ONU  ÇOXDAN  TANIYIRDIM …

ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort

Arif ƏRŞAD 

Onu çoxdan tanıyırdım …  Şeirlərini mətbuat səhifələrindən həvəslə oxuduğum, üzünü televizor verlişlərindən gördüyüm, səsini radio kanallarından dinlədiyim günlərdən. Lap çoxdan …

 

Yayda havalar isti və bürkülü olur, illah da ki, şəhərdə. Elə buna görə də hər il yazın son günlərindən, payızın ilk günlərinə qədər nəvələrimi də başıma yığıb bağda yaşamağa çalışıram. İstər öz yazı-pozum olsun, ya da feyzbuk səhifəsində dostlarımın yerləşdirdikləri şeir və ya hekayələr, onları bağ şəraitində yazıb-oxumağın ən gözəl vaxtı gecə, nəvələr yatandan sonradı. Çünki həm əl-ayağa dolaşan olmur, həm də o vədələrdə havalar daha da sərin olur. Oturursan eyvanda, qarşında armudu stəkanda pürrəngi çay, bir yandan sərin meh  – təmiz bağ havası, o bir tərəfdən də cırcıramaların gecə nəğmələri …

       Onu çoxdan tanıyırdım … 

Belə isti yay gecələrinin birində kompyuterimin mesencerinin işığı yandı və gecənin bu aləmində kim mənə yaza bilər deyə, maraq məni bürüdü.  Açdım…   və onunla elə ilk tanışlığımız da belə başladı. Salamdan sonra ilk yazdığı, “Bacı qurban, gecənin bu vaxtı niyə yatmırsan?” cümləsi oldu. Sanki, illərdi məni tanıyırmış kimi, səmimiyyətini, doğmalığını hiss etdim. Poeziyamızdan, ədəbiyyatımızdan xeyli söhbətləşdik. Səsini eşitmədən, üzünü canlı görmədən bu qadının təkcə mesencerdəki bu yazısından  bir isitilik, doğmalıq  hiss etdim, sanki onun mənə göstərdiyi bacı qayğısının səmimiyyətini duydum . Bir qədər yazışmadan sonra o, yaxın günlərdə keçiriləcək tədbirinə dəvət etdi və bundan sonra bir-birimizə “gecən xeyrə qalsın” arzusu ilə ayrıldıq…

     Onu çoxdan tanıyırdım …  

Günü dəqiq yadımda deyil, hansı tarixdə olmasını xatırlamasam da, ilk görüşümüzün Yazıçılar birliyinin Natavan klubunda olmasını dəqiq xatırlayıram. Həmin görüşə şair dostum Etiram İlham və hamının gözəl tanıdığı istedadlı fotoqraf Şakir Rəhmanla birgə gəlmişdim. O qədər böyük olmasa da, amma möhtəşəmliyi və əzəməti ilə göz oxşayan həmin zalda onun yubiley tədbiri keçirilirdi. Mən zala daxil olub şair Ayaz Arabaçının yanındakı boş olan kresloda əyləşdim.

Zal ağzına qədər adamla dolu idi və hətta foyedə də xeyli adam içəri keçmək üçün məqam gözləyirdi. Həmişə olduğu kimi görüşün aparıcısı bu dəfə də xoş sözlərlə məclisi açdı, sonra söz  tanıdığım və tanımadığım bir neçə şairlərə verildi.  Həmin şairlər onun yaradıcılığı haqqında xoş sözlər desələr də, elə bil ki, mənim eşitmək istədiyim “nəsə” çatışmırdı.  Deyim ki, natiqlər və ya çıxış edən yoldaşlar gözəl danışmırdılar, bu ən azı mənim tərəfimdən bir insafsızlıq olardı. Onların hər birinin şair haqqında gözəl sözlərin deyilməsi, şeirlərin və ya nə vaxtsa onunla bağlı yaşadıqları gözəl və xoş xatirələrini bizimlə bölüşmələri maraqlı idi. Bunların hamısını eşitmək çox gözəl və xoş idi. Amma …  Bir neçə dəqiqədən sonra söz yubilyarın özünə verildi. O, danışmağa başladı və onun öz ifasında ardıcıllıqla səsləndirdiyi şeirlər şəlalə səsi qədər rahatlıqla qulaqlara süzülməyə başladı. Və eşitmək istədiyim “nəsə”ni, mən sanki indi eşitməyə başladım. Və ilk dəfə gözümlə gördüyüm bu balaca, çəlimsiz qız – qadın, başı gömgöy buludlara toxunan əlçatmaz bir zirvə kimi xəyalımda yüksəldi . O, belə şair idi …

      Onu çoxdan tanıyırdım …   

Sonrakı görüşümüzün də maraqlı bir təsadüf nəticəsndə baş verdiyi günü çox yaxşı xatırlayıram. Dəqiq bilmirəm, nə üçünsə Azərbaycan Yazıçılar Birliyinə gəlmişdim. Ordan çıxanda şairlərdən Aləmzar Sadiqqızı, Məlahət  Yusifqızı və o, pillələrdə məni görüb dayandılar. Hamısı ilə salamlaşdım, o isə mənə əlini uzatdı, qayğıkeşliklə uşaqları soruşdu. Qiyabi də olsa, ailəmi tanıyırdı və imkan düşən kimi həyat yoldaşımla da telefonla danışıb, hərdən  “qiybətimi” qırırdılar. İlk sualı bu oldu, bacı qurban, hara tələsirsən? Qulluğunda hazır olduğumu söylədim və ondan gedəcəyimiz yerin ünvanını  eşidəndə çox xoş oldu. Bu gözəl şairimiz Elman Tovuzun ünvanı idi. O, belə səmimi, diqqətli, qayğıkeş və öz məhəbbətini hamı ilə bölüşən bir yoldaş idi …

           Onu çoxdan tanıyırdım …

Sonrakı görüşümüz də yenə onun zəngindən sonra baş tutdu, sabahkı tədbiri yadıma salırdı. Salyan rayonuna getməliydik, şair dostumuz Kəmaləddin Qədimin orada keçiriləcək yubiley gecəsinə. Şərtləşdiyimiz kimi səhər görüşdük və mənim maşınımla Salyana yola düşdük. Maşında üçümüz idik, ixtisasca coğrafiya müəlliməsi olan, şair qəlbli bir xanım dostumuz Yağmur Xəzan, mən və o.  Tədbir gözlədiyimizdən də təmtaraqlı və səviyyəli keçdi. Sazlı-sözlü ədəbi hissədən sonra müasir dəbdə tikilmiş restoranların birində keçirilən çalçağırlı bədi hissə də çox gözəl təşkil olunmuşdu. Amma bütün bunlarla belə, yadımda qalan, mənim xahişimlə onun Bakıdan Salyana və Salyandan da Bakıya, bütün yol boyu şeir söyləməsi oldu. Yolda məni heyran edən əsas məqam o oldu ki, bəh-bəhlə əzbərdən söylədiklərinin çoxu özünün yox, onun şair dostlarının, rəfiqələrinin şeirləri idi.  Ən maraqlısı da o idi ki, söylədiyi şeirlərin gözəl məqamlarında , “burasın gözəl deyib; çox gözəl tapıntıdır; bunu ancaq şair olan yaza bilər; nə qədər gözəl” “sən bir bənzətməyə bax” və sirə bu kimi ifadələri böyük ürəklə  və sevinc hissini gizlətmədən bizə çatdırırdı. Bu adamda paxıllıq, xılta deyilən şey yox idi. İnsan nə qədər saf, nə qədər pak olarmış, İlahi …

       Onu çoxdan tanıyırdım …

Günlərin bir günü qəzet almaq üçün 28 may metrosuna tərəf gəlmişdim. Qəzeti alıb geri qayıdırdım ki, onun yolu keçib mənim istiqamətimdə gəldiyini gördüm. Mehriban görüşdük, ordan-burdan danışdıq və bu zaman mənim mobil telefonuma zəng gəldi. Telefonu açdım, danışan şair Kəmaləddin Qədim idi. Onunla sabah  səhər Salyan rayonuna getməli olduğumuzu yadıma salırdı. Telefonu qapadandan sonra kiminlə danışdığımı dedikdə,   o, bəlkə mən də sizinlə gedim, elə dədə evimə də dəyərəm, dedi. Razılaşdıq və üçümüz Salyana yola düşdük. Rayonun girəcəyində orada yaşayan şair dostumuz Eldar İsmayıloğlu da bizə qoşuldu. İşlərimizi tez bir zamanda bitirdikdən sonra o, bizi doğulub böyüdüyü ata ocağına dəvət etdi. Həyətlərinin bir kənarında yerləşən təndirin yanında dayanıb “Təndir” və “Hayana gedib anam?” şeirlərini söylədi. Şeirin təsirindən hamımız duyğulanmışdıq. Sonra Kür çayının seyrinə çıxmağımızı təklif elədi. Piyada çaya doğru getdiyimiz yoldan bir az aralıda görünən kənd qəbirstanlığına baxıb salavat çevirdi və “Daşyonanla söhbət” şeirini həzin-qəmli səslə söyləməyə başladı. Şeirdən sonra tam sakitlik yarandı və beləcə səssizcə, hər birimiz fikirli və qayğılı halda çayın sahilinə çatdıq. O, adi bir peşə sahibi olan daşyonan insan haqqında qələmə aldığı bu şeirlə, hər birimizi heyrətləndirməyi bacarmışdı. O, belə qələm sahibi idi …

                     Onu çoxdan tanıyırdım …

Gözəl bir payız günündə Sumqayıt şəhərindəki poeziya evində bir şair dostumuzun görüşü keçirilirdi. Mən də görüşə dəvətliydim. Gələndə yolüstü qəzet köşkündən bir neçə qəzet aldım. Tədbir keçirilən məkana daxil olanda oturmağa demək olar ki, boş yer yox idi və birdən qulağıma doğma səs gəldi. Bu onun səsi idi, yanındakı boş yeri göstərib, əli ilə məni yanına çağırırdı. Qoltuğumdakı qəzetləri görüb maraqlandı, hekayəm çıxıb deyərək, birini də ona verdim. Həmin görüşdən bir müddət sonra, Azərbaycan Yazıçılar Birliyinin üçüncü mərtəbəsində görüşdük və mənə ilk sualı bu oldu, qardaş, “Kənddən bağlama var?”. Bu mənim o vaxt ona verdiyim həmin qəzetdə çıxan hekayəmin adı idi. Hekayəni maraqla oxuduğundan, həmin qəzeti sonradan  əsgər oğluna göndərdiyindən, hərbi hissənin əsgərlərinin də bir çoxunun oxuduqları və xoşlarına gəlməsindən ağız dolusu danışdı. Həmin gündən sonra istər tədbirlərdə, istərsə də küçədə məni görən zaman ilk sualı bu olurdu, “Kənddən bağlama var?” . Azərbaycan Yazıçılar Birliyinə qəbul olunmağımı da mənə sevinə-sevinə ilk olaraq o xəbər verimişdi. Dostlarının uğuruna sevinən və bu sevincin fərəhini başqalarına da ötürməyi bacaran təmənnasız  bir DOST idi …

Onu çoxdan tanıyırdım …

Mənə elə gəlir ki, onunla bağlı xatirələrimin hamısını yazası olsam, qalın bir kitab bağlamaq olar. Onu daima xatırlayacağıq. O, mənim qəlbimdə həmişə yaşayacaq və yaddaşımda əziz bir DOST kimi qalacaq.

Bu DOSTumun adı, hamının gözəl tanıdığı və həm şair kimi, həm də şəxsiyyət kimi sevdiyi insan  Fərqanədir …

FƏRQANƏ MEHDİYEVA  mənə görə Azərbaycanın müasir poeziyasının ən öndə gedən qadın nümayəndəsi, bayraqdarıdır!

Ruhun şad, məkanın cənnət olsun, əziz bacım!

  14-05-2020-ci il.

 

 

238 baxılıb
mersin escort