“Bəd əllərin günahı”… – Ülvi Səmazən

 
 
“Bəd əllərin günahı”
(Nərmin Quliyevanın xatirəsinə…)
 
Ana, yadındadırmı?!
Onda mən ölməmişdim,
ölməmişdim..
Sağ idim.
Mən onda yaşayırdım,
Lap körpə uşaq idim,
indi məzaram ana!
Dostlarım da var idi,
Kiçik gəlinciyim də.
Elə qəşəng idi ki,
O öz gəlinliyində..
Mən onda,
günəş idim,
Səma idim,ay idim.
Göy üzündə parlayan uzlduzlara tay idim…
İndi məzram ana!
Onda məni yatırdan
azan səsi yerinə şirin nağıllar idi.
Bir cırtdanım,
üç almam,
bir də divim var idi.
Onda məzar deyildim,
onda evim var idi..
İndi məzaram ana..
Qurşağımdan aşağı kül olmuş bədənimi daşıya bilmədim mən…
Allaha deyəcəyəm!
Mənə əta etdiyin bu kəpənək ömrümü yaşıya bilmədim mən.
Soruşacam Allahdan.
Hansı günahım üçün, qurşağımdan aşağı yandırdılar cismimi?
Mənim cismimlə birgə yandı, bəşər, yer üzü,
külümdən səmalara uzanan tüstülərə ağladı Allah özü..
Allahdan soruşacam,
“mən hansı bəd əllərin günahına çevrilib yandırıldım “deyəcəm?!
nə vaxtsa bu dünyaya mən yenə də gələcəm.
Allahın əllərindən tutub gələcəm onda,
gələcəm məhşər günü,
bu dünyanın sonunda.
Onda soruşacam ki:
“Mənim yandırılmağım insanlıq tarixində
ən böyük günah deyil?”
Allahdan soruşacam!
Soruşacam hər şeyi!..
 
Ülvi Səmazən
Müstəqil.Az
Share: