“Atama…” – Fikrət Sadıq haqqında

Atama…
Yenə səninlə tək qaldıq ,mənim böyük itkim…
Şəkillərə baxa bilmədiyim bir dönəmə gəlib çatdım …
Sənsizliyin səssizliyini yaşamağa başlamışam .Sənsizliyin üsyan dövrü sona çatır …Səssizlik dövrü başlayır .Tam səssiz olaq, gəl dərdləşək .Saçlarım ağarıb deyə üzülmə ,yuxularıma da qəmli gəlmə ,görürsən axı daha əvvəlkindən çox yaxşıyam,məni qoruyardın bilirəm, mütləq qoruyardın, qınama o gözəl ürəyini…
Ad günün ərəfəsində hər il təşkil etdiyimiz anım günlərinin sonuna gəldik .Gözəl dostlar sayəsində baş tutulan tədbirlərimiz özü də xatirəyə ,keçmişə çevrildi .
Biz hamımız keçmiş olacağıq yavaş -yavaş .Mənim bildiyim yalnız sənin həsrətindir ,başıma gələn bütün xoşbəxtlik ,bədbəxtliyin də kökündə sənə olan həsrətim dayanır .
Bu il də ömrümün bu çağında sənin itkini bu illərdən sonra bir daha elə dərinliklə duymağa başladım ki .Canımda sözlə ifadəsi olmayan həsrət ocağı yanmağa başlayıb.İtkinin bu qədərini də yaşamağa gücüm olduğunu bilmirdim.Amma yaşadım .
Köhnə bir dəftərçə tapdım .Bu dəftərçədə mənim iki, ya üç yaşlarılmda qələmlə çəkdiyim şəkilləri də gördüm .Sənin tələbə olarkən universitetin qəzetində çap olunduğun şeirləri kəsib yapışdırdığın o dəftərçə .Hər vərəqi mənim uşaqlıq ,qayğısız dövrlərimin sənət əsəri kimi idi .Baxdıqca ürəyim titrəməyə başladı .Qərara aldım ki bu dəftərçəni çap etdirək, etdik də.
Səninlə çoxdandır ki susuruq, heç dərdləşmirik.Dərdləşə bilsəydik canımda közərən o həsrət ocağı bir az aman versə mən sənə ömrümdə ilk dəfə şikayət edərdim.Deyərdim ki  bu itki nədir axı ,səni itirdim, başa düşdüm .Məni buna hazırlasan da bu itkini ağır yaşadım .Özümü atdım səni yaşatmaq tərəfə .Unutdum ki sən təkcə mənim deyilsən. Sən bu boyda xalqın şairisən ,istəklisisən .İtki nədir axı .Nə olardı ki bu dərbədər övladının təkcə bu sualına cavab verə biləydin … İtki fədakarlıq tələb etmir ,sevgi tələb etmir ,itkiyə yoluxan insan nə etməlidir ki dəli olmasın ?!
İtki nədir ki.Biz niyə zamanla doğma ,dost ,sevgili ,itirməliyik ?İtki nədir axı …Boşluğa gedib, dəyib qayıdan Sözüm də itkidir .Deyirlər ki insanı ölümündən sonra xatırlamaq, ona həsrət duymaq da vaxt ikisidir .Deyirlər ki həyatına almadığın insana əl uzatmaq da itkidir .Deyirlər ki həyatda özünü tapa bilməyib itirmək ən ağır itkidir .Deyirlər ki səndə özünü tapa bilməyən insanlarla dost olmaq da itkidir .İnsan gərək üsyankar ola ,insan gərək yaşaya bilə,həyatda hər anını dəyərləndirə bilməmək də itkidir ,İnsan gərək təkcə özünü bu zəhirmar itkidən qoruya …bu günü ,bu ili ,itməyə,itirməyə ,itirilməyə …
İtki ən ağır azar imiş !
İnsan gərək necə ola ki bu azara tutulmaya .
Fikrət sadıq itkidirmi ,qazancdırmı, Azərbaycan Ədəbiyyatı üçün Fikrət sadıq Kim idi ,..kimdir, kim qalacaq…
Hər şeydən əvvəl düzgün insan ,ömrünün sonuna qədər haqqı deyən şair idi ,Fikrət sadlq Türk oğlu Türk idi ,Fikrət Sadıq ömür boyu həlim ,yumşaq ,müdrik bir ruh kimi dünya üzündə qalacaq ..
Mən onun bir zərrəsiyəm və onun üçün darıxan adamam .Ömür boyu da darıxacaq olacam.Mənim sevgimin sonu ,əvvəli yoxdur ,bütün övladların atasından sonra yaşadığı itkini yaşayıram .Vəssalam .
Səninlə yenə də anım günü ərəfəsində tək qaldıq .Ruhunun uşaq dövrudur və mən sənin anan olmuşam .Doqquz yaşında itirdiyin ailən,o çaşqın, qorxaq uşağı hiss edirəm .Kövrək ürəyini ovudan ana kimi duyuram özümü .Baxmayaraq ki bir dağ kimisən .Özündən sonra qalan sözlərini üst -üstə yığsam bir əlçatmaz qala olardı .Yalnız sən mənim yaşama səbəbimsən .Mən ruhumla göyə çəkilmişəm sənə çatmaq üçün .Əvvəlim sən olmalıydın, bu hamıda belədir .Sonum da sənsən, axı bunu nə edək.Bunu dəyişə bilmədim.
İndi sənə daha çox ehtiyacım var.Bu gün ,bu an ,yenə də..1937 ci il  represiya qurbanı olan atan Abbas Sadıqovu gecəylə tutub aparırlar .Səhər polislər evi yazmağa gəlir .Əşyalar küçəyə tökülür .Sən bir kitab, bir patefon valı əlində qaçıb gizlənirsən .Bundan sənin həyatının gələcəyə olan sorağı ,xəbəri bilinir .Bu uşaq sözə qulluq edəcək ,gələcəyi olacaq ,bir irs yarada biləcək ,özündən sonra da yaddaşlarda qalacaq bir şəxsiyyət olacaq .Heç bir zaman itki olmayacaq, həmişə qazanc olacaq, tapıntı olacaq .Hətta ölümündən sonra belə tapıntı ola biləcək.Onu araşdırmaqla bitməyəcək .Adına elmi məqalələr yazılacaq ,neçə alimin elmi işi ,neçə oxucunun ruhunun qidası olacaq .Neçə kitabın müəllifi ,necə gözəl tərcümələrin müəllifı, ,yaxşılıqları ilə yadda qalan adam olacaq .Bu qədər möhtəşəmlikdən xəbəri olmayan və hələ heç kimin bir kəsi olmağa macal tapmayan o doqquz yaşlı kimsəsiz uşağı elə bağrıma basmaq istəyirəm ki …
Soyuqdan donmuş sobanın kənarında atadan, anadan uzaq yuxulayan o uşaqın elə qayğısın çəkmək istəyirəm ki .Həyatda yalnız ona gərək olmaq istəyirəm və ona zərrə qədər gərək olan qayğı göstərən insanlara həmişə minnətdar olacağam…
Sevginin Allahın göndərdiyindən başqa heç nəyindən xəbərim yoxdur .Bəzən Allahln lütfündə olan sevginin çoxluğundan naşı insanlar qorxur qaçır ..Çünki adi həyat rahat olmalıdır ,sevgi isə narahatlıqdır .Razıyam ,mən çox narahat adamam .Səni çox sevirəm ata …
Aysel Fikrət 
La imagen puede contener: 1 persona
Gülnar Əhmədova, Aysel Fikrət y 65 personas más
28 comentarios
2 veces compartido
Me gusta
Comentar

Compartir

Comentarios

Share: