvi xidmətlə başa vurmuşdur. 2020-ci ilin iyul hadisələri, erməni silahlı birləşmələrininin Tovuz rayonunda törətdiyi təxribat-pozuculuq hərəkətləri zamanı Kamran da minlərlə Azərbaycan gənci kimi Dövlət Səfərbərlik Xidmətinə ərizə ilə müraciət edərək könüllü cəbhəyə döyüşə getmək istədiyini bildirmişdir.
Puede ser una imagen de al aire libre
Kamran Seyfullazadə ötən il sentyabrın 27-də başlayan əks-həmlə əməliyyatına könüllü qatılaraq aktiv döyüş əməliyyatlarında iştirak edir. İlk döyüşü Füzuli rayonunun azad olunmasından başlayır. Füzuli, Hadrut, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edərək dəfələrlə yaralı döyüş yoldaşlarını döyüş meydanından çıxarır. Döyüş yoldaşları Kamranın onlarla erməni başını kəsdiyindən fəxrlə danışırlar. Düşmənə qarşı sonsuz nifrət hissinə köklənmişdi Kamran. Şuşaya ilk daxil olan Xüsusi Təyinatlı Dəstənin könüllüsü olaraq Kamran 2020-ci il noyabrın 4-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.
Ötən il noyabrın 5-də doğulduğu Astara rayonunda dəfn olunmuşdur.
Vətən, yurd uğrunda qurban gedənlər,
Əsla unudulmur bil ki, şəhidim!
Ömrünü yurduna fəda edənlər
Əbədi diridir, ölmür şəhidim!
Döyüşdün vüqarla odlu səngərdə
Başını ucaltdın sən bu millətin.
Torpağı müqəddəs qanınla yuyub
Müqəddəs torpağa döndün şəhidim!
Vuruşdun səngərdə bir amal üçün
Əsirlik çəkməsin bir də bu Vətən.
Düşməni qovaraq torpağımızdan
Yurdu azad etdin sən də şəhidim!
Məzarın önündə ağlayır anan,
Başını dik tutub vüqarlı atan.
Vallah könüllərdə yuva quraraq
Əbədi bir tarix yazdın şəhidim!
Nişan xonçaların məzarın üstə,
Bir ömür nişanə nakam eşqinə.
Qaldı əzizlərin həsrət əksinə.
Məzarın müqəddəs yerdi şəhidim!
Əbədi yaşarsan, qəlblərdir yerin,
Kamran, igidisən sən bu vətənin.
Qoruyub əzminlə, milli mənliyi.
Ən uca zirvəyə qalxdın şəhidim!
Leyla Qadir qızı Məcidova
Tarix üzrə fəlsəfə doktoru ,
Lənkəran Dövlət Universitetinin baş müəllimi
Share: