103 – Südabə SƏRVİnin yeni hekayəsi

Cəkməcəni acib, coxlu tibbi maskalar icindən bir ədədini göturdu.”Səmram, and olsun ki, sənə soz vermis olmasam, maskayla filan heç isim olmazdı”- deyə mizildandi. Vəssalam. Bu dəfə sonuncu dönüşümdür, nəyi unutmuş olsam da, daha qapidan qayitmag yoxdu, duşuncəsi ilə mənzilin giriş-cixiş qapisina tərəf yollandi.

 

Liftin qapilari uzunə  təzəcə baglanmişdi ki, aglinda qazi sondurub, ya yanili qoymasi suali yarandi. Bəs hamamdaki su kranini necə, bagladimmi gorəsən? Bu dəfə şübhə hissinə onəm vermədi. O artiq coxdan qəbul etmişdi bu halini. Her şeyə şubhə ilə  yanaşmaq onun adi halina, bir nov vərdişinə cevirilmişdi. Hər məlumati şubhə ələyindən kecirmə tələbati onun ucun cox vacib yaşam prinsiplərindən biri idi. Bu xususiyyət onda həyatinin gənclik  illərində cox sadəlovh, her şeyə cox asanliqla inanan və cox zaman da bunun cəzasini agir odəyən biri olmasina gorə formalaşmiş, dərin kok salmiş bir xasiyyətə cevirilmişdi.

Liftin dayanması onu aglina gələn novbəti şubhə dolu sualdan ayirdi.Başini qaldırıb 6 rəqəmini gordukdə, icindən “bircə O yox!”- dedi. Kimin, kimin  O-nun zarafatlarını və uydurmalarını dinləmə ab- havasinda hec deyiləm bugun.

Liftin qapısı acıldi və iri govdəli alcaq boylu, tösmərək O, agzında maska, əllərində əlcək ilə icəri daxil oldu.

O: Ooooo… salam ay qonşu! Əcəb rastlaşdim səninlə bu karantin vaxti! -deyərək balaca,  ətli əllərini Ramizin ciyninə toxundurdu. Necə vaxtdi gormurəm səni, salamatsan? Olmuya yoluxub eləmisən, xəbərimiz yoxdu ? Ah-ah.. Allah eləməsin! Zarafat edirəm. Nə məsələdi, qeybə cəkilmisən nədi?

Ramiz: Əşi, obyekt  baglanandan sonra evdə oturmali oluram mən də. Əldən nə gəlir ki, gozləməkdən başqa. Bircə bu karantin qurtarsaydi…

O: Karantin demişkən, yolun haradi səhərin bu vaxti? Sms-li icazən var colə cixmaga?

-Nə icazəsi? Bu da təzə cıxdı?…

O: Xəbərin yoxdu bəyəm? Dunən gecədən evdən bayira cıxmaga ancag sms-lə icazə verilir. O da ki, ciddi səbəblər olarsa.

Ramiz: Nə ciddi səbəb, a kişi?

O: Əşi sən lap yatmısan ki, fil qulagında. Dayan, gostərim- dedi və balaca ətli əllərini  mobil telefonunu cixarmag ucun cibinə saldi. Bax, budu, gorursən? 2 saat muddətinə yaşayiş yerinizi tərk edə bilərsiniz. Gordün?

Ramiz: Yaxşı, yaxşı, gordum. Onsuz da cox işim yoxdu. Çorək alib qayidiram.

O: Onun fərqi yoxdu, sms mutlləqdir. Bəs maska necə, varindi?

-Varimdi.

O: bilirsən, əslində bu virus elə axmaq, təhlukəli, guclu  virusdur ki, hətta maska belə yüz faizlik  yoluxmama qarantiyası vermir. Xəbərin var, Avropa qan aglayir?  Hələ dunya hegemonu Amerikani demirəm!

Ramiz kinayəli, soyug  uz ifadəsi ile başını buladi.

-Nədi, yoxsa sən də inanmirsan?

Liftin birinci mərtəbəyə catib, qapılarını acaraq oz missiyasini ugurla başa catdırması Ramizi bu suala cavab verməkdən xilas etdi.

Neçə illik iki məhlə uşagi blokun onundə yan-yana, ciyin-ciyinə dayandilar .  Sükutu ilk pozan Ramiz oldu. Nəysə Akif, ozuvə yaxşi bax, mən getdim.

O: Dayan gorək, a kişi, maskani tax əvvəlcə.

Bu təklif Ramiz ucun urək acan olmasa da, cibinə qoydugu tibbi maskanı cıxarib uzunə taxdi.

Akifin, bəs sənin əlcəyin yoxdu, suali Ramizə, səbr kasasını daşdıran o son damla kimi təsir etdi sanki.

-Əşi, sən də bəsdi gorək da. İki dəyqəliyinə corək alib qayidiram. Nə əlcək, nə sms salmisan bayagdan? Qəribə adamlarsuz e…Hər deyilənə  inanirsiz.

-Sən deyəsən təmiz yaşlanmisan, Ramiz.  Xəbərin var, dunya nə vəziyyətdədi? Butun sərhədlər baglanib. İtaliyada insanlar cucə kimi qirilir e.. Xəbərlərə baxmirsan?

İtaliyanın adını eşidəndə nədənsə, qaşlarını çatdı. Özünü o yerə qoymadı.

-Əşş…Əlini yellədi. Boş sohbətlərdi hamısı.

-Boş sohbətdi? Day mənim sa deyiləsi sözüm yoxdu. Nə boş sohbət, a kişi? Bizim bu tərəkəmə Elman var e,  onun blok qonşusu da  virusa yoluxub, 103 gəlib, doxdurlar başdan-ayaga örtülü geyimdə, ailəlikcə hamisini ambulansa doldurub  xəstəxanaya yatırıblar. Sonra da bütün bloku karantinə götürüblər.

Ramiz: uzundə marag ifadəsi olsa da, yenə başını buladı.  Akif: Əl cəkmədin də sən bu laqeyd xasiyyətindən. Səmra necədir?  Danışırsız?

-Danışırıq. Ramiz başını yellədi. Həmişəki kimi.

-Bes o nə deyir bu haqda ?

-Sən deyəni deyir o da. Mənə gorə cox narahat olur yazig qiz.

Akif: Bax gorursən?  Bizim daha 20-25 yaşımız yoxdu, Ramiz. Allah qorusun, yoluxsaq,  bir yollug gedə bilərik. Ozunu duşunmursən, hec olmasa, qizını duşun.

Ramiz: bir necə saniyəlik susqunluqdan sonra “Nəysə Akif, mən getdim”-dedi.

Ayaq səsləri onu murgudən ayiltdii.

Təmizlikci idi.

– Buyurun, doktor, qəhvəniz hazirdi.

Bunu deyib balaca, par-par parıldayan gümüşü padnosu taxta masanın üzərinə qoydu. Mavi-qızılı naxışlı ag fincanın içindəki  köpüklü qəhvə onu dərhal özünə cəlb etdi.

Cox sag ol, Afət-dedi. Gedə bilərsən.

Qurtum-qurtum, ləzzətlə qəhvəni içməyə başladı. İçdikcə  bir neçə ayın yorgunlugu çıxırdı canından.

Bir aydan çoxdu, atasını görmürdü Səmra. Rahat yuxunun nə oldugunu da unutmuşdu.

Virus məsələsi başlayandan həkim kimi  xüsusi ayrılmış xəstəxanada çalışırdı. Onun  üçün həkimlik, xəstə  insanlara xidmət etmək, kimisə sagaltmaq  hər şeydən üstündü. İllər öncə  bu sənəti səcərkən gozə almışdı işin butun məsuliyyətini.

Düz 21 il əvvəl Səmranın 7 yaşı olanda  anası xərçəngdən vəfat etmişdi. Səmra böyüyb ağlı kəsəndən sonra həkim olmağı, insanları bu və buna bənzər bəlalardan xilas etmək üçün yollar axtarmağı düşünürdü.

Son iki ilini İtaliyada təcrübə keçmişdi. Səmra qəribə bir bənzərlik hiss edirdi italyanlarla oz milləti arasinda. Bəzi adət -ənənələrində olan oxşarliglar  qisa muddətdə o ölkəyə və xalqa qarşı dərin  məhəbbət yaratmişdi qızda. İgid partizan Mixaylonun İtaliyada necə sevildiyinin də şahidiydi.

İndi İtaliya həmin İtaliya deyildi.

-Ah, İtaliya! İtaliya!! -Səmra sızıldayırdı. Mənim sevimli  ikinci vətənim! Sən nə günə qaldın?

Qalaqlanmış meyidləri torbalara doldurub böyük maşınların arxasından dərin qazılmış quyulara daşıyırdılar. Səmra bunları düşündükcə ağlayırdı. Göz yaşı agzına taxdıgı xüsusi tibbi maskanın içinə tökülsə də, bildirmirdi.

Özünü toparlayıb xəstələrinə sarı çevrildi. Güclü olmalıdır! Güclü olmalıdır ki, bu xəstələri sağalda bilsin. Axı o həkimdir. Ona inanırdılar. Xəstələr də inanırdı, dövlət də.

Burda ağır olanlar vardı. Danışa bilmirdilər. Nisbətən yüngülləri də vardı.  Onlar həkimin üzünü görmürdülər. Yalnız səsini eşidirdilər. Səmra xüsusi paltar geymiş, gözlərinə enli qoruyucu eynək taxmışdı.

Bu insanları qorumaq lazımdı. Səmra anasız böyümüşdü. Atası evlənməmiş, qızını böyütmüşdü. Onu korluq çəkməyə qoymasa da, Səmra həmişə anasızlıgın acısını yaşayırdı. Xəstələrinə baxanda da anasızlıgını xatırlayırdı. Bu xəstələr onlara ümidlidirlər. Yaşlı da olsalar, sanki uşaqdılar.

Dövlət pul ayırmışdı həkimlərə. Xüsusi fond yaradılmışdı. Prezident bir neçə dəfə xalqa müraciət etmiş, səbirli, təmkinli olmağı tövsiyə etmişdi. Şükür, müstəqil dövlətimiz var. Ordumuz var. Ölkə başçımız və xanımı əlindən gələni edirlər ki, insanlar viruslara yoluxmasınlar. İnsanlar isə…

-Həkim, məni ölməyə qoymayın!

Bir xəstənin sözləri Səmranı düşüncələrdən ayırdı. Başqa birisi, doktor, darıxıram, deyirdi. Mən nə vaxta qədər bu çarpayıda uzanılı qalacam?-soruşurdu. Səmra evdə oturmaqdan sıxılan adamları xatırladı. “Evdə oturmaq  yaxşıdı, yoxsa ruhu buz kimi  üşüdən  xəstəxana otaqlarında günlərlə çarpayıda uzanılı? Bu insanlar çox qəribədirlər”.

İşə bax ki, atası da inanmırdı. Nə etsə də, neyləsə də, inanmırdı ki, inanmırdı. Dünəndi. Görüntülü danışırdılar. Səmra arxasında aparata qoşulmuş xəstə yaşlı kişini göstərib  deyirdi ki, ata,  sənallah, bax. Yazıgın sabaha çıxacağına ümid çox azdır. Kövrək səslə, asta-asta danışırdı.

İnandırmaq istəyirdi atasını. O isə inanmırdı. “Başqa xəstəlikdən əziyyət çəkir, Səmracan, quzum, ona görə aparata qoşublar”-deyirdi.

Kimisə zorla inandırmaq olmaz ki. O da ola atası. Özgəyə nə deyim? Qız heyifsilənirdi. -Yaxşı, atacan, özündən muğayat ol. Bayıra çıxma. Çıxma ha! Çıxanda da mütləq maskayla çıx. Eşidirsən? Atasına əl yellədi. Hələlik. Allaha əmanət ol.

Əlində çörək asta addımlarla evə tərəf gedirdi. Hələ şəhəri bu qədər səssiz, sakit küçələrini belə  boş, adamsız görməmişdi. Yalnız ara-sıra ora-bura şütüyən 103-lər şəhərin bu sakitliyini pozurdu. “Çölə çıxmışkən, bir gedim ora da dəyim bəlkə”- fikri keçdi  içindən .Gedib 5 dəqiqəlik bir baş çəksəm nə olar ki? Dünya dağılar? Cinayət işləmirəm ki..açarları da cibimdədi. Getmişkən bir də hər şeyi yaxşı-yaxşı yoxlayaram. Ürəyim tam rahat olar.

Dayandı. Arxaya dönüb istiqamətini dəyişdi.

Piyada bir xeyli yol getdikdən  sonra ətrafı nazik  hasara alınmış şüşəbəndli kiçik bir  tikilinin qarşısında   dayandı. “Xoş gördük, dogma məkan!”

Bir ay əvvəl buraya al-əlvan güllər əkmişdi. Güllər böyümüşdü. Maskanı səbirsizliklə üzündən qopardı. Əyilib bir-bir gülləri iylədi. “Qoxusu mən yoxam deyə itib…qəribsəyib…” Gülümsədi. Əlləri cibində  xəyala daldı. Bir ay bundan qabaq burda adam əlindən tərpənmək olmurdu. Müştəriləri çox olurdu. Gecələri də dost-tanışla nərd atıb dərdləşərdilər. Xoruzquyrugu çay çay dalıyca gələrdi. Yanında da snikersi,  ləbləbisi

-Polis leytenantı Quliyev.“Pah atonnan! Bunlar hardan çıxdı?”

-Dayı, burda nə gəzirsən? İcazən var? Neçə yaşın var?

-…

-Agsaqqal, bilmirsən ki, 65-dən yuxarı qadağandı?

“Yəni elə yaşlı görünürəm?”

-Mənim 59 yaşım var.

-Sms-lə icazə almısınız?

Ramiz dinmədi.

-Aydındır. Deməli, almamısız. Bilmirsiz ki, sms-siz çıxmaq olmaz çölə? Üstəlik maska da taxmamısız.

Qışqırmaq istədi: ”Bu virus dediyiniz hanı? Göstərin mənə bir adamın öldüyünü. Mən inanmıram!”.

-Nəyə inanmırsan, dayı?

Verilən sualını eşidəndə anladı ki, ürəyindəkini dilinə gətirib.

-Nəyə inanmırsız?

-Bax elə bu virusa. Hamısı Amerikanın uydurmasıdı. Bil Geys 5 il əvvəl yazıb bu barədə. Madonna konsertində bu ssenari ilə…

-A kişi, bir dayan görüm. Moizə açma burda. Qaydaları pozduguna görə cərimə olunursan. 100 manatı ödəyəndə gedib Madonnadan alarsan.-Polis kinayəylə dedi. Əlində nə isə yazaraq ona sarı uzatdı.

-Hamı qanuna tabe olmalıdır! Dövlətimiz bu qaydaları siz yaşlıların sağlamlığınızı düşündüyü üçün təyin edir. Dövlət də sizdən ötrü çalışır. Niyə başa düşmək istəmirsiniz, dayı? Özünü düşünmürsən, heç olmasa ətrafdakıların, yaxınlarının həyatı haqqında düşün.

Yolboyu bir neçə maskalı adamla qarşılaşdı. Gözlərində kədər ifadəsi vardı çoxunun. “Yəqin mənim kimi onlar da inanmırlar. Eh… Dünya maskalanıb. Əsli simasını gizlətməkçün..”

Bu vaxt  3 dənə 103 ambulans gəlib sürətlə, fit çala-çala keçdi yanından. İçindəkilər də xüsusi geyimdə və maskada idilər. “Bircə bu çatmırdı”. Deyindi.

Eh… maskalı dünya!  Ey masonlar! İnsanları oyuncaga çevirənlər! Sizin dininiz yox, imanınız yoxdur!. Allahdan qorxmursunuz? Qurdugunuz oyunları gizlətmək üçün insanları maskayla, əlcəklə gəzməyə, evindən çıxmamaga vadar edirsiniz. Darlıq edir bu geniş dünya sizə, ey dinsizlər? Gec-tez maskanız yırtılacaq!”

Dodaqlarının altında danışırdı.

Hava qaralmağa başlamışdı. Ramiz blokun ağzına çatmışdı. Nəsə özünü çox halsız hiss edirdi. Bu dəfə evinə getməyə çox tələsirdi. Lift yenicə tərpənmişdi ki, güclü ürəkbulanması hiss etdi özündə. Liftin divarları getdikcə daralır işıqları da yavaş-yavaş zəyifləyirdi sanki .Kürəyini liftin divarına söykədi. Üzündəki maskanı çıxardı. Mənə nə olur? – zəif səslə..dedi. Özümü heç yaxşı hiss etmirəm..Yadına düşdü ki, bugün qarnına bir tikə də yemək getməyib. Hə-hə, görünür aclıqdandı.

Dizlərində zəifləmə hiss etdi. Ürəkbulanması artırdı. Lift dayandı. Başını qaldırıb 6 rəqəmini gördükdə içində çox qəribə bir ümid işıltısı, üzündə kədərlə qarışıq bir təbəssüm yarandı. İndi O-na çox ehtiyacı var idi. Bir ömür kimi uzun gəldi ona liftin qapılarının açılma müddəti..

Nəhayət qapılar açıldı. Üzündə dərin üzüntü ifadəsi ilə məktəbli uşaqların yazı ilə doldurduğu boş divara baxırdı Ramiz. Yeni tikili bina evlərində liftin boş divara açılması, lifti çağıran şəxsin digər liftlə enməsi  heç də nadir rastlantı sayılmasa da, bu dəfə durum çox fərqli idi Ramiz üçün. Sanki zaman da dayanmışdı liftlə birlikdə.

Son taqəti ilə ayaqda dayanmağa çalışır və anbaan ondan uzaqlaşaraq enməktə olan digər liftin səsini eşidirdi.

“Gözləmədi.. gorəsən O-mu idi ..?”

Artıq  taqətdən düşmüşdü. Sanki nəfəsi də ağırlaşmağa  başlayırdı.

Qapılar bağlandı və lift yoluna davam etdi.

Nəhayət 12-ci mərtəbədə lift öz yolunu tamamladı.

Bütün gücünü və iradəsini toplayıb divarlardan tuta-tuta özünü yaşadığı  103-cü mənzilin qapısına çatdırdı.

Yalnız indi fərqinə vardı: onun da mənzilinin nömrəsi 103-dü. 103. Lap təcili yardım kimi.

Qapını açıb evə girdi. Çətinlik çəkərək divana  yaxınlaşdı və uzandı.

“Möhkəm ol qoca! Bir az da döz!”

Özünə gəldikdən sonra mətbəxə keçdi. ləzzətli yeməklər bişirirdi. İri boşqaba qaynar borşdan töküb masanın üzərinə qoydu. Yanında da mayonezi, göy-göyərtisi. İştahla yeməyə girişdi. Qəribədir, heç bir dad hiss eləmədi. Mən 30 ildi borş bişirirəm, burda nəyi əskik etdim?

İştahı söndü. Masanı yıgışdırmaga hövsələsi çatmadı. Böyük zala keçdi. Divanda oturub televizorun pultunu götürdü. Birinci Xanım xalqa müraciət edirdi. İnsanlardan xahiş edirdi ki, virusa yoluxmamaq üçün çölə çıxmasınlar. Vəziyyətin ciddiliyinin fərqində olun, deyirdi.  Ramiz diqqətlə dinləyirdi. Müraciət qurtarandan sonra türk kanalını çevirdi. “Bu xəstəlik zamanı  insan dad bilmir, qoxu hiss eləmir” türk həkimi deyirdi.

Yadına düşdü ki, bu gün kafesinin ətrafındakı güllərin də qoxusu gəlməmişdi burnuna.

“İnsanın dad bilməmə və qoxu hiss etməməsi virusun əlaməti hesab oluna bilər” Türk həkim davam edirdi.

Əsəbiliklə televizoru  söndürdü. “Əşi, boş ver sən də…”

Başını divanın arxasına söykədi.

Birdən-birə nəfəsi daralmağa başladı. Havası çatmırdı. Aman Allah! Bu nədir? Hər iki əlini atıb köynəyinin yaxasını cırdı.

Dərman. Dərman hardadır? Xatırladı ki, dərman qutusu mətbəxdə masanın üstündədir. Ayaga durmağa  taqəti yoxuydu.

Bu günkü hadisələri xatırladı. Liftdə Onunla qarşılaşmağı.  Çörək alıb qayıdanda,  kimsə yanından keçəndə bərkdən asqırmışdı. Asqıran adam həkimlərin dediyi kimi etməmişdi: üzünü dirsəyində gizlədib asqırmalıydı. Əhəmiyyət verməmişdi asqırana Ramiz. Sonra polis. 100 manat cərimə. Bil Geys. Madonna. Hamısı bir-bir gözünün qabağından keçdi.

Yox. Ola bilməz.  Axı mən inanmıram. Nə virus? Özünə gəl, Ramiz.

Nəfəsi get-gedə daralmaqdaydı.. Bogulurdu. Qızıyla dünən axşam görüntülü danışmasını xatırladı.  Səmra arxasında aparata qoşulmuş xəstə yaşlı kişini göstərir və deyirdi ki, ata,  sənallah, bax  Yazıgın sabaha çıxacağına çox az ümid var. Ümid yalnız Allahadır!”-demişdi qızı..

O isə inanmamışdı. Boş şeydir, demişdi. Bu inamsızlıq hardandı onda? Niyə belə böyümüşdü?  Uşaqlıgını xatırladı. Mənəvi travmalar almışdı. Kiçikkən atasını itirmişdi. Böyüdükcə çox adamlar onun inamından sui-istifadə edirdilər. Özünə söz vermişdi, heç vaxt heç nəyə inanmayacaq.

Bogulma artır, nəfəs daralırdı. Əlini atıb cib telefonun axtardı. Tapa bilmədi. Nəfəsi daha da daralırdı. “Hardadı axı bu zəhirmar?”

Aha. Altında qalıbmış. Birtəhər  götürə bildi. Titrək əlləriylə zəng düyməsinin üzərinə basdı.  Bilmədi kimə zəng eləsin? Qızınamı, 103-əmi.

 

 

 

 

 

Share: