Türkiyə aviasiyası İraqda daha 5 terrorçunu məhv etdi

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında terrorçuların mövqeyinə zərbə endirib.

Müstəqil.Az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“İraqın şimalındakı Avaşin Basyan bölgəsində keçirilən “Pəncə-İldırım” əməliyyatı çərçivəsində hərbi hava qüvvələrimiz tərəfindən 5 PKK terrorçusu zərərsizləşdirilib. Bununla da zərərsizləşdirilən PKK terrorçularının sayı 77-yə çatıb”, – feyə məlumatda vurğulanıb.

Xatırladaq ki, “Pəncə-İldırım” əməliyyatı aprelin 24-də başlayıb.

Müstəqil.Az

Share: