İşğal edilmiş bütün torpaqlarımız geri qaytarılır – ERMƏNİSTAN TAM TƏSLİM OLUR

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirilən hökumətin iclasında bildirib ki, Ermənistanla Azərbaycan arasında yeni sənəd imzalanacaq.

Müstəqil.Az xəbər verir ki, o qeyd edib ki, əgər Azərbaycan razılıq verərsə, sənədi imzalayacaq.

Paşinyanın sözlərinə görə, danışıqlar davam etdiyi üçün sənədin məzmunu hələ təqdim edilməyəcək.

Bu məsələni şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycan tərəfinin maraqları bəllidir və onlar təmin edilməlidir:

“Görəsən söhbət hansı razılaşmadan gedə bilər? Bu sülh sazişidirmi?

Hesab edirəm ki, Qarabağdakı ermənilər tam tərksilah olunmalı, Ermənistandan Azərbaycan torpaqlarına “hərbi xidmətə” kimsə göndərilməməlidir. Qazaxın 7, Naxçıvanın 1 kəndi geri qaytarılmalıdır. Zəngəzur üzərindən dəhliz açılmalıdır”.

Politoloq əlavə edib ki, Laçın dəhlizinin və Qarabağın tamamının nəzarət altına alınması və Ermənistanla sərhəddin müəyyənləşdirilməsi Azərbaycana aiddir, bunları İrəvanla müzakirə etməyin anlamı yoxdur.

Müstəqil.Az

Share: