
Dünən axşam işğaldan azad edilmiş ərazilərimizə səfərdən həm qürur hissilə, həm də ağır mənəvi-psixoloji yüklə qayıtdıq. Siyasi partiya sədrləri olaraq işğaldan azad edilmiş Ağdama səfər etdik, erməni vəhşiliyi nəticəsində viran qalmış kənd və şəhərlərdəki real vəziyyətlə yerində tanış olduq.



